Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4280

"Şuşa – Zirvədən uca" və "Şuşa – Qarabağın ulduzu" kitablarının təqdimatı keçirilib

 

“Şuşa İli” münasibətilə Mədəniyyət Nazirliyi və “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi ilə “İrs” Nəşriyyat evi tərəfindən "Şuşa – Zirvədən uca" və "Şuşa – Qarabağın ulduzu" kitabları çap olunub.

Dekabrın 2-də Beynəlxalq Muğam Mərkəzində yeni nəşrlərin təqdimatı keçirilib.

Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov kitabların tarixi-mədəni əhəmiyyətini yüksək qiymətləndirib. Deyib ki, Şuşa şəhəri Azərbaycan üçün, onun mədəniyyəti üçün olduqca əhəmiyyətli və müqəddəsdir: “Qarabağımız, Şuşamız Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli Ordumuzun qanı-canı bahasına azad edildi. Azərbaycanın mədəniyyət paytaxtı kimi Şuşanın tarixi-mədəni zənginliklərinin kitablarda, kataloqlarda əksini tapması böyük əhəmiyyət kəsb edir. Çünki Şuşanın hər küçəsi bir tarix, bir rəmzdir”.

Nazir bildirib ki, Azərbaycan 44  günlük Vətən müharibəsində qalib gəlsə də, informasiya sahəsində müharibə davam edir: “Ona görə də Qarabağa, Şuşaya qayıdışımızı, azad edilmiş ərazilərimizin mədəniyyətini və tarixini bu qəbildən nəşrlər vasitəsilə dünyaya çatdırmalıyıq. Bu gün möhtərəm Prezidentimizin bilavasitə rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə böyük bərpa və quruculuq işləri həyata keçirilir. Dövlətimiz nəinki məscidləri, eləcə də kilsələri bərpa edir. Bu da dünyaya mühüm bir mesajdır”.

28 illik işğal illərində də Şuşaya həsr edilən kitabların nəşr olunduğunu diqqətə çatdıran Anar Kərimov həmin kitabların psixoloji cəhətdən ağır təsir bağışladığını bildirib: “Bu gün yeni işıq üzü görən kitabları isə qürurla, sevinclə təqdim edirik. Çünki əzəli torpaqlarımız artıq azaddır. Kitabların rus və ingilis dilləri ilə bərabər türk dilində də çap olunması qardaş Türkiyədə Şuşa haqqında təsəvvürlərin dərinləşməsinə öz töhfəsini verəcək”.

Kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirən nazir “İrs” Nəşriyyat evinin rəhbəri Musa Mərcanlıya Mədəniyyət Nazirliyi tərəfindən təsis olunan "Şuşa – 270" xatirə nişanını təqdim edib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli kitabları "Şuşa İli"nə layiqli töhfə kimi qiymətləndirib. Deyib ki, kitabları Şuşanın tarixi pasportu da adlandırmaq olar: “Nəşrlərdə Şuşanın tarixi, mədəni zənginlikləri özünü göstərməkdədir. Həmçinin burada şəhərin Azərbaycan elminə, incəsənətinə bəxş etdiyi şəxsiyyətlər haqqında dəqiq məlumatlar yer alıb. Sevindirici haldır ki, biz Azərbaycan rəssamlarının ictimaiyyətə az məlum olan Şuşaya həsr etdikləri əsərlərini də bu kitabda görə bilirik. Bu mənada, kitablar həm də Şuşanın rəngli ensiklopediyası sayıla bilər”.

“İrs” Nəşriyyat evinin rəhbəri Musa Mərcanlı diqqətə çatdırıb ki, doqquz ildir fəaliyyət göstərən nəşriyyat bu silsilədən 19-cu kitabını təqdim edir. Kitab daha çox xarici auditoriya üçün nəzərdə tutulub. Düşmənlərimizlə informasiya savaşının davam etdiyi bir vaxtda belə kitabların nəşri çox önəmlidir.

"PAŞA Həyat Sığorta" ASC İdarə Heyətinin sədri Niyaz İsmayılov bildirib ki, 10 ildir fəaliyyət göstərən qurum artıq 13-cü kitaba dəstək olur. Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Şuşa ilə bağlı xatirələrini bölüşüb, nəşrlərin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlıq edib.

Çıxışlardan sonra təqdimat mərasimi bədii hissə ilə davam edib. Konsert proqramında Beynəlxalq Muğam Mərkəzinin solistləri tərəfindən Azərbaycan bəstəkarlarının Qarabağ və Şuşaya həsr olunan əsərləri səsləndirilib.

Qeyd edək ki, kitablarda Şuşa şəhərinin qədim tarixi, mədəni həyatı, abidələri, işğal dövründə dağıntılara məruz qalması və azadlığa qovuşması faktlar və fotolarla təqdim olunur.

XƏBƏRLƏR

01.06.2023 11:12
Mədəniyyət Nazirliyində “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
31.05.2023 18:57
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
31.05.2023 09:42
Azərbaycan UNESCO-nun Yardımçı Komitəsinə üzv seçilib
30.05.2023 19:11
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Mədəniyyət Nazirliyində olub
30.05.2023 18:10
Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə sənədlərin qəbuluna başlanılıb
28.05.2023 20:11
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib
17.05.2023 12:33
Beynəlxalq Muğam Festivalı çərçivəsində müxtəlif konsert proqramları təqdim olunacaq
13.05.2023 15:11
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
12.05.2023 16:37
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi keçirildi
08.05.2023 10:49
Uşaq İncəsənət Festivalı çərçivəsində Zəngilanda tədbir keçirilib
01.05.2023 16:39
Mədəniyyət naziri Adil Kərimli dövlət kino təsisatlarını ziyarət edib
21.04.2023 18:01
“Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu başa çatdı
21.04.2023 15:12
Kinoforumda ikinci gün: “Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri”
21.04.2023 11:53
Paytaxtdakı teatr və musiqi kollektivlərinin bölgələrə qastrolu başlanır
20.04.2023 19:53
“Milli kino: dünən, bu gün və sabah” – kinoforum panel müzakirələrlə davam edib
20.04.2023 16:27
Bakıda “Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forum keçirilir
17.04.2023 16:49
Uşaq İncəsənət Festivalının birinci mərhələsinə start verildi
13.04.2023 11:17
Beynəlxalq Uşaq Kitabları Şurasının sertifikatları təqdim olunub
12.04.2023 20:00
“Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu başa çatdı
11.04.2023 16:05
Bakıda “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda forum keçirilib