Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
412

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının təməlqoyma mərasimi keçirildi

Oktyabrın 27-də Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisi şəhərində Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının təməlqoyma mərasimində iştirak ediblər. 

Baş nazir Əli Əsədov təməlqoyma mərasimində çıxış edib.

Çıxışın mətnini təqdim edirik:

Hörmətli cənab Baş nazir,

Hörmətli mərasim iştirakçıları,  Xanımlar və cənablar,

Azərbaycan və gürcü xalqlarının əsrlər boyu dostluq, mehriban qonşuluq, sülh və qarşılıqlı anlaşma şəraitində yaşamasını şərtləndirən əsas amil tarixi köklərə söykənən mədəni əlaqələr olmuşdur.

Həm Azərbaycanda, həm Gürcüstanda tarixən xalqlarımızın milli-mənəvi dəyərlərinə, mədəniyyətinə, dilinə, dininə, incəsənətinə, ədəbiyyatına böyük hörmət və xüsusi rəğbət bəslənilmişdir.

Azərbaycanın bir çox görkəmli xadimləri, böyük şəxsiyyətləri (Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh, Fətəli xan Xoyski) Gürcüstanda yaşayıb-yaratmış, orada əbədiyyətə qovuşmuşlar.

Eynilə, Gürcüstanın bir çox mədəniyyət və incəsənət xadimləri, görkəmli şəxsiyyətləri Azərbaycanda fəaliyyət göstərmiş, ictimai və mədəni həyatımıza mühüm töhfələr vermişlər.

Dediklərimin tarixi təsdiqi kimi Tbilisi şəhərində hələ 1872-ci ildə Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının fəaliyyətə başlamasını qeyd etmək olar.

Teatrın uzunmüddətli fəaliyyəti dövründə gürcü, Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin ölməz əsərləri böyük uğurla səhnələşdirilmişdir.

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına müasir tərzdə yeni nəfəs verilməsi tarixi hadisədir.

Teatrın yeni binasının Tbilisi şəhərinin önəmli gözəl guşəsində yerləşməsi ilə bağlı qərarı çox yüksək qiymətləndiririk.

Xanımlar və cənablar,

Fürsətdən istifadə edərək Ulu Öndər Heydər Əliyevin Gürcüstana olan isti münasibəti barədə bir neçə məqamı sizlərlə bölüşmək istərdim.

Heydər Əliyev Azərbaycana rəhbərlik dövründə həmişə qonşu dövlətlərə dost münasibəti göstərib. O ki, qaldı Gürcüstan, bu, bir xüsusi haldır.

Hər iki rəhbərlik dövründə Heydər Əliyev Gürcüstana və gürcü xalqına böyük hörmət bəsləmiş, xüsusi diqqət və qayğı ilə yanaşmışdır.

Dəfələrlə Gürcüstanda səfərdə olmuş Heydər Əliyevin Gürcüstanın ovaxtkı rəhbəri mərhum Eduard Şevardnadze ilə qarşılıqlı etimada əsaslanan möhkəm dostluq münasibətlərini hamımız yaxşı xatırlayırıq.

Məhz onların liderliyi sayəsində ölkələrimizin siyasi, iqtisadi, mədəni-humanitar və bütün digər sahələrdə münasibətlərinin inkişafının möhkəm təməlləri qoyulmuşdur.

Hər iki liderin siyasi karyerası unikallığı ilə seçilirdi və oxşar tarixi hadisələrlə yadda qalmışdır. Belə ki, onlar ikinci dəfə öz xalqlarının tələbi ilə artıq müstəqil dövlətin rəhbəri kimi siyasi fəaliyyətlərini davam etdirmişlər.

Ölkələrinə rəhbərlik dövründə digər sahələrlə bərabər onlar öz xalqlarının milli-mənəvi dəyərlərinə, dilinə, dininə, mədəniyyətinə, incəsənətinə, musiqisinə xüsusi diqqət, qayğı və həssaslıqla yanaşmış, bu irsin qorunması və inkişaf etdirilməsi üçün əllərindən gələni əsirgəməmişlər.

Onu da xüsusi qeyd edim ki, Heydər Əliyev gürcü incəsənətinin, ədəbiyyatının, musiqisinin, kinosunun böyük pərəstişkarı idi.

Xanımlar və cənablar,

Müasir dövrdə Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili bizə miras qalan zəngin tarixi ənənələri yaşadır və demokratiya yolu ilə inkişaf edən müstəqil dövlətlərimizin milli maraqlarını qoruyaraq onları daha böyük nailiyyətlərə doğru aparır. 

