Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1145

Avropa Şurasının Mədəniyyət, İrs və Landşaft üzrə Rəhbər Komitəsinin 11-ci plenar iclası öz işini yekunlaşdırıb

2022-ci il 23-25 noyabr tarixlərində Fransanın Strasburq şəhərində Avropa Şurasının (AŞ) Mədəniyyət, İrs və Landşaft üzrə Rəhbər Komitəsinin (CDCPP) 11-ci plenar iclası baş tutub. Hibrid formatda keçirilən iclasda 46 ölkə və təşkilatdan 50 nəfər nümayəndə iştirak edib. İclasda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşı Murad Əliyev təmsil edib.

Tədbir zamanı AŞ-nin mədəniyyət, irs və landşaft istiqamətlərində olan konvensiyalarının və tövsiyə sənədlərinin icra vəziyyəti haqqında müzakirələr aparılıb, üzv ölkələr tərəfindən aparılan işlər barədə qısa hesabat verilib. Həmçinin, iclasda üzv ölkələr arasında təcrübələrin paylaşılmasında akademik dairələrin, müstəqil ekspertlərin və gənclərin rolundan söz açılıb. Əlavə olaraq iclas zamanı AŞ-nin xüsusilə mədəniyyət və irs sahəsi üzrə ixtisaslaşmış digər layihələri barədə geniş məlumat verilib və Azərbaycan da daxil olmaqla fəal ölkələrə göstərilən dəstəyə görə təşəkkürlər edilib.

Bununla yanaşı, müvafiq sahələr üzrə dayanıqlı sülhün və süni intellektin mədəniyyət sahəsinin inkişafında töhfəsi əsas müzakirə mövzularından olub. Bu xüsusda, M.Əliyev çıxış edərək Mədəniyyət Nazirliyi tərəfindən aparılan işlər, mədəni irsimiz və ölkəmizin irəli sürdüyü “Bakı Prosesi” və “Mədəniyyət naminə sülh” qlobal çağırışı kimi təşəbbüslər barədə məlumat verib, AŞ ilə əməkdaşlıq perspektivləri barədə danışıb.

İclasın sonunda CDCPP-nin Bürosuna seçkilər keçirilib. Büronun növbəti iki il üçün sədri vəzifəsinə Norveç təmsilçisi Terye Birkrem Holand öz namizədliyini irəli sürmüş və keçirilən səsvermə nəticəsində yedkilliklə seçilib.

XƏBƏRLƏR

26.07.2024 15:32
Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb
24.07.2024 16:55
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin birgə məlumatı
24.07.2024 15:04
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı həyata keçiriləcək
24.07.2024 11:03
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi davam edir
22.07.2024 18:00
Mədəniyyət Nazirliyi Nyu Dehlidə keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 46 sessiyasında təmsil olunur
22.07.2024 10:48
Vaqif Poeziya Günlərinin geniş icmalı
22.07.2024 10:09
Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
19.07.2024 17:34
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başa çatıb
19.07.2024 12:06
Şuşada "Məhəmməd Füzuli. Zamanın fövqündə" mövzusunda konfrans keçirilib
18.07.2024 19:44
Vaqif Poeziya Günləri çərçivəsində Şuşada ilk dəfə etno-caz konserti
18.07.2024 16:26
Şuşada poeziya bayramında "Füzuli hücrələri"
18.07.2024 15:19
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başlayıb
12.07.2024 18:07
Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un 31 yaşı tamam olur
12.07.2024 15:22
Nazir Adil Kərimli ŞƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin görüşündə iştirak edib
11.07.2024 14:52
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi post-prodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsinin nəticələrini açıqladı
11.07.2024 12:37
Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub
10.07.2024 18:35
Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” adlı əsərinin musiqisinin qanunsuz mənimsənilməsi və müəlliflik hüququnun digər şəkildə pozulması ilə bağlı BİRGƏ BƏYANATI
05.07.2024 09:18
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi
04.07.2024 17:49
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
03.07.2024 10:01
“Kür – çaylar anası” sənədli filminin çəkilişləri davam edir
02.07.2024 09:52
Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici seminar keçirilib
28.06.2024 15:35
Azərbaycanın mədəniyyət naziri Özbəkistanda Beynəlxalq Maqom Sənəti Forumunda iştirak edib
27.06.2024 15:44
Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir
25.06.2024 17:11
Akademik Rus Dram Teatrında aktyor sənəti və vokal üzrə ustad dərsləri
25.06.2024 10:57
 Bakıda Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub  
25.06.2024 09:54
Mədəniyyətimiz radiodalğalarında – yeni layihələr
24.06.2024 14:57
Media nümayəndələri musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbul imtahanını izləyiblər