Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
172

Cəbrayılda ilk "Şəhər günü" keçirilib

Oktyabrın 4-ü Azərbaycanın ən yeni tarixində təqvimə düşən şanlı günlərdən biri – xalqımızın şərəf və ləyaqət salnaməsi olan Vətən müharibəsində ilk böyük qalibiyyətin qazanıldığı gündür.

Dörd il öncə bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad edib.

Bununla da Cəbrayıl Vətən müharibəsinin ilk qazi şəhəri olub. Ordumuz günbəgün, saatbasaat irəli gedərək düşmənə sarsıdıcı zərbələr vurub torpaqlarımızı azad edib. Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlət başçısı tərəfindən 31 iyul 2023-cü il tarixində sərəncam imzalanıb. Sərəncamla 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olunub.

Oktyabrın 4-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Cəbrayıl şəhərində bayram tədbiri keçirilib. Tədbirdə mədəniyyət naziri Adil Kərimli, digər rəsmilər, tanınmış mədəniyyət və elm xadimləri, "Böyük Qayıdış" proqramı çərçivəsində doğma yurda qovuşmuş bir qrup Cəbrayıl sakini və media nümayəndələri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçları şəhərin yenidən qurulan mərkəzi meydanında bir neçə hissədən ibarət sərgi ilə tanış olublar.

Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə hazırlanan "Zamanın qanadlarında. Cəbrayıl" adlı fotosərgidə Cəbrayılın fotoarxivdə qorunan təsvirləri ilə yanaşı, müasir mühiti, dirçələn həyatı əks olunub. "Yurdum. Cəbrayıl" adlı rəngkarlıq sərgisində Cəbrayıla ezam olunan rəssamların, həmçinin yerli rəssamların yaratdığı əsərlər nümayiş yer alıb. Burada Cəbrayılın mənzərələri, abidələri müəllif həllində verilib. Cəbrayıl xalça məktəbinin nümunələrindən ibarət sərgidə Milli Xalça Muzeyinin daimi kolleksiyasından ənənəvi üsulla toxunan xalçalar və xalça məmulatları təqdim olunur. Burada Cəbrayılın ənənəvi "Qasımuşağı", "Qaraqoyunlu", "Bəhmənli" və s. xalçaları nümayiş etdirilir. "İrsimiz. Ruhumuz. Xudafərin" adlı sərgi xüsusilə maraq doğurur. Cəbrayılın rəmzi olan Xudafərin körpüləri əsrlər boyu Arazın iki sahilini birləşdirən mühüm ticari, iqtisadi əhəmiyyətə malik abidədir. Körpülər Orta əsr Azərbaycan memarlığının mühüm elementlərini əks etdirir.

Sərgi boyu 11 aşırımlı Xudafərin körpüsünün kiçik modeli rəssamlar tərəfindən işlənir. Körpünün qədim tarixinin əks olunması ilə yanaşı, burada iştirakçı rəssamların özünəməxsus üslubu və tərzi də nümayiş olunur. 11 aşırım modelini qırmızı xətt qismində birləşdirən ümumi motiv Azərbaycan kəlağayısıdır.

Bu seqment milli irsimizin incə nümunəsini göstərməklə bərabər, tarixi İpək Yolunun inkişafında Xudafərin körpülərinin əhəmiyyətini də vurğulayır. Eyni zamanda sərgi məkanında qurulmuş xüsusi guşədə Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında ədəbi-bədii kompozisiya təqdim olunub. Azərbaycan Yazıçılar Birliyinin katibi şair-dramaturq İlqar Fəhminin ssenari müəllifi olduğu kompozisiyada, əsasən, Cəbrayıl rayonundan olan yazarların əsərlərindən istifadə edilib. Sərgilərlə tanışlıqdan sonra geniş konsert proqramı təqdim olunub.

Aparıcılar Vətən müharibəsi haqqında məlumat verib, 44 gündə qazanılan şanlı Zəfərin tariximizə qızıl hərflərlə yazıldığını vurğulayıblar. Sonra söz musiqiyə verilib. Ana yurdun tərənnümü əsasında qurulan proqramda Azərbaycan Dövlət Rəqs Ansamblı "Qarabağ”  rəqsini,  Xalq Çalğı Alətləri Orkestri Vasif Adıgözəlovun “Bayram süitası”nı, Əməkdar artist Yaqut Abdullayeva Bəhram Nəsibovun “Qarabağ” mahnısını, Əməkdar artist İlkin Əhmədov “Azərbaycan maralı” xalq mahnısını, aşıq Aqşin Tarıyeloğlu “Ovşarı” saz havasını, xanəndələr Vüsal Zamanov, Güllü Muradova və Rəvanə Qurbanova “Qarabağ şikəstəsi”ni, Əməkdar artistlər Gülüstan Əliyeva Məmmədbağır Bağırzadənin “Cəbrayıl”, Zahid Quliyev İbrahim Topçubaşovun "Dağlarda duman gözəldir” mahnılarını ifa ediblər. Konsertdə həmçinin müğənni Taleh Hüseynli Elnur Şahmarovun “Cəbrayılım”, İlhamə Qasımova Elza İbrahimovanın “Ey Vətən”, Xalq artisti Azər Zeynalov Fikrət  Əlizadənin “Vətənim”, Sona Əzizova “El bilir ki, sən mənimsən”, "Sazəndə” aşıqlar qrupu Dirili Qurbaninin “Bayatı-şikəstə”, Xalq artisti Samir Cəfərov Cavanşir Quliyev “Bura vətəndir”,  “Renesans” uşaq xoru Rauf Hacıyevin “Azərbaycan”, Azərbaycan Dövlət Rəqs Ansamblı "Zəngəzur yallısı" rəqsini təqdim ediblər.  Konsert proqramına Xalq artisti Mələkxanım Əyyubovanın ifasında Rauf Məmmədovun “Yaşa mənim xalqım” mahnısı ilə yekun vurulub. Bütün ifalar alqışlarla qarşılanıb. Günün ikinci yarısında Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı "Qaraca qız", Azərbaycan Dövlət Akademik Musiqili Teatrı isə "Arşın mal alan" tamaşaları nümayiş etdiriblər.

Cəbrayıl Şəhəri Günü tədbirləri Azərbaycan Dövlət Rəqs Ansamblının möhtəşəm konserti ilə başa çatıb.

Təqdim olunan konsert və tamaşalar doğma yurdda yenicə məskunlaşan Cəbrayıl sakinləri və digər qonaqların könlünü oxşayıb.

XƏBƏRLƏR

04.10.2024 15:17
“Baku Cinema Breeze” festivalı çərçivəsində “Omarket”in platformasının açılışı olub
03.10.2024 17:26
Bakıda tarixi İpək Yoluna həsr olunmuş UNESCO konfransı keçirilir
03.10.2024 12:34
Görkəmli qazax yazıçısı Kemel Tokayevin dilimizə tərcümə edilmiş "Xüsusi tapşırıq" kitabının təqdimatı keçirilib
03.10.2024 12:14
“Baku Cinema Breeze” Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib
02.10.2024 17:29
Paytaxtımızda X Beynəlxalq Kitab Sərgisi başlandı
01.10.2024 14:35
Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi işğaldan azad edilən ərazilərdə incəsənət təhsili üzrə ilk tədris ocağıdır
01.10.2024 12:14
Qazaxıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin geniş icmalı
01.10.2024 10:22
“Baku Cinema Breeze” beynəlxalq film festivalının açılışına sayılı günlər qaldı
30.09.2024 17:47
X Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib
30.09.2024 17:40
İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024 17:20
Monteneqroda Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının növbəti Assambleyası təşkil olundu
27.09.2024 16:55
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini yad edib
27.09.2024 15:44
Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər
26.09.2024 14:32
Qazaxıstan Milli Muzeyində müxtəlif mövzularda mühazirələr təşkil olunub
26.09.2024 09:50
Qazaxıstanda Azərbaycan Dövlət Rəqs Ansamblının möhtəşəm konserti olub
25.09.2024 15:55
Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunub
25.09.2024 15:04
Qazaxıstan Milli Akademik Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılışı olub
25.09.2024 11:29
Salam Sarvan və Rövşən Abdullaoğlu 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları seçilib
25.09.2024 10:30
Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin ilk konserti keçirilib
24.09.2024 16:51
Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib
23.09.2024 17:53
Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir
23.09.2024 16:52
Regionun ən böyük beynəlxalq kitab sərgisinə sayılı günlər qaldı
23.09.2024 10:22
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Təcrübə Proqramı elan edir!
20.09.2024 17:44
Azərbaycan 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin “fəxri qonaq ölkə”si olacaq
19.09.2024 17:51
Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyi münasibətilə “Qəlbimdəki şair” (Der poet in mir) adlı tədbir təşkil edib
19.09.2024 09:31
Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
18.09.2024 15:46
Doğum günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
10.09.2024 10:07
Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
06.09.2024 17:23
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
05.09.2024 10:54
Dövlət Xidməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Anlaşma Memorandumu imzalanıb
05.09.2024 09:44
Bəstəkarlarımızın yeni əsərləri musiqi və incəsənət məktəblərinin tədris proqramına daxil ediləcək
04.09.2024 14:31
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdəki Xudavəng monastır kompleksində olublar
04.09.2024 10:15
Azərbaycanda ilk dəfə "Baku Cinema Breeze" beynəlxalq film festivalı keçiriləcək