Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
133

COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçirilib

Ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) davam edir.

Sessiya çərçivəsində noyabrın 15-də Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və Azərbaycanın mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçirilib.

Əvvəlcə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli tədbir iştirakçılarını salamlayaraq açılış nitqi söyləyib, görüşün əhəmiyyətini vurğulayıb.

ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik tədbirdə iştirakından məmnunluğunu bildirib.

Qeyd edib ki, iqlim dəyişiklərinin mədəniyyətə təsiri get-gedə artmaqdadır: "Biz gələcəyimiz üçün mədəni irsimizi qorumağa çalışacağıq. Bugünkü tədbirdə də məhz bununla bağlı çıxış yollarından söz açılacaq".

Mədəni Mülkiyyətlərin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) baş direktoru Aruna Francesca Maria Gujral iqlim böhranına qarşı davamlı həllərin tapılmamasından təəssüfləndiyini söyləyib. Bildirib ki, bu sahədə fundamental inkişafa nail olmaqla həm də öz mədəniyyətimizi qorumalıyıq.

UNESCO-nun Mədəniyyət sektoru icra aparatının rəhbəri Dorine Dubois deyib ki, bu gün iqlim dəyişikliyi nəticəsində çoxsaylı mədəni irs nümunəsi məhv olmaq üzrədir. Bunun qarşısını almaq üçün müxtəlif strategiyalar həyata keçirmək lazımdır.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında qurum tərəfindən ölkəmizdə mədəni irs abidələrinin qorunması istiqamətində görülən işlərdən danışıb: "Mədəni irsimizin gələcək nəsillərə ötürülməsi çox vacibdir. Bu sahədə inkişafa nail olmaq üçün birgə səylər göstərilməlidir. Mən inanıram ki, mədəniyyət sahəsinə qayğı ilə eyni zamanda daha yaşıl dünyanı gələcək nəsillərə buraxa biləcəyik".

UNESCO-nun xoşməramlı səfiri, Petra Milli Trestinin prezidenti, İordaniya şahzadəsi xanım Dana Firas bildirib ki, mədəni irsi iqlim dəyişikliyi məsələlərinə inteqrasiya etmək artıq zərurətə çevrilib: "Ötən il təşkil edilən COP28-də bununla bağlı çox uğurlu tədbirlər keçirildi. Ümid edirəm ki, bu sessiya çərçivəsində adıçəkilən sahə üzrə önəmli addımlar atılacaq".

Ağa Xan İnkişaf Şəbəkəsinin Ətraf mühit və iqlim komitəsinin sədri şahzadə Rəhim Ağa Xan qurumun mədəni irsin qorunması sahəsində gördüyü işlərdən söz açıb. Deyib ki, ətraf mühitin qorunması ilə həm də tarixi-mədəni mirasın mühafizəsinə töhfə vermək mümkündür.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qeyd edib ki, bu gün iqlim dəyişikliyi bir çox sahələrə olduğu kimi, mədəniyyətə də təsir göstərir. Dünya qlobal istiləşmənin təsiri ilə daşqınlar, fırtınalar baş verir, nəticədə tarixi abidələr də məhvolma təhlükəsi ilə üz-üzə qalır.

Daha sonra Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri Amna bint Abdullah əl-Dahakın tədbir iştirakçılarına müraciəti diqqətə çatdırılıb.

COP29-un mədəni gündəliyini özündə əks etdirən videoçarx nümayiş etdirilib.

Sonra görüş məruzələrlə davam edib.

Nazir Adil Kərimli bildirib ki, ölkəmizin yaşıl enerji sahəsində gördüyü işlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir: "Biz bu gün keçirilən nazirlər toplantısından səmərəli nəticə gözləyirik. Bizim fəaliyyətimiz UNESCO, ICESCO və digər qurumların fəaliyyətləri ilə üst-üstə düşür. Biz mədəniyyətin önəmli bir vasitə olduğunu qəbul edir, onun ətraf mühitin qorumasındakı rolunu qiymətləndiririk. Bu gün görüşün sonunda qəbul edəcəyimiz sənəd gələcək əməkdaşlığımızın əsasını təşkil etməklə yanaşı, müsbət iqlim fəaliyyətinin də əsasını qoyacaq".

Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu (GFCBCA) haqqında danışan Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyət naziri Salem bin Xalid əl-Qassimi qurumun üzvlərinin sayının artmasından məmnunluğunu bildirib. Qeyd edib ki, bu, sektorlararası daha güclü bir səs olacaq: "Bu görüşdə iqlim dəyişikliyi fəaliyyətində mədəniyyət ölçüsünü diqqətə çatdırmış olacağıq. Mədəniyyət və iqlim dəyişikliyi bir-biri ilə əlaqədardır. Düşünürəm ki, bu sahədə araşdırmalara daha çox investisiya qoyumalıdır. Biz bütün tərəfləri nazirliklərarası əməkdaşlığa dəvət edirik".

Daha sonra Braziliya Federativ Respublikasının mədəniyyət naziri Marqaret Menezesin mövzu ilə bağlı videomüraciəti dinlənilib.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy COP29 çərçivəsində keçirilən görüşün ictimaiyyətin gözləntilərinə cavab verəcəyinə ümidvar olduğunu bildirib: "İqlim dəyişikliyi mədəniyyətimiz üçün də təhlükədir. Bu sahədə görülməli işlər çoxdur. Türkiyədə bu sahədə bir sıra addımlar atılır. Biz Azərbaycanın COP29-dakı təşəbbüsünü dəstəkləyirik və hər zaman qarşılıqlı əməkdaşlığa hazırıq".

Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov iqlim dəyişikliyinin fəsadları ilə hər addımda qarşılaşdıqlarını deyib. Bildirib ki, mədəni irs də bu təsirlərdən kənarda deyil. Buna görə də ətraf mühit məsələlərinə çox həssaslıqla yanaşmaq lazımdır.

O, COP29 kimi mötəbər sessiya çərçivəsində belə bir tədbirdə iştirakından məmnunluğu söyləyib, tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Pakistanın milli irs və mədəniyyət naziri Ataullah Tarar ölkəsinin iqlim dəyişikliyi nəticəsində gördüyü zərərlərdən danışıb. Qeyd edib ki, Pakistan 2022-ci ildə dünyanın ən böyük daşqınlarından birini yaşayıb: "Biz bu fəlakət nəticəsində müəyyən ərazilərdə öz mədəni mirasımızı da itirmək təhlükəsi ilə üz-üzə qalmışdıq. Ümid edirəm ki, bu gün Bakıda əldə etdiyimiz nailiyyətlə gələcəkdə bu sahədə öz fəaliyyətimizi uğurla davam etdirəcəyik".

Yunanıstanın mədəniyyət naziri Styliani Mendoni qonaqpərvərliyə görə Azərbaycana təşəkkürünü bildirib. Söyləyib ki, iqlim dəyişikliyinin nəticələrini aradan qaldırmaq üçün müxtəlif tədbirlər görülməlidir: "Bu sahədə risk xəritələri hazırlamalıyıq. Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu bu sahədə boşluqları doldurmaq üçün əməli addımlar atmalıdır. Bu qrup son illərdə bir çox ölkələrdə beynəlxalq seminarlar təşkil edib. Düşünürəm ki, bugünkü tədbir də bu sahədəki problemlərin həllində əhəmiyyətli rol oynayacaq".

Digər çıxış edən nümayəndələr mövzu ətrafında öz fikirlərini bildiriblər. Çıxışçılar mədəniyyətin iqlim siyasətində oynadığı güclü rolu xüsusi qeyd ediblər.

Çıxışlardan sonra Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşünün yekun sənədi qəbul edilib.

Yekun söz söyləyən COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev iqlim fəaliyyətində mədəniyyətin payının yüksək olduğunu deyib. Bildirib ki, qəbul olunmuş bu sənəddə mədəniyyət əsaslı iqlim tədbirlərinin əhəmiyyəti xüsusi vurğulanır.

Görüş iştirakçıları sonda xatirə fotosu çəkdiriblər.

XƏBƏRLƏR

18.11.2024 11:14
Azərbaycanın irəli sürdüyü “İqlim üçün mədəniyyət” təşəbbüsünün təqdimatı keçirilib
18.11.2024 10:46
Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” beynəlxalq sərgisi açılıb
18.11.2024 10:31
Mədəniyyət naziri Adil Kərimli ICCROM-un baş direktoru ilə görüşüb
18.11.2024 10:27
"İqlim üçün mədəniyyət” adlı panel sessiya keçirilib
18.11.2024 09:38
Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
14.11.2024 11:14
COP29-un qonaqlarına “Oyanış" adlı konsert-tamaşa təqdim edilib
12.11.2024 12:12
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb
12.11.2024 12:07
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək
09.11.2024 12:01
Filarmoniyada Zəfər Gününə hər olunan konsert keçirilib
09.11.2024 11:53
Azad torpaqlarda bayram konsertləri təşkil olunub
07.11.2024 17:19
Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılıb
07.11.2024 09:51
Mədəniyyət naziri film layihələri müsabiqəsinin qalibləri ilə görüşüb
06.11.2024 17:32
Azərbaycanın təbii və mədəni irsi
06.11.2024 17:00
Mədəniyyət naziri Akademik Musiqili Teatrda olub
06.11.2024 09:15
AZƏRBAYCANDA İLK DƏFƏ "NƏSİMİ" OPERASI TƏQDİM OLUNACAQ
05.11.2024 15:53
COP29 çərçivəsində keçirilməsi nəzərdə tutulan mədəniyyət məzmunlu tədbirlər barədə Braziliyada təqdimat həyata keçirilmişdir
05.11.2024 09:26
Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş olub
04.11.2024 12:06
İstanbul sərgisində ölkəmizlə bağlı yeni tədbir və təqdimatlar davam edir
04.11.2024 11:25
İstanbulda Frankfurt Beynəlxalq Kitab Sərgisinin regional koordinatoru ilə görüş olub
04.11.2024 11:21
İstanbulda “Səninləyik, Türkiyə” kitabı, "Heca" dərgisinin poeziyamızla bağlı xüsusi buraxılışının təqdimatı və konsert keçirilib
04.11.2024 11:05
İstanbul sərgisində Azərbaycan yazarlarının iştirakı ilə ədəbi müzakirələr və imza mərasimi keçirilib
04.11.2024 10:48
Azərbaycanın ilk dəfə "fəxri qonaq ölkə" olduğu 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib
04.11.2024 10:35
Mədəniyyət naziri Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi ilə görüşüb
01.11.2024 15:59
UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə dair dəyirmi masa keçirilib
01.11.2024 12:43
Kubada Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
31.10.2024 17:31
“COP29 və mədəniyyət: iqlim dəyişikliyinin mədəni ölçüləri” mövzusunda konfrans keçirilib
31.10.2024 15:57
“e-Culture” rəqəmsal idarəetmə modeli çərçivəsində görülmüş işlərlə bağlı təqdimat keçirilib
30.10.2024 15:27
Mədəniyyət naziri Ağcabədidə vətəndaşları qəbul edib
28.10.2024 17:46
“İkinci planetin qırmızı rəngi” filmi beynəlxalq festivallarda uğur qazanıb
28.10.2024 15:55
“Bölgə teatrlarının Bakı premyeraları” – Lənkəran teatrı iki tamaşa ilə paytaxtımıza qastrola gəlir
28.10.2024 14:37
Azərbaycan hindistanlı rejissor və prodüserlər üçün "İlin çəkiliş məkanı" seçilib
28.10.2024 10:26
Mədəniyyət naziri Akademik Opera və Balet Teatrının kollektivi ilə görüşüb
28.10.2024 09:53
Adil Kərimli Mədəniyyət və İncəsənət Universitetinin kollektivi ilə görüşüb
25.10.2024 17:05
Bakı Dövlət Universiteti ilə Milli Kitabxana arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb