Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1215

Özbəkistan Milli Kitabxanasında Azərbaycan guşəsinin açılışı olub

Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 11-də Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında Azərbaycan guşəsinin açılışı olub.

Mərasimdə çıxış edən Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva kitabxanada Azərbaycan guşəsinin açılmasını kollektiv və oxucular üçün əlamətdar hadisə kimi qiymətləndirib. Kitabxananın fondunda Azərbaycana dair çoxsaylı nəşrlərin qorunduğunu deyən direktor daimi guşədə nümayiş olunan kitab, jurnal və digər çap məhsularının qardaş ölkənin tarix və mədəniyyətinin, ədəbiyyatının təbliğinə öz töhfəsini verəcəyini vurğulayıb. U.Teşabayeva əlavə edib ki, Özbəkistan Milli Kitabxanasında Azərbaycana dair 5 mindən çox kitab mövcuddur və onların sayı ildən-ilə artacaq.

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Özbəkistan Milli Kitabxanası ilə əlaqələrin ildən-ilə genişləndiyini deyib.

Qeyd olunub ki, Azərbaycan Milli Kitabxanasında Özbəkistan guşəsi 2019-cu ildə təşkil edilib. Ötən dövr ərzində Milli Kitabxanada Özbəkistanın tanınmış şair və yazıçılarının, mütəfəkkirlərinin yubileyləri ilə bağlı tədbirlər keçirilib, kitab təqdimatları olub. Bildirilib ki, yeni yaradılan Azərbaycan guşəsində 300-ə yaxın adda nəşr yer alıb.

Özbək oxucular burada Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş, ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı və müasir inkişafı, eləcə də 44 günlük Vətən müharibəsində şanlı Zəfərimizlə bağlı ətraflı məlumat almaq imkanı qazanacaqlar.

Çıxışlardan sonra tədbir iştirakçıları Azərbaycan guşəsində yer alan nəşrlərlə tanış olublar.

XƏBƏRLƏR

14.08.2024 17:04
Füzuli şəhərində yay məktəbi təşkil olunacaq
03.08.2024 14:19
Azərbaycan Kinosu Günü təntənəli şəkildə qeyd olunub
02.08.2024 13:11
Monteneqroda “Azərbaycan xalçası: təbiətlə dialoq” adlı sərgi açılıb
31.07.2024 13:22
“Min bir gecə” baleti yeni quruluşda Pekində ilk dəfə təqdim olunacaq
30.07.2024 14:04
Azərbaycan-Çin mədəni əməkdaşlığının geniş perspektivləri müzakirə olunub
30.07.2024 10:18
Mədəniyyət naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyib
26.07.2024 15:32
Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb
24.07.2024 16:55
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin birgə məlumatı
24.07.2024 15:04
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı həyata keçiriləcək
24.07.2024 11:03
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi davam edir
22.07.2024 18:00
Mədəniyyət Nazirliyi Nyu Dehlidə keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 46 sessiyasında təmsil olunur
22.07.2024 10:48
Vaqif Poeziya Günlərinin geniş icmalı
22.07.2024 10:09
Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
19.07.2024 17:34
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başa çatıb
19.07.2024 12:06
Şuşada "Məhəmməd Füzuli. Zamanın fövqündə" mövzusunda konfrans keçirilib
18.07.2024 19:44
Vaqif Poeziya Günləri çərçivəsində Şuşada ilk dəfə etno-caz konserti
18.07.2024 16:26
Şuşada poeziya bayramında "Füzuli hücrələri"
18.07.2024 15:19
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başlayıb
12.07.2024 18:07
Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un 31 yaşı tamam olur
12.07.2024 15:22
Nazir Adil Kərimli ŞƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin görüşündə iştirak edib
11.07.2024 14:52
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi post-prodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsinin nəticələrini açıqladı
11.07.2024 12:37
Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub
10.07.2024 18:35
Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” adlı əsərinin musiqisinin qanunsuz mənimsənilməsi və müəlliflik hüququnun digər şəkildə pozulması ilə bağlı BİRGƏ BƏYANATI
05.07.2024 09:18
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi