13.02.2024 01:11
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2024-cü il 23 fevral tarixində saat 10:00-da Salyan rayonu Heydər Əliyev Mərkəzində (Ünvan: Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsi, 136) Salyan, Hacıqabul, Biləsuvar, Neftçala rayonlarından və Şirvan şəhərindən olan vətəndaşların qəbulu tarixi dəyişdirilib.
Vətəndaşların qəbulu 2024-cü il 17 fevral tarixində saat 10:00-da yuxarıda qeyd olunan ünvanda keçiriləcək.
Qeyd: Müraciət müddəti başa çatıb.