Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
132

"Azərbaycan Atabəyləri" tarixi bədii-sənədli filminin qalası olub

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA), Azərbaycan Televiziyası, “Şahdağfilm” və Türkiyənin “İkinciYeniFilm”, “Patik Prodüksiyon” və “Ernet Grup” prodakşnlarının birgə iştirakı ilə "Azərbaycan Atabəyləri" adlı tarixi bədii-sənədli film çəkilib.
Dekabrın 3-də Heydər Əliyev Mərkəzində filmin qalası keçirilib.
Mərasimdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, tanınmış mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə mərkəzin foyesində tədbir iştirakçıları üçün bədii hissə təqdim olunub. Film haqqında qonaqlara məlumat verilib. Bildirilib ki, film Orta əsrlərdə yaşamış Türk dünyasının iki böyük tarixi şəxsiyyəti, cəsur sərkərdələr - Qara Sunqur və Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin həyat yolundan bəhs edir. Ekran əsəri izləyiciləri XII əsr mühitinə apararaq Azərbaycanın şanlı tarixinə işıq salır, həmin dövr milli-mənəvi irsimizin təbliğatçısı kimi çıxış edir.
Daha sonra film nümayiş olunub.
Ekran əsərinin nümayişindən sonra filmin yaradıcı heyəti alqışlarla səhnəyə dəvət olunub.
“Şahdağfilm” prodakşnın direktoru, filmin ssenari müəllifi və prodüseri İlqar Mehti və quruluşçu rejissor Məcit Güvən çıxış edərək ekran işi haqqında fikirlərini bildiriblər.
Qeyd olunub ki, filmin ssenarisi Azərbaycan Milli Elmlər Akademiyası Tarix və Etnologiya İnstitutunun əməkdaşları, müstəqil tarixçilər və hərbi ekspertlərin bilik və təcrübələri əsasında yazılıb. Orta əsrlərin orijinal dil-üslubu, sosial və mədəni strukturunu əks etdirmək üçün geniş araşdırmalar əsasında hazırlanan ssenari tarixi mənbələrdən istifadə edilərək qələmə alınıb. Filmdə Dəbil döyüşü, 1139-cu il böyük Gəncə zəlzələsi və dövrün saray çevrilişləri kimi hadisələr də əks etdirilib.
Diqqətə çatdırılıb ki, filmin çəkilişləri Azərbaycan və Türkiyədən olan peşəkar kino işçilərinin birgə əməkdaşlığı ilə həyata keçirilib. “Şahdağfilm” ilə Türkiyədə tarixi filmlərin istehsalçısı kimi tanınan “İkinciYeniFilm” bu böyük layihədə imkanlarını birləşdirərək yüksək peşəkarlıq nümayiş etdiriblər. Yaradıcı və texniki heyətin 80 faizindən çoxu azərbaycanlı kino mütəxəssisləridir. Çəkilişlərdə məkan olaraq ölkəmizdə mövcud olan real tarixi qala və komplekslərdən istifadə edilib. 500-ə yaxın xüsusi geyim hazırlanıb, yüzlərlə əlbəsə, rekvizit və aksesuar istehsal edilib və ya satın alınıb.
Çıxışçılar filmin ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, filmin quruluşçu rejissoru Məcit Güvən, ssenari müəllifləri Sərvər Bayramov, İlqar Mehti, Səxavət Sahil və Ərcan Kayadır. Prodüserlər İlqar Mehti, Sərvər Bayramov və Türkiyədən “İkinciYeniFilm”i təmsil edən Furkan Bəsli, quruluşçu rəssam isə Zəfər Malkoçdur.
Bədii-sənədli filmdə tanınmış K1 döyüşçüsü Zabit Səmədov Şəmsəddin Eldəniz obrazını canlandırıb. İlqar Mehti isə Qara Sunqur rolunda çəkilib. Digər əsas rollarda isə Xalq artisti Mehriban Zəki (Möminə xatın), Əməkdar artist Bəhruz Vaqifoğlu (Məhəmməd Cahan Pəhləvan), Jalə Həsənli (Zübeydə xatın), Günay Əhməd (Laçın), Tural Əhməd (Arslan şah), İlqar Musayev (Candar Çavlı), Səmimi Fərhad (Vəzir əl-Xəzni), Samir Qulamov (Gəncər bəy), Salam İsmayılov (Şeyx İmad), Türkay Cəfərli (Şeyx İmadın köməkçisi), Rəşad Kəsəmənli (Sərkərdə), Hidayət Əliyev (Sultan Məsud) və ölkəmizin digər sənətçiləri yer alıblar.
Filmdə 100-dən çox aktyor epizodları canlandırıb, ümumilikdə isə heyətdə 500 nəfərdən çox insan çalışıb.
Dövlət-özəl tərəfdaşlığı ilə ərsəyə gətirilən film dekabrın 5-dən kinoteatrlarda nümayiş olunacaq.

XƏBƏRLƏR

04.12.2024 16:51
Azərbaycan Milli Xalça Muzeyində “Resurslar və mədəniyyət.Arxeologiyadan yeni texnologiyaya” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilir
04.12.2024 14:36
Mədəniyyət naziri Adil Kərimli TİKA-nın başqanı ilə görüşüb
04.12.2024 12:18
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) “Gənclər Paytaxtı” Şuşa şəhərində yaradıcılıq marafonunun qalibləri açıqlanıb
04.12.2024 12:00
Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi
03.12.2024 15:48
Şəkidə IV Beynəlxalq Teatr Festivalı keçirilir
03.12.2024 10:09
İslam ökələrinin gəncləri arasında “Şuşa Yaradıcılıq Marafonu” keçirilir
02.12.2024 10:19
CulTech İnkubasiya proqramına qəbul davam edir!
29.11.2024 17:51
Mədəniyyət naziri Adil Kərimli Xırdalan şəhərində vətəndaşları qəbul edib
29.11.2024 12:04
Xalq rəssamı Rafiq Nəsirov vəfat edib
25.11.2024 17:34
Azərbaycanlı gənclər “I TÜRKSOY Türk Dünyası Gənclik Görüşü”ndə iştirak ediblər
23.11.2024 17:38
Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb
21.11.2024 11:39
Azərbaycanda ilk dəfə Beynəlxalq Qeyri-Maddi Mədəni İrs Günü qeyd edilib
20.11.2024 16:54
Heydər Əliyev Sarayında “Nəsimi” operasının premyerası keçirilib
20.11.2024 10:57
COP29 çərçivəsində keçirilmiş Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşünün kommunikesi qəbul olunub
20.11.2024 10:43
“İqlim üçün mədəniyyət: gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi" mövzusunda panel sessiyası keçirilib
19.11.2024 12:16
Mədəniyyət Nazirliyində Tiktok platformasının nümayəndə heyəti ilə görüş olub
18.11.2024 11:14
Azərbaycanın irəli sürdüyü “İqlim üçün mədəniyyət” təşəbbüsünün təqdimatı keçirilib
18.11.2024 10:46
Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” beynəlxalq sərgisi açılıb
18.11.2024 10:31
Mədəniyyət naziri Adil Kərimli ICCROM-un baş direktoru ilə görüşüb
18.11.2024 10:27
"İqlim üçün mədəniyyət” adlı panel sessiya keçirilib
18.11.2024 09:43
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçirilib
18.11.2024 09:38
Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
14.11.2024 11:14
COP29-un qonaqlarına “Oyanış" adlı konsert-tamaşa təqdim edilib
12.11.2024 12:12
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb
12.11.2024 12:07
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək
09.11.2024 12:01
Filarmoniyada Zəfər Gününə hər olunan konsert keçirilib
09.11.2024 11:53
Azad torpaqlarda bayram konsertləri təşkil olunub
07.11.2024 17:19
Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılıb
07.11.2024 09:51
Mədəniyyət naziri film layihələri müsabiqəsinin qalibləri ilə görüşüb
06.11.2024 17:32
Azərbaycanın təbii və mədəni irsi
06.11.2024 17:00
Mədəniyyət naziri Akademik Musiqili Teatrda olub
06.11.2024 09:15
AZƏRBAYCANDA İLK DƏFƏ "NƏSİMİ" OPERASI TƏQDİM OLUNACAQ