Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
429

Musiqi Forumu öz işini panel müzakirələrlə davam etdirib

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən Musiqi Forumunun birinci günündə baş tutan I panel iclası "Azərbaycanda musiqi təhsili - bəstəkarlıq və ifaçılıq məktəbləri" adlanırdı.  Paneldə "Ölkədəki musiqi təhsil sisteminin nailiyyətləri və çətinlikləri", "Ali musiqi təhsili: yeni peşə yönümləri və ixtisaslaşmalar tələbi qarşısında", "Bəstəkar musiqisinin ifaçılıq problemləri: aktual problemlər və onların həlli yolları", "Musiqi repertuarının zənginləşdirilməsi və bəstəkarlara dövlət sifarişləri" və "Azərbaycanda bəstəkar musiqisinin nəşri, səs yazısı və yayımlanma problemləri" bu mövzular müzakirə olundu.
Panelin moderatoru bəstəkar, "Cadenza" kamera orkestrinin bədii rəhbəri Türkər Qasımzadə Üzeyir bəyin "Biz necə iş görürük?"  lətifə-felyetonunu xatırlatmaqla sözə başladı. O, kiçik məqamlara diqqət yetirmədən böyük problemlərin həllinin mümkün olmadığını vurğuladı. Sonra söz musiqişünas, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru professor Ceyran Mahmudovaya verildi. Rektor orta məktəb proqramında musiqi təhsilinin səviyyəsinə toxunaraq məktəblilərin xor məşğələlərinə cəlb edilməsinin vacibliyini belə əsaslandırdı ki, xor istedadından asılı olmayaraq hər kəs üçün əlçatan musiqi məşğuliyyətidir.
Növbəti spiker - musiqişünas, Əməkdar müəllim, Bakı şəhər Fikrət Əmirov adına 6 nömrəli onbirillik Musiqi məktəbinin direktoru Adilə Yusifova musiqi məktəblərində türk xalqlarının musiqi tarixinin öyrənilməsinin vacibliyini nəzərə çatdırdı.
Bəstəkar, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov Üzeyir bəyin milli musiqiçi kadrların yetişdirilməsi gördüyü işləri yada saldı.
Elm və Təhsil Nazirliyi Elm sektorunun müdiri Turxan Süleyman isə öz çıxışında orta ixtisas və ali musiqi təhsili, mütəxəssis hazırlığının meyarları barədə məlumat verdi.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Əməkdar artist Əyyub Quliyev yeni səhnə əsərlərinin dövlət tərəfindən alınması, əsərlərin not yazılarının bərpası və yenidən nəşri probleminə toxundu.
Birinci paneldə son çıxış edən bəstəkar -pedaqoq Tahir İbişov musiqi məktəblərində təhsil sisteminin yenilənməsi, orta məktəblərdə musiqi fənninə dırnaqarası münasibətin bəzi hallarda hələ də davam etməsindən narahatlığını dilə gətirdi.
Sonra paneldə qaldırılmış mövzular ətrafında müzakirələr aparıldı.
Müzakirələrdə klassik mahnı nümunələrinin geniş təbliğinə ehtiyac olduğu vurğulandı. Həmçinin yeni musiqi əsərlərinin dövlət tərəfindən alınması ənənələrinin bərpası təklifi və s. problemlər gündəmə gətirildi.

XƏBƏRLƏR

01.12.2023 14:15
Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun icmalı
30.11.2023 18:01
"Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” – “Yaradıcı həftə” çərçivəsində dəyirmi masa
30.11.2023 17:11
“Musiqi Sənayesi Platforması”nda növbəti panel milli musiqi məhsulunun rəqabətliliyinə həsr olunu
30.11.2023 16:17
“Yaradıcı həftə” çərçivəsində Azərbaycan musiqi sənayesinə həsr olunmuş tədbir keçirilib
30.11.2023 14:27
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu başa çatıb
30.11.2023 09:35
"A-hub Akselerasiya Proqramı”nın milli final mərhələsi keçirilib
30.11.2023 09:27
Apellyasiya Komissiyasının iclasıyekunlaşdı
29.11.2023 18:34
Forumda dizayn sənayesinin inkişaf məsələləri də müzakirə olunub
29.11.2023 15:40
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 15:24
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə yekun vurulub
29.11.2023 15:10
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 11:39
Film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib
29.11.2023 10:02
Forumun növbəti paneli “Mədəniyyət və yaradıcı sənayelər: ixrac potensialı, beynəlxalq əməkdaşlıq” mövzusuna həsr olundu
29.11.2023 09:57
Forum öz işini “Mədəniyyət və yaradıcı sənayelər ekosisteminin inkişafı: beynəlxalq perspektiv” adlı panel sessiya ilə davam etdirdi
27.11.2023 10:07
Azərbaycanda ilk dəfə olaraq “Mədəni irs” mövzusunda forum keçiriləcək
23.11.2023 14:30
“Yaradıcı Həftə”də “CulTech” və “GameTech” hakatonları keçiriləcək
22.11.2023 15:49
Xalq artistləri Rasim Ocaqov və Həsən Məmmədovun doğum günlərində məzarları ziyarət olunub
21.11.2023 16:02
“Yaradıcı Həftə” çərçivəsində “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” keçiriləcək
21.11.2023 14:43
Kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurası yaradılıb
17.11.2023 10:48
Tofiq Kazımovun 100 illiyinə həsr olunmuş gecə keçirildi
16.11.2023 22:25
Film layihələri müsabiqəsinin ikinci mərhələsinə yekun vurulub