Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1043

Mədəniyyət naziri Göyçayda müəssisələrə baxış keçirib, mədəniyyət işçiləri ilə görüşüb

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov sentyabrın 22-də Göyçay rayonuna səfər edərək bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub. Səfər çərçivəsində Anar Kərimov Göyçayın qəhrəman oğullarının uyuduğu Şəhidlər xiyabanını ziyarət edib, Vətən uğrunda canından keçən fədailərin xatirəsinə dərin ehtiramını bildirib.

Sonra nazir Göyçay rayonunda Azərbaycanın şair və yazıçılarının xatirəsinin əbədiləşdirilməsi üçün 2018-ci ildə yaradılan “Əbədiyaşar ədiblər” abidə kompleksinə baş çəkib.

Mədəniyyət naziri Göyçay şəhərinin mərkəzində 1903-cü ildə inşa edilən yerli əhəmiyyətli memarlıq abidəsi olan məscidə də baxış keçirib. Məlumat verilib ki, müvafiq dövlət qeydiyyatında olan (inv. №4268) məscidin binasında 2018-2019-cu illərdə əsaslı yenidənqurma işləri aparılıb. Qeyd edək ki, dini abidənin memarı Azərbaycanın ilk ali təhsilli memarı Zivər bəy Əhmədbəyovdur.

Anar Kərimov Xalq şairi Rəsul Rzanın Göyçay şəhərindəki ev-muzeyində də olub. Məlumat verilib ki, 2004-cü ildə yaradılan muzeyin ekspozisiya planı 2015-ci ildə yenilənib. Eksponatların çox hissəsi Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar tərəfindən muzeyə bağışlanıb. Muzeyin ümumi fondunda 1085 eksponat var və onlardan 449-u daimi ekspozisiyada yer alır. Qeyd edək ki, muzeyin binası 2022-ci ildə yeni aşkar olunmuş abidələrin siyahısına əlavə edilib.

Göyçay Rayon Heydər Əliyev Mərkəzinə gələn nazir burada ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, Göyçaya səfəri zamanı rayon ictimaiyyəti ilə keçirdiyi görüşləri əks etdirən fotolara və eksponatlara baxıb, mərkəzdə quraşdırılmış monitorlarda ümummilli liderin siyasi fəaliyyətindən bəhs edən videogörüntüləri izləyib. Nazirə müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Daha sonra nazir Anar Kərimov rayon Heydər Əliyev Mərkəzində Ağdaş, Ucar, Zərdab və Göyçay rayonlarında fəaliyyət göstərən mədəniyyət işçiləri ilə görüş keçirib. Görüşdə nazirliyin məsul əməkdaşları da iştirak ediblər.

Nazir çıxış edərək bildirib ki, müntəzəm olaraq bölgələrə səfərlərinin əsas məqsədi yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olmaq, mövcud potensialı, imkanları müəyyənləşdirmək, mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən şəxsləri nazirliyin prioritetləri və qarşıya qoyulan məqsədləri barədə yerində məlumatlandırmaqdır. Həmin şəxslərin nazirlik tərəfindən aparılan islahatlara cəlb edilərək mədəniyyət sahəsinin dayanıqlı inkişafına töhfə verilməsi də qarşıda duran əsas vəzifələrdəndir.

Görüş zamanı mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, onların həlli yolları ilə bağlı təkliflər dinlənilib.

Anar Kərimov bölgələrdə mədəniyyət işçiləri arasında peşəkarlıq səviyyəsinin, təşəbbüskarlığın artırılmasının dövrün vacib tələbi olduğunu diqqətə çatdırıb. 

Nazir çıxışının sonunda problemlərin aradan qaldırılması, müəssisələrin daha səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Görüşdən sonra Anar Kərimov Ağdaş Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı kollektivinin tamaşasını izləyib.

XƏBƏRLƏR

01.06.2023 11:12
Mədəniyyət Nazirliyində “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
31.05.2023 18:57
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
31.05.2023 09:42
Azərbaycan UNESCO-nun Yardımçı Komitəsinə üzv seçilib
30.05.2023 19:11
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Mədəniyyət Nazirliyində olub
30.05.2023 18:10
Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə sənədlərin qəbuluna başlanılıb
28.05.2023 20:11
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib
17.05.2023 12:33
Beynəlxalq Muğam Festivalı çərçivəsində müxtəlif konsert proqramları təqdim olunacaq
13.05.2023 15:11
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
12.05.2023 16:37
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi keçirildi
08.05.2023 10:49
Uşaq İncəsənət Festivalı çərçivəsində Zəngilanda tədbir keçirilib
01.05.2023 16:39
Mədəniyyət naziri Adil Kərimli dövlət kino təsisatlarını ziyarət edib
21.04.2023 18:01
“Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu başa çatdı
21.04.2023 15:12
Kinoforumda ikinci gün: “Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri”
21.04.2023 11:53
Paytaxtdakı teatr və musiqi kollektivlərinin bölgələrə qastrolu başlanır
20.04.2023 19:53
“Milli kino: dünən, bu gün və sabah” – kinoforum panel müzakirələrlə davam edib
20.04.2023 16:27
Bakıda “Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forum keçirilir
17.04.2023 16:49
Uşaq İncəsənət Festivalının birinci mərhələsinə start verildi
13.04.2023 11:17
Beynəlxalq Uşaq Kitabları Şurasının sertifikatları təqdim olunub
12.04.2023 20:00
“Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu başa çatdı
11.04.2023 16:05
Bakıda “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda forum keçirilib