Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1815

Nazir Adil Kərimli ŞƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin görüşündə iştirak edib

İyulun 12-də Belarus Respublikasında "Slavyan Bazarı Vitebskdə" XXXIII Beynəlxalq İncəsənət Festivalı çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin mədəniyyət nazirlərinin görüşü keçirilib. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tədbirdə iştirak edib.

Görüşdə çıxış edən nazir Adil Kərimli Belarus Respublikasını bu yaxınlarda ŞƏT-ə tamhüquqlu üzv olması münasibətilə təbrik edib. 2016-cı ildə Azərbaycan və ŞƏT arasında memorandum imzalandığını xatırladan Adil Kərimli qeyd edib ki, bu mühüm təşkilat kontekstində mədəniyyətin inkişafı bizim üçün böyük əhəmiyyət kəsb edir.

Vurğulanıb ki, bu il iyulun 4-də Astanada keçirilən ŞƏT-in sammitində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etməsi ölkəmizin bu təşkilat çərçivəsində əməkdaşlığı dərinləşdirmək niyyətini bir daha nümayiş etdirib.

“Biz ŞƏT-də dialoq üzrə tərəfdaş statusumuzu yüksək qiymətləndirir və müxtəlif sahələrdə, o cümlədən mədəniyyət, təhsil, elm və digər sahələrdə əməkdaşlığı dərinləşdirməyə çalışırıq. Məqsədimiz təkcə əlaqələri gücləndirmək deyil, həm də davamlı inkişafı dəstəkləmək üçün mövcud potensialdan istifadə etməkdir”, – deyə nazir bildirib.

Adil Kərimli onu da diqqətə çatdırıb ki, bu il ərzində Azərbaycanda Belarus, Qırğız Respublikası, Tacikistan və Rusiya Federasiyasının mədəniyyət günləri, eləcə də Özbəkistanda Azərbaycanın mədəniyyət günləri təşkil olunub.

2024-cü ilin noyabr ayında Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi edəcəyini deyən nazir bildirib ki, bu mötəbər tədbirin mədəni gündəliyi də var. COP29 çərçivəsində mədəniyyət nazirlərinin görüşü nəzərdə tutulub. Bu görüş, həmçinin iqlim dəyişikliyinin mədəni irsə mənfi təsirinin müzakirəsi üçün mühüm bir fürsət olacaq.

Qeyd edək ki, “Slavyan Bazarı Vitebskdə” festivalında ŞƏT ölkələrinin milli mədəniyyət günü keçirilir. Mədəniyyət günü iyulun 12-də Vitebskin Qələbə meydanında “ŞƏT ilə birlikdə sülh və yaradıcılıq naminə” adlı konsertlə başlayıb. Tədbirə təşkilata üzv ölkələrin nümayəndə heyətləri də qatılıb.

Şanxay Əməkdaşlıq Təşkilatının əsası 2001-ci ildə qoyulub. Hazırda Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Pakistan, Hindistan, Belarus təşkilatın tamhüquqlu üzvləridir. Bir sıra ölkələr təşkilatda müşahidəçi statusuna, habelə dialoq üzrə tərəfdaş statusuna malikdir. Azərbaycan 2016-cı ildən ŞƏT-lə dialoq üzrə tərəfdaş statusunda fəal əməkdaşıq edir

XƏBƏRLƏR

07.11.2024 09:51
Mədəniyyət naziri film layihələri müsabiqəsinin qalibləri ilə görüşüb
06.11.2024 17:32
Azərbaycanın təbii və mədəni irsi
06.11.2024 17:00
Mədəniyyət naziri Akademik Musiqili Teatrda olub
06.11.2024 09:15
AZƏRBAYCANDA İLK DƏFƏ "NƏSİMİ" OPERASI TƏQDİM OLUNACAQ
05.11.2024 09:26
Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş olub
04.11.2024 12:06
İstanbul sərgisində ölkəmizlə bağlı yeni tədbir və təqdimatlar davam edir
04.11.2024 11:25
İstanbulda Frankfurt Beynəlxalq Kitab Sərgisinin regional koordinatoru ilə görüş olub
04.11.2024 11:21
İstanbulda “Səninləyik, Türkiyə” kitabı, "Heca" dərgisinin poeziyamızla bağlı xüsusi buraxılışının təqdimatı və konsert keçirilib
04.11.2024 11:05
İstanbul sərgisində Azərbaycan yazarlarının iştirakı ilə ədəbi müzakirələr və imza mərasimi keçirilib
04.11.2024 10:48
Azərbaycanın ilk dəfə "fəxri qonaq ölkə" olduğu 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib
04.11.2024 10:35
Mədəniyyət naziri Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi ilə görüşüb
01.11.2024 15:59
UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə dair dəyirmi masa keçirilib
01.11.2024 12:43
Kubada Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
31.10.2024 17:31
“COP29 və mədəniyyət: iqlim dəyişikliyinin mədəni ölçüləri” mövzusunda konfrans keçirilib
31.10.2024 15:57
“e-Culture” rəqəmsal idarəetmə modeli çərçivəsində görülmüş işlərlə bağlı təqdimat keçirilib
30.10.2024 15:27
Mədəniyyət naziri Ağcabədidə vətəndaşları qəbul edib
28.10.2024 17:46
“İkinci planetin qırmızı rəngi” filmi beynəlxalq festivallarda uğur qazanıb
28.10.2024 15:55
“Bölgə teatrlarının Bakı premyeraları” – Lənkəran teatrı iki tamaşa ilə paytaxtımıza qastrola gəlir
28.10.2024 14:37
Azərbaycan hindistanlı rejissor və prodüserlər üçün "İlin çəkiliş məkanı" seçilib
28.10.2024 10:26
Mədəniyyət naziri Akademik Opera və Balet Teatrının kollektivi ilə görüşüb
28.10.2024 09:53
Adil Kərimli Mədəniyyət və İncəsənət Universitetinin kollektivi ilə görüşüb
25.10.2024 17:05
Bakı Dövlət Universiteti ilə Milli Kitabxana arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
25.10.2024 15:37
"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı" ilkin mərhələdə 20 nəfəri əhatə edəcək
23.10.2024 09:31
Ölkəmizdə ilk dəfə mədəniyyət müəssisəsinə “beynəlxalq” statusu verilib
18.10.2024 17:11
Milli Konservatoriyada musiqi təhsili ilə bağlı müzakirə aparılıb
18.10.2024 09:02
Füzulidə geniş konsert proqramı təqdim olunub
17.10.2024 17:25
Musiqi, incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavinlərinin işə qəbulu qaydalarında dəyişiklik edilib
17.10.2024 17:02
Füzulidə növbəti “Şəhər günü” keçirilir
16.10.2024 16:16
Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
16.10.2024 11:31
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
15.10.2024 17:32
Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
15.10.2024 10:00
Mədəniyyət Nazirliyində xarici sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib
11.10.2024 16:11
ICESCO nümayəndə heyəti Ağdam şəhərinə səfər edib