Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
451

VI “Animafilm” Beynəlxalq Animasiya Festivalı başa çatdı

Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyilə sentyabrın 6-dan 10-dək Nizami Kino Mərkəzində 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirildi. Festivalda beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş 64 müxtəlif animasiya filmi nümayiş etdirildi.

Festivalın builki mövzusu “Qadın haqları” idi. Bilet satışlarından əldə olunan gəlir Azərbaycanın gənc qadın rejissorlarına ianə ediləcək. Təşkilatçılar qarşıdakı günlərdə toplanan vəsait barədə ictimaiyyətə məlumat verəcəklərini bildiriblər.

Animasiya peşəkarları üçün proqram çərçivəsində bu il İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin dəstəyilə həyata keçirilən “Animasiya filmləri vasitəsilə qadın haqları” adlı vörkşop və maliyyə proqramı layihəsinə seçilmiş 5 qadın müəllif üçün avropalı mentorlar — isveçrəli rejissor İsabelle Favez, fransalı prodüser Olivier Catherin ilə təlimlər və individual görüşlər keçirilib. Seçilmiş animasiya layihələri “ANIMAFILM School: Pitçinq müsabiqəsi”ndə ictimaiyyətə təqdim olunub və proqram jüriləri – Ana Chubinidze, Tehzeeh Khurana və Nəzrin Ağamalıyeva tərəfindən dəyərləndirilib. Bilet satışlarından əldə olunan gəlir məhz bu proqramın qaliblərinə dəstək məqsədilə ianə ediləcək.

6-cı ANİMAFİLM festivalında beynəlxalq münsiflər heyətinin tərkibi Isabelle Favez (İsveçrə), İsmayıl İman (Azərbaycan), Ana Chubinidze (Gürcüstan), Oktai İusibov (Azərbaycan, Finlandiya), Olivier Catherin (Fransa) və Tehzeeb Khurana (Hindistan) kimi peşəkarlardan ibarət idi.

Festivala Avropa və Asiyadan xüsusi qonaqlar – rejissorlar və animatorlar qatıldı: Məsud Pənahi (Azərbaycan, Almaniya), Kireet Khurana (Hindistan), Matthew Lyon (Kanada) və Michaёl Dudok de Wit (Niderland krallığı, Birləşmiş krallıq).

Bu il festivalın bütün uşaq tamaşaçıları səsvermədə iştirak edərək “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” qalibini də seçdilər.

Bunlardan əlavə, bu il tamaşaçılar “Tamaşaçı seçimi” müsabiqəsinin qalibini film nümayişlərindən sonra elektron səsvermə əsasında müəyyənləşdirdi.

Festivalın yerli müsabiqəsinin – “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” mükafatının bir qalibini (mükafatı 500 ABŞ dollar olub) Azərbaycan Respublikası Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, digər qalibini isə Fransanın Azərbaycandakı səfiri Ann Buayon açıqladı. Səfir bildirdi ki, bu mükafatın qalibi ənənəvi olaraq dünyanın ən böyük animasiya festivalı olan Annecy Beynəlxalq Animasiya Festivalına MİFA peşəkar akkreditasiyası ilə qatılacaq.

Tədbirdə "TOTD" ictimaiyyətlə əlaqələr təşkilatının builki festival haqqında çəkdikləri qısametrajlı film nümayiş olundu.

Sonda festivalın direktoru, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev və festivalın kreativ direktoru Nəzrin Ağamalıyeva festivalı bağlı elan etdilər.

 

Beynəlxalq müsabiqələrin qalibləri və mükafatları:

“Ən yaxşı qısametrajlı animasiya filmi – GRAND PRIX” – 1000 ABŞ dolları – “The End of War” (“Müharibənin sonu”), rejissor Lei Chen, Çin.

“Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” – 500 ABŞ dolları – “Everywhere” (“Hər bir yerdə”), rejissor Step Cheung, Kai Chung Ng, Honq Konq.

 

Yerli müsabiqənin qalibləri və mükafatları:

“Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” – 500 ABŞ dolları – “Baharın oğurlanması” (Stolen Spring), rejissor Aleksandra Şirinova, Azərbaycan.

“Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” – Annecy festivalına səfər mükafatı – “The Half – Birdən ölsək” (The Half – If We Die), rejissor Rəvan Muradov, Azərbaycan.

"Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi" – 300 ABŞ dolları – “Boş yerlər” (Empty Spaces), rejissor Ayan Novruzlu, Azərbaycan, Böyük Britaniya.

