Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1976

Beynəlxalq Muzeylər Günü münasibətilə videokonfrans keçirilib

Mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildə xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş əlamətdar gün hər il müxtəlif devizlər altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Gününün devizi “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış”dır. 

Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə mayın 18-də Beynəlxalq Muzeylər Gününə həsr olunmuş videokonfrans keçirilib. Konfransda fərqli sənət sahələri üzrə mütəxəssislər, sağlamlıq imkanları məhdud şəxsləri birləşdirən ictimai təşkilatların rəhbərləri və Qarabağ muzeylərinin direktorları iştirak edib.

Videokonfransda çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva muzey sahəsində çalışan, maddi mədəniyyət nümunələrimizin qorunmasında əvəzsiz xidmətləri olan bütün muzey işçilərinə nazir Anar Kərimovun təbriklərini çatdırıb, uğurlar arzulayıb. Qeyd olunub ki, builki Beynəlxalq Muzeylər Günü ölkəmiz üçün xüsusilə əlamətdardır: “Çünki artıq 18 mayı Laçın rayonunun işğal günü olaraq qeyd etmirik. Hazırda Qarabağımız, o cümlədən ölkəmizin dilbər guşələrindən olan Laçın rayonu düşməndən azad edilib”. 

Sevda Məmmədəliyeva düşmən üzərində qazandığımız möhtəşəm Qələbənin azad edilmiş torpaqlarımızda, o cümlədən Laçında fəaliyyət göstərəcək muzeylərin bərpa layihələrini hazırlamaq üçün böyük ilham verdiyini vurğulayıb. O, həmçinin 12-13 may tarixlərində Prezident İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşada – Cıdır düzündə keçirilən möhtəşəm “Xarıbülbül” Musiqi Festivalının xalqımızı qürurlandırdığını diqqətə çatdırıb. 

Qeyd olunub ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun azad etdiyi Qarabağda vaxtilə mövcud olan muzeylərin və muzey filiallarının bərpası ilə əlaqədar hazırda nazirlikdə müvafiq işlər həyata keçirilir. Uzun illər erməni vandalizminə məruz qalan mədəniyyət məkanlarının bərpası ilə yanaşı, Qarabağda müasir tələblərə uyğun yeni muzeylər və digər mədəniyyət ocaqları da yaradılacaq. Düşməndən azad edilmiş ərazilərdə işğal muzeylərinin yaradılması da nəzərdə tutulur. 

Sevda Məmmədəliyeva çıxışının sonunda doğma məkanından uzaq düşən muzeylərimizin yaxın zamanda vətəninə qayıtması və muzeylərin zəngin kolleksiyasının öz yurdunda sərgilənməsi ilə bağlı muzey əməkdaşlarını gələcəkdə məsuliyyətli və qürurverici işlərin gözlədiyini diqqətə çatdırıb.

Videokonfrans daha sonra iştirakçıların təqdimatları və fikir mübadiləsi ilə davam edib.

XƏBƏRLƏR

26.07.2024 15:32
Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb
24.07.2024 16:55
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin birgə məlumatı
24.07.2024 15:04
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı həyata keçiriləcək
24.07.2024 11:03
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi davam edir
22.07.2024 18:00
Mədəniyyət Nazirliyi Nyu Dehlidə keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 46 sessiyasında təmsil olunur
22.07.2024 10:48
Vaqif Poeziya Günlərinin geniş icmalı
22.07.2024 10:09
Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
19.07.2024 17:34
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başa çatıb
19.07.2024 12:06
Şuşada "Məhəmməd Füzuli. Zamanın fövqündə" mövzusunda konfrans keçirilib
18.07.2024 19:44
Vaqif Poeziya Günləri çərçivəsində Şuşada ilk dəfə etno-caz konserti
18.07.2024 16:26
Şuşada poeziya bayramında "Füzuli hücrələri"
18.07.2024 15:19
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başlayıb
12.07.2024 18:07
Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un 31 yaşı tamam olur
12.07.2024 15:22
Nazir Adil Kərimli ŞƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin görüşündə iştirak edib
11.07.2024 14:52
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi post-prodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsinin nəticələrini açıqladı
11.07.2024 12:37
Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub
10.07.2024 18:35
Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” adlı əsərinin musiqisinin qanunsuz mənimsənilməsi və müəlliflik hüququnun digər şəkildə pozulması ilə bağlı BİRGƏ BƏYANATI
05.07.2024 09:18
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi
04.07.2024 17:49
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
03.07.2024 10:01
“Kür – çaylar anası” sənədli filminin çəkilişləri davam edir
02.07.2024 09:52
Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici seminar keçirilib
28.06.2024 15:35
Azərbaycanın mədəniyyət naziri Özbəkistanda Beynəlxalq Maqom Sənəti Forumunda iştirak edib
27.06.2024 15:44
Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir
25.06.2024 17:11
Akademik Rus Dram Teatrında aktyor sənəti və vokal üzrə ustad dərsləri
25.06.2024 10:57
 Bakıda Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub  
25.06.2024 09:54
Mədəniyyətimiz radiodalğalarında – yeni layihələr
24.06.2024 14:57
Media nümayəndələri musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbul imtahanını izləyiblər