Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
11260

Mədəniyyət Nazirliyi Fransanın tanınmış mədəniyyət xadimlərini dürüst olmağa və qərəzsiz mövqe tutmağa çağırır

Fransanın tanınmış bir qrup mədəniyyət xadimi  (rejissor, yazıçı, aktyor, musiqiçi, jurnalist, müğənni) Qarabağdakı erməni separatçılığını açıq şəkildə dəstəkləyən, yalan və böhtan üzərində hazırlanmış müraciəti imzalamışdır. Bu barədə Fransanın “Le Figaro” nəşrində məlumat yayımlanmışdır. 

Müraciət ermənilərlə həmrəyliyi, onların Qarabağdakı taleyi üçün narahatlığı, qondarma “1915-ci il soyqırımı”nın təkrarlanmasını, erməni separatçılığına dəstəyi, ümumiyyətlə, Azərbaycanın məkrli planlarının olmasını nümayiş etdirir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bildirir ki, otuz ilə yaxın müddətdə Ermənistan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini icra etməyərək Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərini, Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu qanunsuz olaraq işğal altında saxlamışdır.

Uzun illər davam etmiş işğal zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində həmin ərazilərdə Azərbaycan xalqına məxsus daşınmaz tarix və mədəniyyət abidələri dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq vandalizmə məruz qalıb. İşğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye obyektləri ilə yanaşı yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 2000-dən artıq tarix və mədəniyyət abidəsi bu vandalizminin qurbanına çevrilmişdir. Mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibət dünya irsinə qarşı yönəlmiş təhdid kimi dəyərləndirilməlidir.

Müvafiq dəlillərə və faktlara, elmi araşdırmaya və tədqiqata əsaslanmadan dünya ictimaiyyətinə təqdim olunan bu müraciətdə nüfuzlu mədəniyyət xadimlərinin iştirakı, onların erməni təbliğatının alətinə çevrilmələri təəssüf doğurur. Bu qeyri-peşəkar yanaşma həmin şəxslərin imicinə və qərəzsizliyinə kölgə salır.

Diqqətə çatdırırıq ki, UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin müdafiəsi haqqında” 1954-cü il Haaqa Konvensiyası və “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Paris Konvensiyasına üzv dövlət olmasına baxmayaraq, Ermənistanın vaxtilə işğal etdiyi ərazilərdə Azərbaycanın mədəni irsini necə məhv etdiyi, saxtalaşdırdığı və talan etdiyi barədə təkzibedilməz faktlar və dəlillər mövcuddur.

Nazirlik Azərbaycana qarşı törədilən mədəni soyqırımın şahidi olmaq və Azərbaycanın dağıntıya və vandalizmə məruz qalan irsinin hazırki vəziyyətinə real məkanda baxış keçirmək məqsədilə Fransanın tanınmış mədəniyyət və elm xadimlərini işğaldan azad olunmuş ərazilərimizə dəvət edir.

XƏBƏRLƏR

25.01.2023 10:37
“İslam incəsənəti” Biennalesində Azərbaycan pavilyonu təqdim olunur
24.01.2023 13:17
İlk fransızdilli azərbaycanlı yazıçı Ümmülbanu Banin
13.01.2023 12:45
Heydər Əliyev Mərkəzində Heydər Əliyevin ən çox sevdiyi tamaşalar nümayiş olunacaq
13.01.2023 11:16
Fəxri adlara görə aylıq təqaüdün məbləğinin artırılması və “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
13.01.2023 10:11
Heydər Əliyev Mərkəzində Heydər Əliyevin ən çox sevdiyi tamaşalar nümayiş olunacaq
09.01.2023 12:42
Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzi “Şuşa İli” ilə bağlı çoxsaylı layihələr həyata keçirib
29.12.2022 15:35
Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan sərgi açılıb
26.12.2022 17:54
Rumıniyada “Azərbaycan xalçaları: incəsənətlə öyrənmək” adlı sərgi açılıb
26.12.2022 17:00
“Mədəniyyət/Culture” jurnalının dördüncü sayı və “Xarıbülbül” xüsusi buraxılışı işıq üzü görüb
26.12.2022 16:03
Xalq rəssamı Arif Əzizin 80 illik yubiley sərgisi açılıb
26.12.2022 12:28
Rabatda ICESCO İcraiyyə Şurasının 43-cü sessiyası keçirilib
23.12.2022 17:55
Milli Kitabxanada Xalq artisti, görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
23.12.2022 16:49
Görkəmli tarzən Əhməd Bakıxanovun 130 illik yubileyinə həsr olunmuş konsert keçirilib
23.12.2022 16:24
“Cəngi” estrada folklor ansamblının 30 illik yubileyi qeyd olunub
23.12.2022 15:29
"İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində növbəti təlim kursu keçirilib
23.12.2022 14:18
Qobustan Milli Tarix-Bədii Qoruğu beynəlxalq sərgidə təmsil olunacaq
23.12.2022 12:50
Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Sərxan Sərxanın yaradıcılıq gecəsi təşkil olunub
23.12.2022 12:13
Xalq artisti Ramiz Quliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
23.12.2022 09:44
Özbəkistanda Azərbaycan dili fakültəsi və “Heydər Əliyev auditoriyası” yaradılacaq
23.12.2022 09:19
"Yeni adlar" layihəsində qanun və tar gecəsi
22.12.2022 12:06
Anar Kərimov nazirliyin mətbuat orqanlarının kollektivləri ilə görüşüb
21.12.2022 10:33
“Atabəylər: Şəmsəddin Eldəniz” çoxseriyalı bədii-televiziya filmi üçün musiqi (soundtrack) müsabiqəsi elan olunur
20.12.2022 17:20
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssisləri üçün təlim keçirildi
20.12.2022 16:17
Rəssam Fikrət İbrahimlinin “Ruhumun təqdimatı – Ömür səhifələrim” adlı fərdi sərgisi keçirilib
20.12.2022 16:01
Fikrət Əmirovun 100 illiyinə həsr olunan filmin təqdimatı keçirilib
20.12.2022 12:12
Nazir Anar Kərimov Türkiyə mədəniyyət və turizm nazirinin müavini ilə görüşüb
20.12.2022 11:42
“Kod adı V.X.A” tamaşası təqdim olunub