Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3042

Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsini elan edir. Müsabiqənin əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının icrası istiqamətində mədəni və yaradıcı sənayelərin, həmçinin mədəni və innovativ cəmiyyətin inkişafı üçün müasir, dayanıqlı və çoxtərəfli əməkdaşlıqları özündə ehtiva edən, müasir dövrün çağırışlarına cavab verən layihələrin həyata keçirilməsi və bu prosesdə vətəndaş cəmiyyəti təşkilatlarının rolunun artırılmasıdır.


Qrant müsabiqəsinin prioritet istiqamətləri:
1. Mədəniyyət və yaradıcı sənayelərin inkişafına dair layihələr (Mədəni və yaradıcı sənayelər sahəsində idarəçiliyin təkmilləşdirilməsi və institusionallaşdırılması; Mədəni və yaradıcı sənayelərlə bağlı statistik məlumatların təkmilləşdirilməsi; Mədəni və yaradıcı sənayelər sahəsində könüllülük fəaliyyəti; Mədəni və yaradıcı məhsul və xidmətlərin satışı və ixracı üçün rəqəmsal platformaların yaradılması və ya mövcud platformaların inkişaf etdirilməsi; Paytaxt və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən tədbirlərin, o cümlədən maarifləndirici təşəbbüslərin həyata keçirilməsi; Kitab sənayesi sahəsində statistik araşdırmaların aparılması);
2. Mədəniyyət sahəsində rəqəmsal həllərə dair layihələr (Ölkə daxilində rəqəmsal yaradıcı sənayelər üzrə beynəlxalq tədbirlərin təşkili; Mədəni və yaradıcı sənayelər sahəsində innovativ texnologiyaların, o cümlədən süni intellektin tətbiqi; “E-culture” –
mədəniyyətin rəqəmsallaşdırılması; Mədəni irs (maddi və qeyri-maddi) obyektlərinin rəqəmsallaşdırılması);
3. Yerli animasiyanın dəstəklənməsinə dair layihələr (Ölkə daxilində animasiya sahəsi üzrə beynəlxalq tədbirlərin təşkili; Xarici ölkələrdə keçirilən beynəlxalq animasiya tədbirlərində iştirak);
4. Kino sənayesinin institusionallaşdırılmasına dair layihələr (Ölkə daxilində kino sahəsi üzrə beynəlxalq tədbirlərin təşkili; Xarici ölkələrdə keçirilən beynəlxalq kino tədbirlərində iştirak; Kino sahəsində idarəetmənin təkmilləşdirilməsi).

Qrant müsabiqəsinin iştirakçılarına verilən tələblər:

1. Müsabiqə iştirakçısı Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri- hökumət təşkilatı olmalıdır;
2. Müsabiqə iştirakçısı olan qeyri-hökumət təşkilatının mədəniyyət sahəsində layihələrin icrası və tədbirlərin təşkili ilə bağlı müvafiq təcrübəsi olmalıdır;


1. Müsabiqədə iştirak edən qeyri-hökumət təşkilatı aşağıdakı sənədləri təqdim etməlidir:
 Dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin əslinin elektron  surəti;
 Dövlət Reyestrindən Çıxarışın əslinin elektron surəti;
 Nizamnamənin əslinin elektron surəti;
 Qanuni təmsilçinin şəxsiyyət vəsiqəsinin FİN kodu və əslinin elektron surəti.


1. Mədəniyyət Nazirliyindən əvvəllər qrant almış, lakin qrant müqaviləsinin yekunlaşmasına baxmayaraq müqavilə üzrə öhdəliklərini qrant müsabiqəsinin başlamasına qədər tam yerinə yetirməyən qeyri-hökumət təşkilatları müsabiqədə iştirak edə bilməz;
2. Eyni qeyri-hökumət təşkilatı tərəfindən qrant müsabiqəsinə birdən artıq layihə təqdim edilə bilməz.

Qrant müsabiqəsinə təqdim olunan layihə təkliflərinə verilən tələblər:
1. Layihə təklifi maksimum 3 ay müddəti əhatə etməklə, Azərbaycan Respublikasının ərazisində həyata keçirilməlidir;
2. Bir layihə təklifinə maksimum 30 000 manat maliyyə vəsaiti ayrıla bilər.
3. Qrant müsabiqəsinə təqdim olunmuş layihələrin məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında”, “Nəşriyyat işi
haqqında”, “Kinematoqrafiya haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Kitabxana işi haqqında”, “Muzeylər haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf
etdirilməsi haqqında”, “Media haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının qanunları və digər
normativ hüquqi aktları ilə ziddiyyət təşkil etməməlidir.


