Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2084

Maltada təşkil olunmuş mədəniyyət siyasətinə dair beynəlxalq tədbirlərdə ölkəmiz təmsil olundu

Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyası tərəfindən Maltanın İncəsənət Şurası ilə birgə cari ilin 5-7 oktyabr tarixlərində Malta Respublikasının Valletta şəhərində təşkil olunmuş Kompendium Assosiasiyasının 6-cı Baş Assambleyası,  Kompendium Ekspertlərinin Assambleyası, Beynəlxalq Mədəniyyət Siyasəti Konfransı və Simpoziumda Azərbaycan Respublikasını Mədəniyyət Nazirliyinin Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdir müavini, Kompendium Assosiasiyasının Azərbaycan Respublikası üzrə eksperti Yaşar Hüseynli təmsil etdi.

“Mədəniyyət hüququ” (“Right to Culture”) başlığı altında təşkil olunmuş Beynəlxalq Mədəniyyət Siyasəti Konfransında  Avropa İttifaqının Bərabərlik üzrə Komissarı Helena Dalli, Avropa Şurasının Mədəniyyət, İrs və Landşaft üzrə Rəhbər Komitəsinin (CDCPP) sədri Terye Hovland, Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyası, Maltanın İncəsənət Şurası, İncəsənət Şuralarının və Mədəniyyət Agentliklərinin Beynəlxalq Federasiyası (IFACCA), Avropa Müqayisəli Mədəniyyət Tədqiqatları İnstitutu (ERİCarts), Beynəlxalq Müasir İfaçılıq Sənətləri Şəbəkəsi (IETM), Avropa Mədəniyyət Fəaliyyəti (CAE), mədəniyyət siyasəti sahəsində digər nüfuzlu beynəlxalq təşkilatlar və Avropanın aparıcı mütəxəssisləri iştirak edirdi. Beynəlxalq konfransın “Yaradıcılıq azadlığı”, “Mədəni müxtəliflik və əlçatanlıq” və “Mədəni Demokratiya” mövzulu panel müzakirələrində yaradıcılıq azadlığını təşviq etmək və gücləndirmək üçün hökumətin, vətəndaş cəmiyyətinin və mədəniyyət sektorunun rollarının nədən ibarət olduğu, mədəni müxtəliflik və bərabər imkanların təmin olunması üçün mədəniyyət siyasəti və vətəndaş cəmiyyəti tərəfindən nələr edilməli, fərdlərə və icmalara mədəni fəaliyyətdə, idarəçilikdə və qərar qəbuletmə proseslərinin formalaşdırılmasında fəal iştirak etməyin yolları müzakirə edildi.

Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının 6-cı Baş Assambleyası və Kompendium Ekspertlərinin Assambleyasında Albaniya, Almaniya, Avstriya, Azərbaycan, Belçika, Bolqarıstan, Böyük Britaniya,  Çexiya, Ermənistan, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İspaniya, İsveç, İsveçrə, Litva, Lüksemburq, Macarıstan, Malta, Monteneqro, Niderland, Norveç, Polşa, Portuqal, Rumıniya, Rusiya, Serbiya üzrə ekspertlər, Kompendium Assosiasiyasının Avropa Şurası və ERİCarts kimi təsisçi və daimi üzvləri, təşkilatçı-üzv olan ölkələrin təmsilçiləri iştirak edirdilər. Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının 2022-2023-cü illər üçün illik fəaliyyət hesabatı, maliyyə hesabatları, layihənin auditoriyası, yeni sosial media formatlar, digər təşkilati məsələlər və gələcək perspektivlər müzakirə olundu. Tədbir zamanı Ermənistan nümayəndəsi təxribata əl ataraq, guya Azərbaycan tərəfinin 24 saatlıq antiterror əməliyyatı nəticəsində Ermənistana köç edən etnik ermənilərin çətinliklərlə üzləşdiklərini qeyd edərək, beynəlxalq tədbirin auditoriyasını çaşdırmağa çalışdı. Azərbaycan eksperti tərəfindən bu təxribat cəhdinin qarşısı qətiyyətlə alındı və tədbir iştirakçılarının diqqətinə məsələnin əsl mahiyyəti çatdırıldı.

Maltanın mədəni ictimaiyyətinin görkəmli nümayəndələri və Kompendium ekspertlərinin iştirakı ilə baş tutmuş «İncəsənətin mövcud vəziyyəti” adlı II Malta Milli Beynəlxalq Simpozium çərçivəsində “Maltada mədəniyyət hüququnun kontekstuallaşdırılması” adlı panel müzakirələri aparıldı, “Maltanın İncəsənət Şurası”, “Autizm Məsləhət Şurası”, “Tamamlanmamış İncəsənət Məkanı” və Maltanın digər təşkilatlarının əlaqəli layihələri təqdim olundu. Malta Universitetinin ziyarəti zamanı mədəniyyət sahəsinə dair “Sağlamlıq və rifah üçün incəsənət”, «Ekspressiv incəsənətə və icmaya geştalt yanaşma», “Mədəniyyət siyasətində və mədəni iştirakda süni intellektin istifadə olunması” və bu kimi mövzulara dair təqdimatlar aparıldı.

Məlumat üçün bildirilir ki, Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu mədəniyyət siyasəti sahəsində müqayisəli təhlillər üzrə aparıcı beynəlxalq platformadır. Kompendium metodologiyasına əsasən Avropa ölkələri tərəfindən mütəmadi olaraq hazırlanan milli məruzələr müvafiq veb-portalda yerləşdirilir və mədəniyyət siyasətçiləri, tədqiqatçılar və mədəniyyət ictimaiyyəti tərəfindən nüfuzlu istinad mənbəyi kimi geniş istifadə olunur. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu platformaya 1999-cu ildən etibarən qoşularaq fəal iştirak edir və hal-hazırda Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının təşkilatçı-üzvüdür (https://www.culturalpolicies.net/database/search-by-country/country-profile/?id=4)

XƏBƏRLƏR

26.07.2024 15:32
Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb
24.07.2024 16:55
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin birgə məlumatı
24.07.2024 15:04
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı həyata keçiriləcək
24.07.2024 11:03
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi davam edir
22.07.2024 18:00
Mədəniyyət Nazirliyi Nyu Dehlidə keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 46 sessiyasında təmsil olunur
22.07.2024 10:48
Vaqif Poeziya Günlərinin geniş icmalı
22.07.2024 10:09
Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
19.07.2024 17:34
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başa çatıb
19.07.2024 12:06
Şuşada "Məhəmməd Füzuli. Zamanın fövqündə" mövzusunda konfrans keçirilib
18.07.2024 19:44
Vaqif Poeziya Günləri çərçivəsində Şuşada ilk dəfə etno-caz konserti
18.07.2024 16:26
Şuşada poeziya bayramında "Füzuli hücrələri"
18.07.2024 15:19
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başlayıb
12.07.2024 18:07
Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un 31 yaşı tamam olur
12.07.2024 15:22
Nazir Adil Kərimli ŞƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin görüşündə iştirak edib
11.07.2024 14:52
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi post-prodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsinin nəticələrini açıqladı
11.07.2024 12:37
Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub
10.07.2024 18:35
Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” adlı əsərinin musiqisinin qanunsuz mənimsənilməsi və müəlliflik hüququnun digər şəkildə pozulması ilə bağlı BİRGƏ BƏYANATI
05.07.2024 09:18
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi
04.07.2024 17:49
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
03.07.2024 10:01
“Kür – çaylar anası” sənədli filminin çəkilişləri davam edir
02.07.2024 09:52
Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici seminar keçirilib
28.06.2024 15:35
Azərbaycanın mədəniyyət naziri Özbəkistanda Beynəlxalq Maqom Sənəti Forumunda iştirak edib
27.06.2024 15:44
Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir
25.06.2024 17:11
Akademik Rus Dram Teatrında aktyor sənəti və vokal üzrə ustad dərsləri
25.06.2024 10:57
 Bakıda Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub  
25.06.2024 09:54
Mədəniyyətimiz radiodalğalarında – yeni layihələr
24.06.2024 14:57
Media nümayəndələri musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbul imtahanını izləyiblər