Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3191

Mədəniyyət Nazirliyi sistemində kadr təyinatı

Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Azərbaycan Respublikasının Əməkdar artisti Qasımov Ramil Adıgözəl oğlu Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin olundu.

Ramil Qasımov 1984-cü ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin opera və kamera ifaçısı, musiqişünaslıq ixtisası üzrə bitirdikdən sonra Gürcüstan Respublikasında Musiqi Akademiyasını vokal ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirib. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Siyasi idarəetmə" ixtisası üzrə bitirib. Müxtəlif illərdə ölkədaxili və beynəlxalq səviyyədə orden və medallarla təltif  edilib.

Peşəkar səhnə fəaliyyətinə 1999-cu ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aparıcı solist kimi başlayıb, Həmkarlar İttifaqının sədri və quruluş hissə müdiri kimi fəaliyyət göstərib. 2004-cü ildən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində çalışıb.

2011-ci ildə Azərbaycan Televiziyasının Musiqi kollektivlərinin bədii rəhbəri, 2012-ci ildə Səsyazma Evinin direktoru vəzifəsində çalışıb.  

2015-ci ildə Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının direktoru vəzifəsinə təyin edilib. “Mədəniyyət” kanalında fəaliyyətə başladığı müddətdən ölkədə bir çox festivalların, telemüsabiqələrin və verilişlərin (“Bizi birləşdirən mədəniyyət”, “Əbədi Musiqi”, “Ötən illərin nəğmələri”, “Bakı gecələri”, “Mən də əsgərəm”, “Bura vətəndir”, “Romans axşamı!”, Azərbaycan bəstəkarları arasında “Romans müsabiqəsi”, “Xalq mahnıları” festivalı, “Orqan beynalxalq musiqisi” festivalı, “Azərbaycan vokalçıları” festival, “Milli nəfəs alətləri” festivalı) təşkilatçısı olub.

R.Qasımov Mədəniyyət kanalının təşkilatçılığı ilə keçirilən müxtəlif yaradıcılıq gecələrinin, müxtəlif tele-musiqili tamaşaların, “Məhsəti” operasının və Milli qəhrəmanımıza həsr olunan “Mübariz” musiqili tamaşasının təşəbbüskarı və ideya müəllifidir.

Ramil Qasımov 2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına, 2016 və 2017-ci illərdə Prezident mükafatlarına layiq görülüb.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Milli Konservatoriyasının baş müəllimidir.

XƏBƏRLƏR

01.06.2023 11:12
Mədəniyyət Nazirliyində “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
31.05.2023 18:57
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
31.05.2023 09:42
Azərbaycan UNESCO-nun Yardımçı Komitəsinə üzv seçilib
30.05.2023 19:11
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Mədəniyyət Nazirliyində olub
30.05.2023 18:10
Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə sənədlərin qəbuluna başlanılıb
28.05.2023 20:11
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib
17.05.2023 12:33
Beynəlxalq Muğam Festivalı çərçivəsində müxtəlif konsert proqramları təqdim olunacaq
13.05.2023 15:11
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
12.05.2023 16:37
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi keçirildi
08.05.2023 10:49
Uşaq İncəsənət Festivalı çərçivəsində Zəngilanda tədbir keçirilib
01.05.2023 16:39
Mədəniyyət naziri Adil Kərimli dövlət kino təsisatlarını ziyarət edib
21.04.2023 18:01
“Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu başa çatdı
21.04.2023 15:12
Kinoforumda ikinci gün: “Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri”
21.04.2023 11:53
Paytaxtdakı teatr və musiqi kollektivlərinin bölgələrə qastrolu başlanır
20.04.2023 19:53
“Milli kino: dünən, bu gün və sabah” – kinoforum panel müzakirələrlə davam edib
20.04.2023 16:27
Bakıda “Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forum keçirilir
17.04.2023 16:49
Uşaq İncəsənət Festivalının birinci mərhələsinə start verildi
13.04.2023 11:17
Beynəlxalq Uşaq Kitabları Şurasının sertifikatları təqdim olunub
12.04.2023 20:00
“Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu başa çatdı
11.04.2023 16:05
Bakıda “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda forum keçirilib