Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
445

İyunun 20-də Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın 100 illik yubileyinə həsr olunmuş “Vəcihə Səmədova 100: sənətkar ömrünün səhifələri” adlı sərgi açılıb

İyunun 20-də Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın 100 illik yubileyinə həsr olunmuş “Vəcihə Səmədova 100: sənətkar ömrünün səhifələri” adlı sərgi açılıb.

Tədbirdə Xalq rəssamı Salhab Məmmədov, Vəcihə Səmədovanın nəvəsi Aqşin Mirfeyzullazadə çıxış ediblər. Onlar görkəmli rəssamın yaradıcılığının milli təsviri sənətdə tutduğu mühüm mövqedən və bu sərginin Azərbaycan incəsənəti üçün daşıdığı vacib əhəmiyyətdən danışıblar.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbyacan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın əsasən Azərbaycan Milli İncəsənət Muzeyi və eləcə də, Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına məxsus müxtəlif janrlarda ərsəyə gətirdiyi 60-a yaxın rəngkarlıq və qrafika əsəri yer alıb. Sərginin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikovadır. Azərbaycanın ilk peşəkar qadın rəngkarı, özünəməxsus dəst-xəttə malik Vəcihə Səmədovanın geniş mövzu dairəsini əhatə edən əsərləri tematika üzrə bölünmüş zallarda təqdim olunur. Ekspozisiyaya daxil olan mənzərə əsərlərində müəllifin canlı müşahidələri əsasında fırçaya aldığı Azərbaycan torpağının əsrarəngiz təbiəti canlanır. Bolqarıstana yaradıcı səfərindən xatirə qalan əsərləri isə bu ölkənin təbiəti, memarlığı, insanlarına həsr olunmuş kompozisiyaları nümayiş etdirir. Rəssamın “İmtahandan qabaq”, “Xəbər gözləyərkən” və digər tematik tabloları mükəmməl kompozisiya həllinə malik olmaqla canlı hiss və duyğuların təsviri ilə fərqlənir.

Qeyd edilən bədii həll prinsipi müəllifin 1950-1960-cı illər yaradıcılığına aid qrafik əsərləri üçün də xarakterikdir. 1961-ci ildə yaratdığı və sanki öz bədii-estetik axtarışlarının zirvəsinə çatdığı “Kür sahilində” tablosu ekspozisiyada xüsusi yer tutur. Multimedia vasitələrindən istifadə edilən sərgidə qeyd edilən tablo vizuallaşdırılmış maraqlı təqdimatla nümayiş etdirilir. Sərginin xüsusi hissəsini Vəcihə Səmədovanın özünü sənətkar kimi təsdiq etdiyi aparıcı janrlardan olan portret əsərləri təşkil edir.

Sənətkarın sevimli ömür-gün yoldaşı Lətif Feyzullayev tərəfindən fırçaya alınmış füsunkar obrazı, eyni zamanda onun şəxsiyyəti və yaradıcı dünyası haqqında video-sorğu sərginin konsepsiyasına xüsusi məna çaları qatır.

Sərgi 25 noyabr 2024-cü il tarixinədək davam edəcək.

XƏBƏRLƏR

28.06.2024 15:35
Azərbaycanın mədəniyyət naziri Özbəkistanda Beynəlxalq Maqom Sənəti Forumunda iştirak edib
27.06.2024 15:44
Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir
25.06.2024 17:11
Akademik Rus Dram Teatrında aktyor sənəti və vokal üzrə ustad dərsləri
25.06.2024 10:57
 Bakıda Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub  
25.06.2024 09:54
Mədəniyyətimiz radiodalğalarında – yeni layihələr
24.06.2024 14:57
Media nümayəndələri musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbul imtahanını izləyiblər
24.06.2024 12:25
Azərbaycan və Çin klassik əsərlərinin tərcüməsi və nəşri ilə bağlı görüş keçirilib
21.06.2024 10:00
Beynəlxalq Animasiya Filmləri Festivalında Azərbaycan stendlə təmsil olunub
20.06.2024 09:24
Azərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində ilk dəfə milli stendlə təmsil olunur
14.06.2024 17:04
Mədəniyyət naziri Samuxda vətəndaşları qəbul edib
13.06.2024 18:02
Özbək dilinə tərcümə edilmiş "Qılınc və qələm" romanı Daşkənddə təqdim olunub
13.06.2024 17:04
Dövlət Yuğ Teatrı “Mənəm, mən” tamaşasını Daşkənddə nümayiş etdirib
13.06.2024 09:51
"Arşın mal alan" yenidən Daşkənd səhnəsində nümayiş olunub
13.06.2024 09:31
"Azərbaycanın sənət incilərində yaşayan milli irsi” - Daşkənddə sərgi açılıb
12.06.2024 11:23
Daşkənddə Azərbaycan incəsənətinin növbəti təntənəsi
12.06.2024 09:40
Azərbaycan və Özbəkistanın mədəniyyət nazirləri Daşkənddə görüşüb 
12.06.2024 09:33
Özbəkistan Milli Kitabxanasında Azərbaycan guşəsinin açılışı olub
11.06.2024 15:30
Özbəkistan Yazıçılar İttifaqında "Məhəmməd Füzuli və Əlişir Nəvai: ortaq ədəbi-mənəvi dəyərlərimiz" adlı konfrans keçirilib
10.06.2024 17:07
Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri başlanır
08.06.2024 09:43
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin birgə bəyanatı
07.06.2024 15:41
VI Dialoq Forumunun yekun bəyannaməsi BMT Baş Assambleyası 78-ci sessiyasının sənədi kimi dərc olunub
07.06.2024 13:10
Mədəniyyət naziri İmişli rayonunda vətəndaşların müraciətlərini dinləyib
06.06.2024 19:02
“1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” adlı yeni ekspozisiyanın açılış mərasimi keçirilib
04.06.2024 09:01
“A-Hub Akselerasiya Proqramı”nın qalibləri Şuşada mükafatlandırılıb
03.06.2024 18:28
Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsinin açılış mərasimi keçirilib
03.06.2024 17:57
Şuşada keçirilən Beynəlxalq Sahibkarlar Forumu maraqlı mövzulara həsr olunan panel sessiyalarla davam edir
03.06.2024 16:17
Şuşada Beynəlxalq Sahibkarlar Forumu keçirilir
03.06.2024 12:21
Görkəmli baletmeyster Maqsud Məmmədov 95 illiyi münasibətilə evində ziyarət olunub
02.06.2024 21:24
"A-Hub Akselerasiya Proqramı”nın dünya finalı keçirilib