Ümidvaram ki, bu gün təməlini qoyduğumuz bu teatrın peşəkar yaradıcı kollektivi burada yaradılacaq gözəl şəraitdən layiqincə istifadə edəcək, yeni layihələrlə və tamaşalarla Tbilisi şəhərinin mədəni həyatında fəal rol oynayacaq.

Bu isə, öz növbəsində, Azərbaycan-Gürcüstan mehriban qonşuluq, dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verəcək.

Əminəm ki, bu teatr mədəniyyət və incəsənətsevərlərə layiqli hədiyyə olmaqla yanaşı, həm də tarixi, qədimliyi və müasirliyi özündə mükəmməl şəkildə sintez edən Tbilisi şəhərinin görkəminə xüsusi gözəllik verəcək və Gürcüstan paytaxtının mədəni ocağına çevriləcək.

Əlamətdar haldır ki, Heydər Əliyevin adını daşıyan bu mədəniyyət ocağının yeni binasının təməlqoyması  məhz cari ilə - Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 100-cü ildönümünə təsadüf edir. 

Heydər Əliyevin bu mötəbər yubileyi münasibətilə Gürcüstanda da silsilə tədbirlər keçirilmişdir.

Ulu Öndərin əziz xatirəsinə göstərilən hörmət və ehtirama görə öz adımdan, Azərbaycan hökuməti və xalqı adından hörmətli cənab Baş nazir İrakli Qaribaşviliyə, Gürcüstan hökumətinə və xalqına təşəkkürümü ifadə edirəm.  

Bir məqamı da qeyd etmək istərdim, Azərbaycanda da hər zaman olduğu kimi, Gürcüstanın görkəmli şəxsiyyətlərinə böyük hörmət və ehtiramla yanaşılır.

Belə ki, bu günlərdə Azərbaycanın ikinci böyük şəhəri olar Gəncədə görkəmli gürcü şairi Nikoloz Barataşvilinin bir zamanlar yaşayıb-yaratdığı və çalışdığı binanın önünə onun xatirə lövhəsi vurulmuşdur.

Eyni zamanda Azərbaycanın Qax rayonunda fəaliyyət göstərən Gürcü Dövlət Dram Teatrına böyük gürcü ədibi İlya Çavçavadzenin adı verilmiş və bu, müvafiq qaydada rəsmiləşdirilmişdir.

Bir daha bütün tədbir iştirakçılarını bugünkü tarixi hadisə münasibətilə təbrik edirəm.

XƏBƏRLƏR

30.11.2023 18:01
"Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” – “Yaradıcı həftə” çərçivəsində dəyirmi masa
30.11.2023 17:11
“Musiqi Sənayesi Platforması”nda növbəti panel milli musiqi məhsulunun rəqabətliliyinə həsr olunu
30.11.2023 16:17
“Yaradıcı həftə” çərçivəsində Azərbaycan musiqi sənayesinə həsr olunmuş tədbir keçirilib
30.11.2023 14:27
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu başa çatıb
30.11.2023 09:35
"A-hub Akselerasiya Proqramı”nın milli final mərhələsi keçirilib
30.11.2023 09:27
Apellyasiya Komissiyasının iclasıyekunlaşdı
29.11.2023 18:34
Forumda dizayn sənayesinin inkişaf məsələləri də müzakirə olunub
29.11.2023 15:40
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 15:24
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə yekun vurulub
29.11.2023 15:10
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 11:39
Film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib
29.11.2023 10:02
Forumun növbəti paneli “Mədəniyyət və yaradıcı sənayelər: ixrac potensialı, beynəlxalq əməkdaşlıq” mövzusuna həsr olundu
29.11.2023 09:57
Forum öz işini “Mədəniyyət və yaradıcı sənayelər ekosisteminin inkişafı: beynəlxalq perspektiv” adlı panel sessiya ilə davam etdirdi
27.11.2023 10:07
Azərbaycanda ilk dəfə olaraq “Mədəni irs” mövzusunda forum keçiriləcək
23.11.2023 14:30
“Yaradıcı Həftə”də “CulTech” və “GameTech” hakatonları keçiriləcək
22.11.2023 15:49
Xalq artistləri Rasim Ocaqov və Həsən Məmmədovun doğum günlərində məzarları ziyarət olunub
21.11.2023 16:02
“Yaradıcı Həftə” çərçivəsində “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” keçiriləcək
21.11.2023 14:43
Kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurası yaradılıb
17.11.2023 10:48
Tofiq Kazımovun 100 illiyinə həsr olunmuş gecə keçirildi
16.11.2023 22:25
Film layihələri müsabiqəsinin ikinci mərhələsinə yekun vurulub
16.11.2023 16:36
Azərbaycan IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunur