Mədəniyyət naziri Adil Kərimli tərəfindən Naxçıvan Muxtar Respublikasında keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulu tarixi dəyişdirilib
1669
06.09.2024
06.09.2024 06:18
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 13 sentyabr tarixində saat 10:00-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində (ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti,1) keçirilməsi nəzərdə tutulan Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarından olan vətəndaşların qəbulu tarixi dəyişdirilib.
Qəbulun tarixi haqqında məlumat nazirliyin rəsmi internet resurslarında əvvəlcədən yerləşdiriləcək.