Mədəniyyət naziri Adil Kərimli tərəfindən Gədəbəydə keçiriləcək vətəndaşların qəbulu tarixi müəyyən olub
1947
24.07.2024
24.07.2024 04:06
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən cari ilin iyul ayında nəzərdə tutulmuş Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax rayonlarından olan vətəndaşların qəbulu 2024-cü il iyulun 29-da saat 10:00-da Gədəbəy rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti, 1) keçiriləcək.