 

Tamaşaçı seçimi müsabiqəsinin qalibi:

“Boş yerlər” (Empty Spaces), rejissor Ayan Novruzlu, Azərbaycan, Böyük Britaniya.

 

"Animasiya filmləri vasitəsilə qadın haqları" inkişaf vörkşopu və maliyyə proqramının qalibləri:

1-ci yer: “Züleyxa Seyidməmmədova” (Zuleykha Seyidmammadova), rejissor Mehriban Əliyeva, Azərbaycan.

2-ci yer: “Üzük” (Ring), rejissor Leyla Novruzova, Azərbaycan.

 

Festivalın həmtəşkilatçısı:

 “PERİ FİLM” MMC.

 

Festivalın baş sponsorları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyi, əsas sponsoru İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi, digər sponsorları Niderland Krallığının Azərbaycandakı Səfirliyi və “TOTD” ictimaiyyətlə əlaqələr təşkilatı olub.

 

Festivalın tərəfdaşları Azərbaycan Kinematoqrafçılar İttifaqı, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası, “Shahmaran Metaceramica”, “Gender Hub Azerbaijan”, Çexiya Respublikasının Azərbaycandakı səfirliyi, Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycandakı Fransız İnstitutu, Annecy Beynəlxalq Animasiya Film Festivalı, “Tripsome”, “XPPen”, “Mr. Chemical”, “Bonaqua“, “Dynamic Box“ şirkətləridir.

 

Festivalın media tərəfdaşları:

“Skwigly” onlayn animasiya jurnalı, Mədəniyyət TV, Trend İnformasiya Agentliyi, Day.az, Milli.az, Azernews, “Əkinçi”, “VarYox”, “KYNO” platformaları və CityLife.az

XƏBƏRLƏR

21.09.2023 18:42
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı
19.09.2023 13:08
Heydər Əliyev Sarayında çoxdan gözlənilən “Məhəbbət əfsanəsi” baletinin təqdimatı olub
18.09.2023 17:30
“Xınalıq və Köç yolu mədəni landşaftı” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi
18.09.2023 15:12
Prezident İlham Əliyev Azərbaycan musiqi ictimaiyyətini təbrik edib
18.09.2023 12:44
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
15.09.2023 18:24
MDB-yə üzv dövlətlərin Yaradıcı və Elmi Ziyalılarının XVI Forumu və MDB-yə üzv dövlətlərin Mədəni Əməkdaşlıq üzrə Şurasının 38-ci iclası keçirilib
15.09.2023 17:52
Üzeyir Hacıbəyli festivalı 10-dək ölkədən musiqiçiləri bir araya gətirəcək
15.09.2023 12:13
Bu gün görkəmli kinorejissor, Xalq artisti Xamis Muradovun 80 illik yubileyidir
15.09.2023 10:34
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə sənəd qəbununun vaxtı uzadılıb
15.09.2023 08:40
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Ciddədə İƏT baş katibinin müavini ilə görüşüb
13.09.2023 15:46
Özbəkistanda “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşaya həsr olunan poçt markası buraxılıb
13.09.2023 15:01
Arif Məlikovun doğum günündə Fəxri xiyabanda məzarı ziyarət olunub
12.09.2023 14:52
Vətən müharibəsindəki tarixi zəfərə ithaf edilən ədəbi müsabiqənin nəticələri bəlli olub
08.09.2023 14:45
Pekində mədəni irsin qorunması və bərpası üzrə əməkdaşlıq müzakirə olunub
07.09.2023 17:30
Bakıda 6-cı “Animafilm” festivalı keçirilir
06.09.2023 15:34
Mədəniyyət naziri Adil Kərimli Çində keçirilən forumda çıxış edib
06.09.2023 10:11
Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı başlayır
06.09.2023 09:33
Dunhuanda 6-cı Beynəlxalq İpək Yolu Sərgisi işə başlayıb
05.09.2023 15:12
Ölkəmizdə ilk dəfə keçirilən Azərbaycan Dili və Ədəbiyyatı Forumunun geniş hesabatı
05.09.2023 10:20
Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir
05.09.2023 09:01
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır
04.09.2023 13:05
Bakıda “Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbir təşkil olunub
04.09.2023 09:43
“Azərbaycan mədəniyyət həftəsi” Albaniyada böyük coşqu ilə qarşılandı
01.09.2023 17:28
ANİMAFİLM festivalı Azərbaycana “Oscar” mükafatlı rejissor gətirir