Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
476

Musiqi Forumunda "Ənənəvi musiqi janrları" müzakirə olundu

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində keçirilən Musiqi Forumu oktyabrın 29-da günün ikinci yarısında "Ənənəvi musiqi janrları" mövzusunda növbəti panellə işini davam etdirdi.

Paneldə "Muğam sənəti: dəstgah ənənəsi və sərbəst kompozisiya", "Aşıq musiqisi ənənələrinin canlandırılması yolları", "Ənənəvi musiqi nümunələrinin toplanması və sistemləşdirilməsi problemləri", "Ənənəvi musiqi ifaçılığında problemlər və onların dəyərləndirilməsi", "Azərbaycan milli musiqi ənənələrinin müasir musiqi janrlarında mövcudluğu və problemlər" mövzularında müzakirələr aparıldı.

Musiqişünas, "Media FM" radiosunun direktoru Rüstəm Əliyevin moderatorluğu ilə gerçəkləşən paneldə bəstəkar, Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru professor Siyavuş Kərimi ibtidai musiqi təhsili, orta ixtisas musiqi məktəblərindən gələn tələbələrin potensialından söz açdı. Rektor

kadrların işlə təminatı, ölkədə musiqiçilərin ümumi durumundan bəhs etdi.

Musiqişünas, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun baş elmi işçisi professor Nailə Rəhimbəyli aşıq yaradıcılığı, onun müasir dövrə, yeni yaradıcı düşüncəyə inteqrasiyası barədə danışdı. O, ustad-şagird münasibətlərinin əhəmiyyətini vurğuladı, aşıq sənəti ilə bağlı tədris vəsaitlərinin azlığına diqqət çəkdi.

Musiqişünas, Azərbaycan Milli Konservatoriyasının professoru Əməkdar incəsənət xadimi Fəttah Xalıqzadə ənənəvi musiqi janrları, folklor nümunələrinin toplanılması və sistemləşdirilməsi məsələlərindən bəhs etdi.

UNESCO-nun qeyri-maddi mədəni irs üzrə eksperti, musiqişünas, Əməkdar incəsənət xadimi Sənubər Bağırova muğam sənəti, onun araşdırılması və müasir vəziyyətindən söz açdı. O, müasir muğam və aşıq sənətlərinin inkişaf məsələlərinə diqqət çəkdi.

Ozan, Azərbaycan Milli Konservatoriyasının dosenti Fəxrəddin Baxşəliyev aşıq və muğam sənətinin incəsənətə çevrildiyini vurğuladı, bu sahələrin fəlsəfəsinin açılmasının vacibliyini qeyd etdi.

Xanəndə, Əməkdar artist Nuriyyə Hüseynova muğamların tədrisi məsələlərinə nəzər saldı, bu barədə təkliflərini irəli sürdü.

Bəstəkar Pikə Axundova muğamşünaslığın qarşısında duran vəzifələrdən söz açdı.

Çıxışlardan sonra suallar cavablandırıldı, fikir mübadiləsi aparıldı.

Musiqi Forumu 30-31 oktyabr tarixlərində panel müzakirələrlə işini davam etdirəcək.

XƏBƏRLƏR

30.11.2023 18:01
"Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” – “Yaradıcı həftə” çərçivəsində dəyirmi masa
30.11.2023 17:11
“Musiqi Sənayesi Platforması”nda növbəti panel milli musiqi məhsulunun rəqabətliliyinə həsr olunu
30.11.2023 16:17
“Yaradıcı həftə” çərçivəsində Azərbaycan musiqi sənayesinə həsr olunmuş tədbir keçirilib
30.11.2023 14:27
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu başa çatıb
30.11.2023 09:35
"A-hub Akselerasiya Proqramı”nın milli final mərhələsi keçirilib
30.11.2023 09:27
Apellyasiya Komissiyasının iclasıyekunlaşdı
29.11.2023 18:34
Forumda dizayn sənayesinin inkişaf məsələləri də müzakirə olunub
29.11.2023 15:40
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 15:24
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə yekun vurulub
29.11.2023 15:10
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 11:39
Film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib
29.11.2023 10:02
Forumun növbəti paneli “Mədəniyyət və yaradıcı sənayelər: ixrac potensialı, beynəlxalq əməkdaşlıq” mövzusuna həsr olundu
29.11.2023 09:57
Forum öz işini “Mədəniyyət və yaradıcı sənayelər ekosisteminin inkişafı: beynəlxalq perspektiv” adlı panel sessiya ilə davam etdirdi
27.11.2023 10:07
Azərbaycanda ilk dəfə olaraq “Mədəni irs” mövzusunda forum keçiriləcək
23.11.2023 14:30
“Yaradıcı Həftə”də “CulTech” və “GameTech” hakatonları keçiriləcək
22.11.2023 15:49
Xalq artistləri Rasim Ocaqov və Həsən Məmmədovun doğum günlərində məzarları ziyarət olunub
21.11.2023 16:02
“Yaradıcı Həftə” çərçivəsində “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” keçiriləcək
21.11.2023 14:43
Kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurası yaradılıb
17.11.2023 10:48
Tofiq Kazımovun 100 illiyinə həsr olunmuş gecə keçirildi
16.11.2023 22:25
Film layihələri müsabiqəsinin ikinci mərhələsinə yekun vurulub
16.11.2023 16:36
Azərbaycan IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunur