Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
17.03.2023 18:03
Kino forumu keçiriləcəkMədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində 20-21 aprel 2023-cü il tarixlərində  “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusuna həsr olunmuş kino forumu keçiriləcək. Forum Heydər Əliyev Mərkəzində baş tutacaq. Forumda iştirak üçün nazirliyin rəsmi internet resursu olan “culture.gov.az” saytında yerləşdirilən onlayn forma üzrə qeydiyyatdan keçmək mümkündür. Onlayn qeydiyyat aprelin 3-dək davam edəcək. Tədbirdə iştirakla bağlı təsdiq e-poçt vasitəsilə bildiriləcək. ..
17.03.2023 17:18
Teatr forumu keçiriləcək Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində 10-11 aprel 2023-cü il tarixlərində “Azərbaycan teatrı – 150: İnkişaf Perspektivləri” mövzusunda Teatr forumu keçiriləcək. Forum Heydər Əliyev Mərkəzində baş tutacaq. Forumda iştirak üçün nazirliyin rəsmi internet resursu olan “culture.gov.az” saytında yerləşdirilən onlayn forma üzrə qeydiyyatdan keçmək mümkündür. Onlayn qeydiyyat aprelin 3-dək davam edəcək. Tədbirdə iştirakla bağlı təsdiq e-poçt vasitəsilə bildiriləcək. ..
16.03.2023 16:43
Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə böyük maraq var Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir. 16 mart tarixinədək müxtəlif şəhər və rayonlar üzrə 15 minə yaxın uşaq  qeydiyyatdan keçib. Xatırladaq ki, uşaq festivalı 21 nominasiya üzrə istedadına, bacarığına güvənən 6-17 yaş arası hər kəs qatıla bilər. Festival həm peşəkar, həm də həvəskar  kateqoriyalar üzrə üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) keçiriləcək. İştirakçıların qeydiyyatı 20 fevral – 30 mart tarixlərində www.uif.az internet saytı üzərindən aparılır. Əlavə məlumatları festivalın internet saytı, elektron poçtu, (050) 2880147 mobil, 147 qısa nömrələri, həmçinin festivalın rəsmi sosial şəbəkə hesabları vasitəsilə əldə etmək mümkündür: Rəsmi sayt - https://uif.az E-poçt - info@uif.az Facebook - https://www.facebook.com/uif.az Instagram - https://www.instagram.com/uif.az Twitter - https://twitter.com/uif_az Youtube - https://www.youtube.com/@uif_az Tiktok - https://www.tiktok.com/@uif.az ..
06.03.2023 14:13
Uşaq İncəsənət Festivalına qeydiyyat davam edirÜmummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir. Festivala 21 nominasiya üzrə istedadına, bacarığına güvənən 6-17 yaş arası hər kəs qatıla bilər. Müstəqillik tarixində respublikamızda təşkil olunan ən irimiqyaslı uşaq festivalı həm peşəkar (sahə üzrə tədris müəssisələrində təhsil alanlar), həm də həvəskar (kurslarda, dərnəklərdə və ya fərdi qaydada məşğul olanlar) kateqoriyalar üzrə üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) keçiriləcək. İştirakçıların qeydiyyatı 20 fevral – 30 mart tarixlərində www.uif.az internet saytı üzərindən aparılır. 6 mart tarixinədək müxtəlif şəhər və rayonlar üzrə 1230-dan çox uşaq qeydiyyatdan keçib. Uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yeni istedadların üzə çıxarılması və dəstəklənməsinə xidmət edən festival üç mərhələdən ibarətdir. Rayon (şəhər) mərhələsi 2023-cü ilin aprel-iyun aylarında keçiriləcək. Bu mərhələdə qalib olanlar iyun-avqust aylarında keçiriləcək zonalar üzrə ikinci mərhələdə iştirak hüququ qazanacaq. İkinci mərhələdə fərqlənən iştirakçılar finala vəsiqə əldə edəcək. Festivalın final mərhələsinin sentyabr ayında Bakı şəhərində təşkil olunması nəzərdə tutulur. Əlavə məlumatları festivalın internet saytı, elektron poçtu, (050) 2880147 mobil, 147 qısa nömrələri, həmçinin festivalın rəsmi sosial şəbəkə hesabları vasitəsilə əldə etmək mümkündür: Rəsmi sayt - https://uif.az E-poçt - info@uif.az Facebook - https://www.facebook.com/uif.az Instagram - https://www.instagram.com/uif.az Twitter - https://twitter.com/uif_az Youtube - https://www.youtube.com/@uif_az Tiktok - https://www.tiktok.com/@uif.az ..
03.03.2023 17:21
Heydər Əliyev Mərkəzinin səhnəsində “Qarabağnamə” tamaşası oynanılacaqAprelin 19-da Heydər Əliyev Mərkəzində yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası nümayiş olunacaq. Tamaşa Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində təqdim edilir. Quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovun olduğu tamaşada, ümumilikdə 21 aktyor iştirak edir. Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə həyatından bəhs olunur. “Qarabağnamə”nin İbrahim xanı Xalq artisti Kazım Abdullayev, Ağabəyim ağası isə Əməkdar artist Məsmə Aslanqızıdır. Həmin gün Heydər Əliyev Mərkəzinin səhnəsinə Xalq artistləri Əli Nur, Firəngiz Mütəllimova, Hacı İsmayılov, Rafiq Əzimov, Ramiz Məlik, Əməkdar artistlər Elnar Qarayev, Elxan Quliyev, Elşən Cəbrayılov, Əminə Babayeva, Kazım Həsənquliyev və digərləri də çıxacaqlar. Tamaşa Heydər Əliyev Mərkəzinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təqdimatında göstəriləcək. 2 hissədən ibarət olan tamaşanın quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədovdur. Qeyd edək ki, İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında tamaşa ilk dəfə 1996-cı ildə nümayiş olunub. Tamaşa böyük müvəffəqiyyət qazanıb və 1997-ci il sentyabrın 20-də ümummilli lider Heydər Əliyev Milli Dram Teatrının səhnəsində tamaşanı maraqla izləyib.Tamaşaya baxdıqdan sonra yaradıcı heyətlə görüşdə Heydər Əliyev əsəri yüksək qiymətləndirib, onun təbliğinin vacibliyini bildirib.  Həm tariximizin, həm də xalqımızda, xüsusən də gənclərdə vətənpərvərlik, müstəqillik hisslərinin təbliği baxımından əhəmiyyətini qeyd edib. Ümummilli lider elə həmin görüşdə bu pyes əsasında bədii filmin çəkilməsinin də vacibliyini qeyd edib.  Əsərin motivləri əsasında çəkilmiş “Hökmdarın taleyi” adlı ikiseriyalı film 2008-ci ildə ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi çərçivəsində təqdim olunub. İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası isə ilk dəfə 2011-ci il martın 10-da nümayiş etdirilib və bu adla 79 dəfə təqdim olunub.  “Qarabağnamə”nin Heydər Əliyev Mərkəzində 80-ci nümayişini izləmək üçün biletləri Mərkəzin kassası və iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.   ..
25.02.2023 12:46
Heydər Əliyev Mərkəzində “Ölülər” pyesi anşlaqla izlənildiFevralın 24-də Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və milli teatr sənəti“ layihəsi çərçivəsində Cəlil Məmmədquluzadənin “Ölülər“ pyesi nümayiş olunub. Tamaşa Heydər Əliyev Mərkəzi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təqdimatında göstərilib. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Heydər Əliyev Mərkəzi bir sıra layihə və tədbirlər keçirir. Bu layihələr çərçivəsində Mərkəzdə ümummilli liderin sevdiyi və böyük maraqla izlədiyi silsilə teatr tamaşaları nümayiş etdiriləcək. Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyası ümummilli liderin ən çox sevdiyi əsər olduğundan Heydər Əliyev Mərkəzi “Heydər Əliyev və milli teatr sənəti” layihəsinə məhz həmin tamaşanın nümayişi ilə start verib. Tamaşadan əvvəl ulu öndərin əsərlə bağlı fikirlərini əks etdirən videoçarx təqdim olunub. “Ölülər“ pyesini dərin fəlsəfi əsər adlandıran ulu öndər onun milli ruhunu xüsusi vurğulayırdı, pyesin bənzərsiz, tarixi əsər olduğunu qeyd edirdi. Heydər Əliyev hələ gənc yaşlarından teatra çox bağlı idi. Məktəb və tələbəlik illərində dram dərnəklərində səhnədə çıxışlar edən Heydər Əliyev teatrı çox sevirdi və o, Azərbaycan milli teatrını bizim milli sərvətimiz adlandırırdı. “Ölülər” pyesi bu dəfə mükəmməl akustikaya malik olan dünyanın ən yaxşı zallardan birində - Heydər Əliyev Mərkəzinin Auditorium zalında təqdim edilib. Bu zalın səhnəsinə uyğun tamaşa üçün rəngarəng dekorasiyalar qurulub. Aktyorların kostyumları isə məhz bu təqdimat üçün xüsusi hazırlanıb. Qara Qarayevin “Ölülər” üçün bəstələdiyi musiqi isə yeni versiyada təqdim edilib. Quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətovun olduğu tamaşada ümumilikdə 27 aktyor iştirak edib. “Ölülər”in Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri Əməkdar artist Anar Heybətov 87-ci dəfə bu tamaşa üzrə baş rol ifaçıları kimi Heydər Əliyev Mərkəzinin səhnəsinə çıxıblar. Pyesin Mərkəzdəki təqdimatında aktyorların iştirakında nəsillərin qovuşması da müşahidə edilib. Belə ki, tamaşada gənc, orta və yaşlı nəslin tanınmış aktyorları rol alıblar: ən gənc aktyor Cəlal rolunun ifaçısı 12 yaşlı Səccat Kazımov, ən qocamanı isə Xalq artisti 85 yaşlı - yubileyini səhnədə qeyd edən Rafiq Əzimovdur. Eləcə də pyesdə xalq artistləri Əli Nur, Hacı İsmayılov, Kazım Abdullayev, Laləzar Mustafayeva, Sabir Məmmədov, əməkdar artistlər Aslan Şirin, Elxan Quliyev, Elşən Rüstəmov, Əlfida Cəfərov, Kazım Həsənquliyev, Mətləb Abdullayev, Məzahir Cəlilov, Mirzə Ağabəyli və digər sənət ustaları iştirak ediblər. 1909-cu ildə yazılan dörd məclis və beş pərdədən ibarət “Ölülər” tragikomediyası ilk dəfə 1916-cı il aprelin 29-da Bakıda, Tağıyev teatrında səhnələşdirilib. Tamaşanın ilk rejissoru görkəmli Hüseynqulu Sarabski olub. Şeyx Nəsrullah rolunu Əliqulu Qəmküsar, İsgəndər rolunu isə Mirzəağa Əliyev oynayırdı. “Ölülər”in ikinci tamaşası 1916-cı il avqustun 17-də Şuşada,  vaxtilə Xurşidbanu Natəvanın yaratdığı qızlar məktəbində tamaşaya qoyulub. Pyes milli dramaturgiyamızda ilk tragikomediya janrlı əsərdir və ötən müddətdə həm Azərbaycanda, həm də xaricdə tamaşaya qoyularaq böyük müvəffəqiyyət qazanıb. Pyesin Heydər Əliyev Mərkəzindəki nümayişi də anslaqla keçib. Tamaşanın sonunda səhnə əsərinin hazırlanmasında iştirak edən bütün yaradıcı heyət Heydər Əliyev Mərkəzinin təşəkkürnamələri və hədiyyələri ilə təltif olunublar. ..
24.02.2023 16:16
Birinci Uşaq İncəsənət Festivalı: 5 gündə 280-dən çox iştirakçı qeydiyyatdan keçibÜmummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir. Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək festivalda iştirak etmək üçün artıq 280-dən çox uşaq qeydiyyatdan keçib.  21 nominasiya üzrə istedadına, bacarığına güvənən 6-17 yaş arası hər kəsi əhatə edəcək ən irimiqyaslı uşaq festivalına siz də qoşulun!  20 fevral – 30 mart tarixlərində www.uif.az internet saytı üzərindən qeydiyyatdan keçərək festivalın iştirakçısına çevrilin!   Uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yeni istedadların üzə çıxarılması və dəstəklənməsinə xidmət edən festival haqqında əlavə məlumatları festivalın rəsmi internet saytından, (050) 2880147 mobil, 147 qısa nömrələrindən, həmçinin rəsmi sosial şəbəkə hesablarından əldə etmək mümkündür: Rəsmi sayt - https://uif.az  E-poçt - info@uif.az  Facebook - https://www.facebook.com/uif.az  Instagram - https://www.instagram.com/uif.az Twitter - https://twitter.com/uif_az Youtube - https://www.youtube.com/@uif_az  Tiktok - https://www.tiktok.com/@uif.az ..
20.02.2023 16:18
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək. Festivalın keçirilməsində əsas məqsəd ulu öndər Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq, mədəniyyət sahəsində inkişafın təmin edilməsi, uşaqların vətənpərvərlik ruhunda, mədəniyyətə, incəsənətə, adət-ənənələrimizə bağlı tərbiyə olunmasıdır. Üç mərhələdən ibarət festivalda 6-17 yaş arası şəxslər peşəkar (sahə üzrə aidiyyəti təhsil müəssisələrində müvafiq təhsil proqramları əsasında təhsil alanlar) və həvəskar (müxtəlif kurslarda, dərnəklərdə və ya fərdi qaydada sahənin mənimsənilməsi ilə məşğul olanlar) olmaqla iki kateqoriya üzrə üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) iştirak edə bilərlər. Festivalda qeyd olunan yaşlar üzrə incəsənətin və yaradıcılığın müxtəlif növləri və janrları üzrə fəaliyyət göstərən kollektivlər, dərnəklər, solo ifaçılar, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər, rəssamlar, dekorativ-tətbiqi sənətlə məşğul olan istedadlı şəxslər də iştirak edə bilərlər. İştirakçıların qeydiyyatı fevralın 20-dən martın 30-dək  www.uif.az  internet saytı vasitəsilə aparılacaq. Festivalın ilk rayon (şəhər) mərhələsi 2023-cü ilin aprel-iyun aylarında keçiriləcək. Bu mərhələdə qalib olan iştirakçılar festivalın növbəti mərhələsində iştirak hüququ qazanacaq. İyun-avqust aylarında keçiriləcək ikinci mərhələdə fərqlənən iştirakçılar finala vəsiqə əldə edəcək. Festivalın final mərhələsi isə sentyabr ayında Bakı şəhərində təşkil olunacaq. İştirakçılar barədə yekun nəticə münsiflər heyəti tərəfindən verilən qiymətlər əsasında müəyyən ediləcək. Festival ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan təqdimatlar, rəqəmsal incəsənət nümunələri də daxil olmaqla ümumilikdə 21 nominasiya üzrə keçiriləcək: Rəqəmsal incəsənət – “Ümummilli lider Heydər Əliyev və Azərbaycan” (videoqraf, fotoqraf, müxtəlif kompüter proqramlarında hazırlanan təqdimatlar, həvəskar bloger); Piano ifaçılığı; Klassik simli alətlər ifaçılığı; Klassik nəfəs alətləri ifaçılığı; Azərbaycan xalq çalğı alətləri ifaçılığı; Akademik vokal; Estrada oxuma; Xanəndəlik sənəti; Aşıq sənəti; Xor; Caz ifaçılığı; Solo milli rəqs; Milli rəqs ansamblı; Solo müasir rəqs; Müasir rəqs ansamblı; Aktyorluq; Bədii qiraət; Hekayəçilik (stand-up); Dekorativ-tətbiqi sənət; Rəssamlıq; Heykəltаraşlıq. Festivalda hər bir iştirakçı yalnız bir fərdi nominasiyada iştirak edə bilər. Lakin kollektiv nominasiya üzrə festivala qatılanların əlavə bir fərdi nominasiyada da iştirak etməsi mümkündür.  Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi edəcək. Qeyd edək ki, festivalla bağlı əlavə məlumatları Mədəniyyət Nazirliyi (https://culture.gov.az), Elm və Təhsil Nazirliyi (https://edu.gov.az) və Heydər Əliyev Mərkəzinin (https://heydaraliyevcenter.az) rəsmi internet səhifələrindən, 0502880147 mobil, 147 qısa nömrələrindən, həmçinin festivalın rəsmi internet saytı və sosial şəbəkə hesablarından əldə etmək mümkündür:   İnternet saytı - https://uif.az/ Facebook - https://www.facebook.com/uif.az/ Instagram - https://www.instagram.com/uif.az/ Youtube - https://www.youtube.com/@uif_az/ Tiktok - tiktok.com/@uif.az   ..