Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3349

Molla Pənah Vaqifin 300 illik yubileyi təntənəli mərasimlə qeyd olunub

O, bu gün əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələrinin müəllifi kimi tanınmaqla yanaşı, həm də milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan verən söz xiridarı kimi xatırlanır. Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyat tarixində silinməz iz qoyan qüdrətli söz ustası Molla Pənah Vaqif, eyni zamanda, özünəməxsus ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkar kimi xarakterizə edilir. Azərbaycan şeiri Vaqifin bənzərsiz fitri istedadı və böyük zəhməti sayəsində yeni mərhələyə adlaya bilib. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi bu gün də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Görkəmli Azərbaycan şairi və ictimai-siyasi xadim Molla Pənah Vaqifin yaradıcılığı və işıqlı xatirəsinin könüllərdə yaşamasına sahib çıxan doğma Vətəni onun adını məhz mənsub olduğu xalqının yaddaşında mənən yaşadır.

Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamına əsasən ölkəmizdə şairin xatirəsi həsr edilmiş elmi-praktik konfranslar, rəsm sərgiləri və digər bu qəbildən olan silsilə tədbirlər gerçəkləşib.

Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə növbəti tədbir dekabrın 7-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında reallaşıb.

Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, habelə dövlət rəsmiləri iştirakı ediblər.

Əvvəlcə qonaqlar M.P.Vaqifin əsərlərindən, habelə şairin həyat və yaradıcılığına həsr olunmuş kitablardan ibarət sərgisi ilə tanış olublar.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yubiley mərasimində çıxış edərək Molla Pənah Vaqifin ədəbiyyatımıza verdiyi töhfələrdən söz açıb: “Dövlətimiz tərəfindən tanınmış şəxsiyyətlərin yubileylərinin yüksək səviyyədə qeyd edilməsi, əsərlərinin nəşri və təbliği uzun illərdir ki, ənənə halını alıb. Molla Pənah Vaqifin də yubileyinin qeyd edilməsi təkcə ölkəmizlə məhdudlaşmır, demək olar ki, bütün türk dünyasında bununla bağlı silsilə tədbirlər keçirilib. Akademik Nizami Cəfərovun şairin həyat və yaradıcılığından bəhs edən “Molla Pənah Vaqif”, Milli Kitabxananın hazırladığı “Molla Pənah Vaqif” biblioqrafiyası nazirliyin, “Molla Pənah Vaqif dünya dillərində” kitabı isə TÜRKSOY-un dəstəyi ilə nəşr edilib”.

Nazir bildirib ki, mürəkkəb və ziddiyyətli dövrdə yaşamasına baxmayaraq Vaqif xalqın şairi olmaq şərəfini ömrünün sonunadək ləyaqətlə qoruyub saxlayıb. Vaqifin ədəbiyyatımızın inkişafında, ana dilimizin zənginləşməsində böyük xidmətlərinin olduğunu söyləyən Ə.Qarayev deyib ki, hər bir azərbaycanlı Vaqifin yaradıcılığını oxuyur və asanlıqla başa düşür. Doğrudan da M.P.Vaqifə qədər Azərbaycan dilində sadə, aydın və anlaşıqlı üslubda yazan şairimiz az olub. Vaqifin yaradıcılığı insanların hafizələrində, yaddaşlarında yaşayaraq dövrümüzə qədər gəlib çatıb. Vaqifin əsərləri vaxtında itib-batmış, əlyazmaları talan olmuşdur. Ancaq onun yaradıcılığını sevən insanlar, bütövlükdə xalq M.P.Vaqifin əsərlərini yaddaşlarında yaşatmış, xanəndələr sözlərini məclislərdə ifa etmiş, yazmaq bacarığı olanlar şairin qəzəllərini, qoşmalarını, müxəmməslərini qələmə almışlar.

Molla Pənah Vaqif öz dövrünün böyük şairi, mütəfəkkiri və dövlət xadimi olub. Onun yaradıcılığı özünəməxsus realist ədəbi-estetik mövqeyi ilə seçilir. Bundan başqa, onun yaradıcılığı təsdiq edir ki, milli özünüdərk M.P.Vaqif yaradıcılığında daha güclüdür. Molla Pənah Vaqif saray adamı olmaq, vəzir kimi çalışmaqla yanaşı, həm də el-obaya, xalqa yaxın insan olub. Xalqın içərisindən çıxıb dövlət səviyyəsinə yüksəlmək və yaradıcılığında xalqın ruhunu, dövlətdə siyasi fəaliyyət qabiliyyətini, bacarığını qoruyub saxlamaq yenə də M.P.Vaqifə məxsus keyfiyyətdir.

Qeyd olunub ki, M.P.Vaqifin adının UNESCO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür. 2017-ci il, həmçinin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY tərəfindən “Molla Pənah Vaqif İli” elan edilərək, bu çərçivədə tədbirlər keçirilib.

1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açıldığını xatırladan nazir bildirib ki, erməni silahlıları tərəfindən işğal olunmuş Şuşa şəhərində vəhşicəsinə yerlə-yeksan edilən, talana məruz qalan bütün tarixi memarlıq və mədəniyyət abidələrimiz kimi Vaqifin də məqbərəsi dağıdılıb.

“Ulu Öndərimizin zəngin Azərbaycan ədəbiyyatının inkişafına və onun görkəmli nümayəndələrinin dünyada tanınmasına göstərdiyi diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Molla Pənah Vaqifin 300 illik yubileyinin qeyd olunması da bu siyasətin bariz nümunəsidir”, - deyə Ə.Qarayev vurğulayıb.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov rəhbəri olduğu qurumun təşkil etdiyi görkəmli şairə həsr edilmiş tədbirlərdən söz açıb. “Bu gün mənim üçün çox sevindiricidir ki, türk dünyasının böyük şairi Molla Pənah Vaqifin 300 illik yubileyində iştirak edirəm. Türkdilli xalqlar arasında qardaşlıq əlaqələrini gücləndirmək, türk dünyasının mədəniyyətini tanıtmaq məqsədilə yaradılan TÜRKSOY hər il tanınmış şəxsiyyətlərin yubileylərini qeyd edir. TÜRKSOY “Molla Pənah Vaqif İli” çərçivəsində çoxsaylı tədbirlər keçirib, elmi-konfranslar təşkil edib. Dekabrın 22-də isə Şimali Kiprdə Vaqifə həsr edilmiş tədbirin təşkili nəzərdə tutulur”, - deyə D.Kaseinov söyləyib.

Görkəmli şairin yaradıcılıq məziyyətlərindən söz açan Kabardin Balkar Respublikasının Yazıçılar İttifaqının sədri Mütəllib Behbayev Vaqif şeirlərinin fəlsəfi quruluşu, yazı dilindəki rəvanlıq, onun siyasi və dövlət işlərindəki tarixi fəaliyyətini yüksək qiymətləndirib.

Tədbir tanınmış ifaçılar tərəfindən təqdim olunan konsert proqramı ilə davam edib.

 

XƏBƏRLƏR

02.07.2024 09:52
Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici seminar keçirilib
28.06.2024 15:35
Azərbaycanın mədəniyyət naziri Özbəkistanda Beynəlxalq Maqom Sənəti Forumunda iştirak edib
27.06.2024 15:44
Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir
25.06.2024 17:11
Akademik Rus Dram Teatrında aktyor sənəti və vokal üzrə ustad dərsləri
25.06.2024 10:57
 Bakıda Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub  
25.06.2024 09:54
Mədəniyyətimiz radiodalğalarında – yeni layihələr
24.06.2024 14:57
Media nümayəndələri musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbul imtahanını izləyiblər
24.06.2024 12:25
Azərbaycan və Çin klassik əsərlərinin tərcüməsi və nəşri ilə bağlı görüş keçirilib
24.06.2024 12:19
İyunun 20-də Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın 100 illik yubileyinə həsr olunmuş “Vəcihə Səmədova 100: sənətkar ömrünün səhifələri” adlı sərgi açılıb
21.06.2024 10:00
Beynəlxalq Animasiya Filmləri Festivalında Azərbaycan stendlə təmsil olunub
20.06.2024 09:24
Azərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində ilk dəfə milli stendlə təmsil olunur
14.06.2024 17:04
Mədəniyyət naziri Samuxda vətəndaşları qəbul edib
13.06.2024 18:02
Özbək dilinə tərcümə edilmiş "Qılınc və qələm" romanı Daşkənddə təqdim olunub
13.06.2024 17:04
Dövlət Yuğ Teatrı “Mənəm, mən” tamaşasını Daşkənddə nümayiş etdirib
13.06.2024 09:51
"Arşın mal alan" yenidən Daşkənd səhnəsində nümayiş olunub
13.06.2024 09:31
"Azərbaycanın sənət incilərində yaşayan milli irsi” - Daşkənddə sərgi açılıb
12.06.2024 11:23
Daşkənddə Azərbaycan incəsənətinin növbəti təntənəsi
12.06.2024 09:40
Azərbaycan və Özbəkistanın mədəniyyət nazirləri Daşkənddə görüşüb 
12.06.2024 09:33
Özbəkistan Milli Kitabxanasında Azərbaycan guşəsinin açılışı olub
11.06.2024 15:30
Özbəkistan Yazıçılar İttifaqında "Məhəmməd Füzuli və Əlişir Nəvai: ortaq ədəbi-mənəvi dəyərlərimiz" adlı konfrans keçirilib
10.06.2024 17:07
Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri başlanır
08.06.2024 09:43
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin birgə bəyanatı
07.06.2024 15:41
VI Dialoq Forumunun yekun bəyannaməsi BMT Baş Assambleyası 78-ci sessiyasının sənədi kimi dərc olunub
07.06.2024 13:10
Mədəniyyət naziri İmişli rayonunda vətəndaşların müraciətlərini dinləyib
06.06.2024 19:02
“1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” adlı yeni ekspozisiyanın açılış mərasimi keçirilib
04.06.2024 09:01
“A-Hub Akselerasiya Proqramı”nın qalibləri Şuşada mükafatlandırılıb
03.06.2024 18:28
Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsinin açılış mərasimi keçirilib
03.06.2024 17:57
Şuşada keçirilən Beynəlxalq Sahibkarlar Forumu maraqlı mövzulara həsr olunan panel sessiyalarla davam edir