Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2280

Etibar Əsədli: Şuşadakı bugünkü ifam heç vaxt yaddaşımdan silinməyəcək...

Vətən, onun doğmalığı, əvəzolunmazlığı və gözəlliyi haqqında çox deyilib, çox yazılıb və çox eşitmişik. Kim nə deyirsə-desin, insanın özünün yaşadığı hisslər tamam başqa duyğulardır. Dağların qoynunda qərar tutan möhtəşəm Şuşa şəhərinə dolaylarla qalxmaq köksümdə çox qəribə, qürurlu və bir qədər də izaholunmaz hisslər oyatdı. Deməli, Vətənin müqəddəsliyi, onun möhtəşəmliyi bu imiş! Şəhərə qalxandan sonra hər şey -keçib gəldiyin yollar, aşağılarda uzanan vadilər, çöllər, erməni vandallarının murdar əlləri ilə dağılıb talan olmuş, yerlə-yeksan edilmiş hər şey sanki təyyarə illüminatorundan görünür.

Şuşanı görmək, təmiz havasını ciyərlərimə çəkmək arzusu ilə çox yaşamışam. Şükür ki, qismət oldu! İnsan sanki vəcdə gəlir, intəhasız duyğuları, hissləri sərhəd tanımır. Bu gün festivalda musiqi nömrəsi ifa edərkən bu hisslərin içində idim…

Fransada yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Etibar Əsədli AZƏRTAC-ın müxbiri ilə festivalda yaşadığı hissləri belə bölüşüb.

Bəstəkar daha sonra deyib: “Təqdim etdiyim musiqi nömrəsi maraqla qarşılandı. Tamaşaçılardan çox yaxşı enerji alırdım. Hər şey tamaşaçının istəyinə, zövqünə köklənməlidir. Musiqiçi ilhamı öz dinləyicisindən, tamaşaçıdan alır. Dinləyicilərin böyük dəstəyi sanki barmaqlarıma, ürəyimə və beynimə güc verirdi. Açığını deyim bu mahnıları dünyanın çox yerlərində ifa etmişəm. Ancaq heç vaxt bu duyğularla və belə möhtəşəm dəstək altında ifa etməmişəm. Deyirlər ki, yaxşı alınıb. Görünür ki, onun yaxşı alınmağına məhz həmin amillər səbəb olub. Məhz Şuşada Azərbaycan musiqisini ifa etmək mənim üçün ikiqat şərəfdir və həyəcanlıdır. Fəxr edirəm ki, ilk dəfə “Xarıbülbül” festivalında məhz avropalı musiqiçilərlə çıxış etdim. Yəqin ki, Şuşadakı bugünkü ifam heç vaxt yaddaşımdan silinməyəcək...”

XƏBƏRLƏR

28.09.2023 15:48
Mədəniyyət naziri Mingəçevirdə vətəndaşları qəbul edib
27.09.2023 17:55
Azərbaycan ilə Qətər arasında mədəni əməkdaşlıq müzakirə olunub
27.09.2023 16:42
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini yad edib
26.09.2023 17:17
Azərbaycanın mədəniyyət naziri İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında çıxış edib
26.09.2023 12:11
DokuBaku VII Beynəlxalq Sənədli Filmlər Festivalı keçiriləcək
25.09.2023 16:35
Qarabağımızın incisi Şuşa yekdil qərarla “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildi
21.09.2023 18:42
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı
19.09.2023 13:08
Heydər Əliyev Sarayında çoxdan gözlənilən “Məhəbbət əfsanəsi” baletinin təqdimatı olub
18.09.2023 17:30
“Xınalıq və Köç yolu mədəni landşaftı” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi
18.09.2023 15:12
Prezident İlham Əliyev Azərbaycan musiqi ictimaiyyətini təbrik edib
18.09.2023 12:44
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
15.09.2023 18:24
MDB-yə üzv dövlətlərin Yaradıcı və Elmi Ziyalılarının XVI Forumu və MDB-yə üzv dövlətlərin Mədəni Əməkdaşlıq üzrə Şurasının 38-ci iclası keçirilib
15.09.2023 17:52
Üzeyir Hacıbəyli festivalı 10-dək ölkədən musiqiçiləri bir araya gətirəcək
15.09.2023 12:13
Bu gün görkəmli kinorejissor, Xalq artisti Xamis Muradovun 80 illik yubileyidir
15.09.2023 10:34
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə sənəd qəbununun vaxtı uzadılıb
15.09.2023 08:40
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Ciddədə İƏT baş katibinin müavini ilə görüşüb
13.09.2023 15:46
Özbəkistanda “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşaya həsr olunan poçt markası buraxılıb
13.09.2023 15:01
Arif Məlikovun doğum günündə Fəxri xiyabanda məzarı ziyarət olunub
12.09.2023 14:52
Vətən müharibəsindəki tarixi zəfərə ithaf edilən ədəbi müsabiqənin nəticələri bəlli olub
11.09.2023 13:53
VI “Animafilm” Beynəlxalq Animasiya Festivalı başa çatdı
08.09.2023 14:45
Pekində mədəni irsin qorunması və bərpası üzrə əməkdaşlıq müzakirə olunub
07.09.2023 17:30
Bakıda 6-cı “Animafilm” festivalı keçirilir
06.09.2023 15:34
Mədəniyyət naziri Adil Kərimli Çində keçirilən forumda çıxış edib
06.09.2023 10:11
Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı başlayır
06.09.2023 09:33
Dunhuanda 6-cı Beynəlxalq İpək Yolu Sərgisi işə başlayıb