Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin dəstəyi ilə təşkil olunan “CulTech İnkubasiya” proqramı, ölkəmizin yaradıcı gənclərinə və startap sahiblərinə öz layihələrini inkişaf etdirmək, həmçinin qlobal bazara çıxarmaq üçün unikal bir platforma təqdim edir.
CulTech nədir ?
CulTech, mədəniyyət və texnologiyanın qovşağında yaradıcı və innovativ layihələri dəstəkləmək məqsədilə formalaşdırılmış bir inkubasiya proqramıdır. Burada həm mövcud startap sahibləri, həm də yeni ideya üzərində çalışan şəxslər öz layihələrini beynəlxalq səviyyəyə çıxarmaq üçün lazım olan bütün dəstəyi əldə edirlər.
Proqramdan əldə edəcəkləriniz:
1. Qlobal şəbəkəyə qoşulma:
Beynəlxalq tədbirlərdə iştirak edərək layihənizi dünyaya tanıtmaq, qlobal təcrübə əldə etmək və beynəlxalq investorlarla tanış olmaq imkanı sizi gözləyir. Həmçinin, dünyanın fərqli ölkələrindən gələn mütəxəssislərlə əməkdaşlıq edə bilərsiniz.
2. Peşəkar mentorlarla əməkdaşlıq:
Layihənizin hər mərhələsində dəstək üçün öz sahəsinin ən yaxşılarından olan mentorlarla birgə işləyəcəksiniz. Bu mentorlar sizə layihənizin inkişafı üçün dəyərli məsləhətlər verəcək və sizinlə biliklərini paylaşacaqlar. Həftəlik təlimlər sayəsində yeni bacarıqlar əldə edəcək və layihənizi daha effektiv şəkildə idarə edə biləcəksiniz.
3. Ofis və texniki dəstək:
Yaradıcı Mərkəzdə təchiz olunmuş müasir ofis şəraiti və texniki avadanlıqlarla təmin olunacaqsınız.
4. Maliyyə cəlb etmək fürsəti:
Proqramın sonunda layihənizi investorlar qarşısında təqdim edərək maliyyə dəstəyi qazanmaq şansı əldə edəcəksiniz. Bu, layihənizin böyüməsi üçün bir başlanğıc nöqtəsidir.
5. Komandalar şəbəkəsi və əməkdaşlıq:
Proqramda iştirak edərək sizin kimi yaradıcı ideyalar üzərində çalışan digər komanda və fərdlərlə əlaqə quracaqsınız. Bu şəbəkə gələcək layihələrinizdə sizə böyük üstünlük verəcək.
6. Xarici ölkələrə səfər:
Hər bir startap öncədən seçilmiş Avropa və ya Asiya ölkələrindən birinə səfər edərək ordakı ekosistemlə yaxından tanış olmaq və isvestiya ehtimallarını dəyərləndirmək şansı əldə edəcək.
Proqramın əhəmiyyəti:
“CulTech İnkubasiya” proqramı yalnız layihələrin inkişafına deyil, həm də Azərbaycanın mədəniyyət sektorunun yenilikçi təşəbbüslərlə zənginləşməsinə töhfə verir.
Proqram, ölkəmizdə yaradıcı sənayelərin inkişafını dəstəkləyərək, regionun ən nüfuzlu innovasiya platformalarından birinə çevrilməyi hədəfləyir. Bu proqram həm də Azərbaycan gənclərinə qlobal səviyyədə təmsil olunmaq imkanı yaradır.
Kimlər müraciət edə bilər?
Yenilikçi ideyaya malik hər bir şəxs, komanda, startap sahibi və ya layihə rəhbəri bu proqramda iştirak edə bilər. Yaradıcılıq, yenilikçi baxış bucağı və layihəni həyata keçirmək həvəsi kifayətdir.
Qeydiyyat linki: http://surl.li/reurqc
Son qeydiyyat tarixi: 20 Dekabr 2024
Əlaqə:
Telefon: +994 51 240 41 55
E-poçt: infosup.vc