Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1029

Apellyasiya Komissiyasının iclasları yekunlaşdı

19-26 oktyabr 2023-cü il tarixlərində nazir müavini Səadət Yusifovanın sədrliyi ilə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticəsindən razı olmayan namizədlərin şikayətlərinə baxılması məqsədilə yaradılmış Apellyasiya Komissiyasının iclasları keçirilmişdir.

İclaslarda Apellyasiya Komissiyasının üzvləri - nazirin müşavirləri Cahangir Səlimxanov və Oleq Əmirbəyov, İnsan kapitalının idarə edilməsi şöbəsinin müdiri Şahin Həsənov, Hüquq şöbəsinin müdiri Gülər Mikayılova, Sənəd və vətəndaşlarla iş şöbəsinin müdiri Elçin Nəcəfov və Elm, təhsil və gənclərlə iş sektorunun müdiri Lalə Kərimovanın iştirakı ilə 47 nəfər namizədin nəticələrinə yenidən baxılmışdır. 47 namizəddən 9 nəfərin müsahibə nəticəsi dəyişdirilmiş, 38 nəfərin müsahibə nəticəsi isə qüvvədə saxlanılmışdır.

Müzakirələr zamanı namizədlərin müsahibə ilə bağlı fikirləri dinlənilmiş, müsahibələrin videoçəkilişinə və sənədlərinə əsasən Komissiya üzvlərinin hazırladığı rəylər müzakirə olunmuşdur.

Rəcəbova Mesed Ramiz qızı, Əliyeva Leyla İlqar qızı, Abbasova Gülnarə Çingiz qızı, Nəbiyeva Tərgül Rauf qızı, Aslanova Anaxanım Nəsir qızı, Mustafazadə Gülay Telman qızı, Dəmirzadə Xanım Dəmir qızı, Aslanova Nərmin Şahin qızı, Şükürova Aytən Asif qızı iclaslarda iştirak etmədiyindən onlarla keçirilmiş müsahibənin nəticəsinə dair rəylər Komissiya üzvləri tərəfindən onların iştirakı olmadan müzakirə olunmuşdur. Sonda Komissiya üzvlərinin səsverməsinə əsasən müvafiq Qərarlar qəbul edilmişdir.

Qərarlara əsasən Şahbazlı Tamira Arzu qızı (30 bal), Əlləzova Sevinc Nadir qızı (25 bal), Abduləzimova Nazdı Azad qızı (21 bal), Eyvazova Ülkər Coşqun qızı (21 bal), Səfərova Vüsalə Əyyub qızı (21 bal), Qurbanova Aynur Yunis qızı (21 bal), İsgəndərov Fərid Rizvan oğlu (21 bal), Eynullayeva Turan Nadir qızı (21 bal) və Möyləyeva Gülüsüm Vüsal qızının (21 bal) əvvəl keçirilmiş müsahibə nəticələrinə dair müraciətləri təmin edilmişdir.

Digər namizədlərin şikayətləri ilə əlaqədar qəbul edilən Qərarlara əsasən həmin namizədlərlə əvvəl keçirilmiş müsahibələrin nəticələrinə dair Müsahibə Komissiyasının qiymətləndirməsi tam obyektiv və əsaslı hesab edilərək dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

XƏBƏRLƏR

30.11.2023 18:01
"Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” – “Yaradıcı həftə” çərçivəsində dəyirmi masa
30.11.2023 17:11
“Musiqi Sənayesi Platforması”nda növbəti panel milli musiqi məhsulunun rəqabətliliyinə həsr olunu
30.11.2023 16:17
“Yaradıcı həftə” çərçivəsində Azərbaycan musiqi sənayesinə həsr olunmuş tədbir keçirilib
30.11.2023 14:27
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu başa çatıb
30.11.2023 09:35
"A-hub Akselerasiya Proqramı”nın milli final mərhələsi keçirilib
30.11.2023 09:27
Apellyasiya Komissiyasının iclasıyekunlaşdı
29.11.2023 18:34
Forumda dizayn sənayesinin inkişaf məsələləri də müzakirə olunub
29.11.2023 15:40
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 15:24
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə yekun vurulub
29.11.2023 15:10
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 11:39
Film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib
29.11.2023 10:02
Forumun növbəti paneli “Mədəniyyət və yaradıcı sənayelər: ixrac potensialı, beynəlxalq əməkdaşlıq” mövzusuna həsr olundu
29.11.2023 09:57
Forum öz işini “Mədəniyyət və yaradıcı sənayelər ekosisteminin inkişafı: beynəlxalq perspektiv” adlı panel sessiya ilə davam etdirdi
27.11.2023 10:07
Azərbaycanda ilk dəfə olaraq “Mədəni irs” mövzusunda forum keçiriləcək
23.11.2023 14:30
“Yaradıcı Həftə”də “CulTech” və “GameTech” hakatonları keçiriləcək
22.11.2023 15:49
Xalq artistləri Rasim Ocaqov və Həsən Məmmədovun doğum günlərində məzarları ziyarət olunub
21.11.2023 16:02
“Yaradıcı Həftə” çərçivəsində “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” keçiriləcək
21.11.2023 14:43
Kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurası yaradılıb
17.11.2023 10:48
Tofiq Kazımovun 100 illiyinə həsr olunmuş gecə keçirildi
16.11.2023 22:25
Film layihələri müsabiqəsinin ikinci mərhələsinə yekun vurulub
16.11.2023 16:36
Azərbaycan IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunur