Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2667

X Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib

 18 ölkənin təmsil olunacağı yubiley sərgisi bir həftə davam edəcək Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 2-dən 8-dək Bakı Ekspo Mərkəzində X Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair – 2024) keçiriləcək. Sentyabrın 30-da sərgi ilə bağlı mətbuat konfransı təşkil olunub.

Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova bildirib ki, builki yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr edilib. Bakı Ekspo Mərkəzində keçiriləcək sərgi müəyyən edilmiş indekslər üzrə regionun ən böyük kitab festivalıdır.

Nazirliyin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli vurğulayıb ki, sərgidə 4 qitəni təmsil edən 18 ölkədən 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edəcək. Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, Çin, Rusiya, Koreya Respublikası, Macarıstan, Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş, Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili və Monqolustandan tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edəcəklər. Qeyd olundu ki, son üç ildə 5 gün keçirilən kitab bayramı bu il 7 gün davam edəcək. Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları formatında ümumilikdə 327 tədbir keçiriləcək.

Bu statistika Bakı Beynəlxalq Kitab Sərgisinin 15 illik tarixində ən yüksək göstəricidir. Diqqətə çatdırıldı ki, sərgidə dünya şöhrətli irland yazar Con Boyn və alman yazar Vulf Dorn “fəxri qonaq” qismində iştirak edəcəklər. Con Boyn dünyanın 46 dilinə tərcümə olunan 25 kitabın müəllifidir. İrland yazar ilə görüş oktyabrın 3-də saat 11:00-da sərgi məkanın “Füzuli” təqdimat zonasında olacaq. Vulf Dorn isə Almaniyanın psixoloji triller janrında ən populyar yazıçılarından hesab olunur. Debüt əsəri olan “Psixiatr” ona böyük şöhrət qazandırıb. Sərginin Almaniyadan daha bir yazar qonağı Fəriba Vəfi olacaq.

Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olan yazıçı Almaniyanın nüfuzlu “LiBeraturpries” ədəbi mükafatına layiq görülüb. Sərginin fəxri yazarı Rövşən Abdullaoğlu beynəlxalq sərgilərin yazarlar üçün əhəmiyyətindən danışıb, Bakı Beynəlxalq Kitab Sərgisinin bu mənadan diqqətəlayiq platforma olduğunu deyib. “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu kitab oxuma mədəniyyətindən söz açıb, ölkəmizdə kitab sənayesinin mövcud vəziyyəti barədə fikirlərini bölüşüb. Bildirib ki, “Qanun” nəşriyyatı sərgidə endirimli qiymətlərləoxuculara təqdim edəcək. Sonra media nümayəndələrinin sualları cavablandırılıb.

Xatırladaq ki, sərgi zamanı gün ərzində ziyarətçilərin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.

Sərgi hər gün səhər saat 10:00-dan axşam saat 20:00-dək ziyarət üçün açıq olacaq.

Sərgiyə giriş ödənişsizdir.

XƏBƏRLƏR

10.12.2024 17:45
Musiqi və incəsənət məktəbləri müəllimlərinin peşə bacarıqlarının qiymətləndirilməsi ilə bağlı Sumqayıtda məlumatlandırma sessiyası keçirilib
10.12.2024 17:37
Bakıda Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Konfransı Təşkilatının təsis iclası keçirilib
10.12.2024 10:21
Görkəmli Qırğız yazıçısı, TÜRKSOY-un Baş katibi Sultan Rayevin “Daşqın” kitabının təqdimatı keçirilib
09.12.2024 15:30
Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının dördüncü iclası keçirilib
06.12.2024 14:36
Müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi ilə bağlı mətbuat konfransı keçirilib
05.12.2024 09:24
“Gənclər Paytaxtı” Şuşada təşkil olunan “G-HUB” sammitində islam ölkələrində oyun sənayesinin imkanları müzakirə olunub
04.12.2024 16:51
Azərbaycan Milli Xalça Muzeyində “Resurslar və mədəniyyət.Arxeologiyadan yeni texnologiyaya” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilir
04.12.2024 14:36
Mədəniyyət naziri Adil Kərimli TİKA-nın başqanı ilə görüşüb
04.12.2024 12:18
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) “Gənclər Paytaxtı” Şuşa şəhərində yaradıcılıq marafonunun qalibləri açıqlanıb
04.12.2024 12:00
Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi
04.12.2024 09:34
"Azərbaycan Atabəyləri" tarixi bədii-sənədli filminin qalası olub
03.12.2024 15:48
Şəkidə IV Beynəlxalq Teatr Festivalı keçirilir
03.12.2024 10:09
İslam ökələrinin gəncləri arasında “Şuşa Yaradıcılıq Marafonu” keçirilir
02.12.2024 10:19
CulTech İnkubasiya proqramına qəbul davam edir!
29.11.2024 17:51
Mədəniyyət naziri Adil Kərimli Xırdalan şəhərində vətəndaşları qəbul edib
29.11.2024 12:04
Xalq rəssamı Rafiq Nəsirov vəfat edib
25.11.2024 17:34
Azərbaycanlı gənclər “I TÜRKSOY Türk Dünyası Gənclik Görüşü”ndə iştirak ediblər
23.11.2024 17:38
Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb
21.11.2024 11:39
Azərbaycanda ilk dəfə Beynəlxalq Qeyri-Maddi Mədəni İrs Günü qeyd edilib
20.11.2024 16:54
Heydər Əliyev Sarayında “Nəsimi” operasının premyerası keçirilib
20.11.2024 10:57
COP29 çərçivəsində keçirilmiş Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşünün kommunikesi qəbul olunub
20.11.2024 10:43
“İqlim üçün mədəniyyət: gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi" mövzusunda panel sessiyası keçirilib
19.11.2024 12:16
Mədəniyyət Nazirliyində Tiktok platformasının nümayəndə heyəti ilə görüş olub
18.11.2024 11:14
Azərbaycanın irəli sürdüyü “İqlim üçün mədəniyyət” təşəbbüsünün təqdimatı keçirilib
18.11.2024 10:46
Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” beynəlxalq sərgisi açılıb
18.11.2024 10:31
Mədəniyyət naziri Adil Kərimli ICCROM-un baş direktoru ilə görüşüb
18.11.2024 10:27
"İqlim üçün mədəniyyət” adlı panel sessiya keçirilib
18.11.2024 09:43
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçirilib