Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4555

Azərbaycan Milli Xalça Muzeyində “Bir taleli iki insan” sərgisi açılıb

Aprelin 19-da Azərbaycan Milli Xalça Muzeyində Yelena və Ucal Haqverdiyevlərin yaradıcılığına həsr olunmuş “Bir taleli iki insan” sərgisinin açılış mərasimi keçirilib.

Tədbirdə sərginin kuratoru, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov, Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova Yelena və Ucal Haqverdiyevlərin yaradıcılığından danışıblar.

Əməkdar rəssam Yelena Haqverdiyeva tədbirdə iştirak edənlərə, belə bir sərginin təşkilinə görə isə Xalça Muzeyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Sərgidə ömürləri boyu bir-birinə və onları birləşdirən sənətə sonsuz sevgi ilə bağlı olan iki rəssamın 54 ədəd rəngkarlıq və tətbiqi sənət əsərləri nümayiş etdirilir.

Burada yüksək bədii zövqü, xüsusi fərdi üslubu ilə seçilən Yelena Haqverdiyevanın Səfəvi saray xalçalarını, ov və bağ səhnələrini xatırladan təsvirlərlə, mənzərələr, natürmortlar, sevgililərin obrazları ilə zəngin “Xalça bağları” silsilə əsərləri təqdim olunur.

Sərgidə tamaşaçılar rəngkarlıq və qrafika, monumental rəssamlıq, poeziya, həmçinin tətbiqi sənət üzrə çoxşaxəli yaradıcılığa malik Ucal Haqverdiyevin istedadının yeni aspektləri ilə tanış ola bilərlər. Belə ki, ilk dəfə rəssamın müəllifi olduğu bədii tikmələr, keramika məmulatları, ağac və daş üzərində işləri geniş ictimaiyyətə təqdim edilir. Ucal Haqverdiyevin əsərləri arasında müqəddəslərin ikonoqrafiyası, İtaliya İntibahı üslubunda yaratdığı həyat yoldaşı Yelenanın portretləri, süjetli səhnələr və böyük modernist rəssamların əsərləri ilə assosiasiya doğuran kompozisiyalar üstünlük təşkil edir. Onun keramika və ağacdan əsərlərinin böyük əksəriyyəti isə heyvan təsvirləridir.

Açılış mərasimində layihə çərçivəsində 3 dildə hazırlanmış “Bir taleli iki insan” adlı kataloqun təqdimatı da keçirilib. Tədbirdə həmçinin Haqverdiyevlər ailəsinin arxiv fotolarından ibarət video-çarx nümayiş olunur.

Qeyd edək ki, iyunun 19-dək davam edəcək sərgi çərçivəsində mühazirələr, ustad dərsləri keçiriləcək.

XƏBƏRLƏR

06.12.2023 14:43
Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun siyahısına daxil edilib
06.12.2023 13:24
“Zamanla dialoq” adlı fərdi sərgi açılacaq
05.12.2023 09:43
Qazaxıstan Mədəniyyəti Günləri sərgi və qala-konsertlə başa çatıb
04.12.2023 12:55
Mədəniyyət naziri qazaxıstanlı həmkarı ilə görüşüb
04.12.2023 10:23
Türk Dünyasının Yumor Festivalı keçirilib
01.12.2023 14:15
Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun icmalı
30.11.2023 18:01
"Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” – “Yaradıcı həftə” çərçivəsində dəyirmi masa
30.11.2023 17:11
“Musiqi Sənayesi Platforması”nda növbəti panel milli musiqi məhsulunun rəqabətliliyinə həsr olunu
30.11.2023 16:17
“Yaradıcı həftə” çərçivəsində Azərbaycan musiqi sənayesinə həsr olunmuş tədbir keçirilib
30.11.2023 14:27
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu başa çatıb
30.11.2023 09:35
"A-hub Akselerasiya Proqramı”nın milli final mərhələsi keçirilib
30.11.2023 09:27
Apellyasiya Komissiyasının iclasıyekunlaşdı
29.11.2023 18:34
Forumda dizayn sənayesinin inkişaf məsələləri də müzakirə olunub
29.11.2023 15:40
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 15:24
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə yekun vurulub
29.11.2023 15:10
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 11:39
Film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib
29.11.2023 10:02
Forumun növbəti paneli “Mədəniyyət və yaradıcı sənayelər: ixrac potensialı, beynəlxalq əməkdaşlıq” mövzusuna həsr olundu
29.11.2023 09:57
Forum öz işini “Mədəniyyət və yaradıcı sənayelər ekosisteminin inkişafı: beynəlxalq perspektiv” adlı panel sessiya ilə davam etdirdi
27.11.2023 10:07
Azərbaycanda ilk dəfə olaraq “Mədəni irs” mövzusunda forum keçiriləcək
23.11.2023 14:30
“Yaradıcı Həftə”də “CulTech” və “GameTech” hakatonları keçiriləcək
22.11.2023 15:49
Xalq artistləri Rasim Ocaqov və Həsən Məmmədovun doğum günlərində məzarları ziyarət olunub