Layihə təklifləri ilə bağlı əlavə tələblər:
Aşağıdakı prinsiplərə əsaslanan layihə təklifləri seçim prosesi zamanı əlavə üstünlük qazanacaq:
1. Regional əhatəlilik – Layihə təkliflərində yalnız Bakı şəhəri və Abşeron rayonu ilə kifayətlənməməli, Azərbaycanın digər şəhər və rayonlarını da əhatə etməlidir.
2. Çoxtərəfli əməkdaşlıq – Layihə təkliflərində mütəxəssislərin cəlb edilməsi nəzərə alınmalı, mərkəzi və yerli səviyyədə dövlət qurumları ilə sıx əməkdaşlıq və tərəfdaşlıq şəklində layihələri həyata keçirməlidirlər. Müvafiq olduğu hallarda özəl sektor və
maraq qrupları cəlb edilməlidir.
3. İnnovativlik – Layihə təklifləri yeni, indiyədək istifadə olunmayan mexanizmlər və metodologiya əsasında qurulmalıdır. Xüsusilə, inkişaf etmiş ölkələrdə sınaqdan keçirilmiş informasiya-kommunikasiya texnologiyalarının yaratdığı imkanların
istifadəsinə üstünlük verilməlidir.
4. Müxtəliflik və İnklüzivlik – Layihə təkliflərində sağlamlıq imkanları məhdud, risk qruplarında və sosial müdafiəyə ehtiyacı olan şəxslərin, gənclərin, qadınların iştirakçılığının təmin olunması ilə bağlı konkret yanaşmalar öz əksini tapmalıdır.
5. Davamlılıq – Layihə təkliflərinin hazırlanması zamanı nəzərdə tutulan nəticələrin davamlılığı mütləq nəzərə alınmalı və bu meyarın necə qarşılandığı dəqiq və aydın şəkildə layihə təklifində göstərilməlidir.


Müsabiqəyə müraciət üçün son tarix: 2 avqust 2024-cü il Sənədlərin qəbulu grants.culture.az resursu üzərindən elektron formada həyata keçirilir
Müsabiqəyə müraciət üçün tələb olunan sənəd formaları:
1. Layihə təklifi forması
2. İcra planı forması
3. Xərclər smetası forması
Qrant müsabiqəsi ilə bağlı suallarla projects@culture.gov.az elektron ünvanına və ya Mədəniyyət Nazirliyin qaynar xəttinə (Tel: 147) müraciət etmək mümkündür.

XƏBƏRLƏR

04.10.2024 17:15
Cəbrayılda ilk "Şəhər günü" keçirilib
04.10.2024 15:17
“Baku Cinema Breeze” festivalı çərçivəsində “Omarket”in platformasının açılışı olub
03.10.2024 17:26
Bakıda tarixi İpək Yoluna həsr olunmuş UNESCO konfransı keçirilir
03.10.2024 12:34
Görkəmli qazax yazıçısı Kemel Tokayevin dilimizə tərcümə edilmiş "Xüsusi tapşırıq" kitabının təqdimatı keçirilib
03.10.2024 12:14
“Baku Cinema Breeze” Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib
02.10.2024 17:29
Paytaxtımızda X Beynəlxalq Kitab Sərgisi başlandı
01.10.2024 14:35
Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi işğaldan azad edilən ərazilərdə incəsənət təhsili üzrə ilk tədris ocağıdır
01.10.2024 12:14
Qazaxıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin geniş icmalı
01.10.2024 10:22
“Baku Cinema Breeze” beynəlxalq film festivalının açılışına sayılı günlər qaldı
30.09.2024 17:47
X Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib
30.09.2024 17:40
İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024 17:20
Monteneqroda Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının növbəti Assambleyası təşkil olundu
27.09.2024 16:55
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini yad edib
27.09.2024 15:44
Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər
26.09.2024 14:32
Qazaxıstan Milli Muzeyində müxtəlif mövzularda mühazirələr təşkil olunub
26.09.2024 09:50
Qazaxıstanda Azərbaycan Dövlət Rəqs Ansamblının möhtəşəm konserti olub
25.09.2024 15:55
Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunub
25.09.2024 15:04
Qazaxıstan Milli Akademik Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılışı olub
25.09.2024 11:29
Salam Sarvan və Rövşən Abdullaoğlu 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları seçilib
25.09.2024 10:30
Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin ilk konserti keçirilib
24.09.2024 16:51
Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib
23.09.2024 17:53
Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir
23.09.2024 16:52
Regionun ən böyük beynəlxalq kitab sərgisinə sayılı günlər qaldı
23.09.2024 10:22
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Təcrübə Proqramı elan edir!
20.09.2024 17:44
Azərbaycan 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin “fəxri qonaq ölkə”si olacaq
19.09.2024 17:51
Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyi münasibətilə “Qəlbimdəki şair” (Der poet in mir) adlı tədbir təşkil edib
19.09.2024 09:31
Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
18.09.2024 15:46
Doğum günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
10.09.2024 10:07
Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
06.09.2024 17:23
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
05.09.2024 10:54
Dövlət Xidməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Anlaşma Memorandumu imzalanıb
05.09.2024 09:44
Bəstəkarlarımızın yeni əsərləri musiqi və incəsənət məktəblərinin tədris proqramına daxil ediləcək
04.09.2024 14:31
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdəki Xudavəng monastır kompleksində olublar