Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1059

“COP29 və mədəniyyət: iqlim dəyişikliyinin mədəni ölçüləri” mövzusunda konfrans keçirilib

Oktyabrın 31-də ADA Universitetində “COP29 və mədəniyyət: iqlim dəyişikliyinin mədəni ölçüləri” mövzusunda konfrans keçirilib.
Konfransın məqsədi mədəniyyətin və iqlim dəyişikliyinin qarşılıqlı əlaqəsini araşdırmaq, mədəni təcrübələrin və ənənələrin ətraf mühit dəyişikliklərinə təsirlərini diqqətə çatdırmaqdır. 
ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunun ixtisasartırma proqramlarının rəhbəri Nərgiz İsmayılovanın moderatorluğu ilə gerçəkləşən konfransda çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov Azərbaycanın həm milli, həm də beynəlxalq səviyyədə ətraf mühit gündəliyinə sadiq olduğunu söyləyib. Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib: "Bu addım COP29-u hamı üçün davamlı inkişaf və yaşıl gələcəyi inkişaf etdirən təsirli hadisəyə çevirmək əzmimizin göstəricisidir. Eyni zamanda, Azərbaycan Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” vasitəsilə beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsinə sadiqdir. Bu ilin may ayında Bakıda keçirilmiş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iqlim və mədəniyyət arasındakı əlaqəyə toxunuldu. Bu da iqlim dəyişikliyinin mədəni irsə təsiri haqqında məlumatlılığı artırdı. Hazırda bu təşəbbüs dünya miqyasında yayılır və daha çox ölkə onu dəstəkləməkdə maraqlıdır. Biz həmçinin inanırıq ki, mədəniyyət müsbət iqlim gündəmini formalaşdırmaq gücünə malikdir. Bu mənada, Azərbaycan COP29-da İqlim üçün Mədəniyyət (C4C) təşəbbüsünü irəli sürməkdən məmnunluq duyur. C4C ənənələrin, incəsənətin və irsin davamlı təcrübə və dəyərləri necə inkişaf etdirə biləcəyini vurğulayaraq mədəniyyəti müsbət iqlim fəaliyyəti üçün görkəmli qüvvəyə çevirməyə çalışır”. 
Qeyd olunub ki, C4C təşəbbüsünə dəstək olaraq oktyabrın 8-də UNESCO-nın baş qərargahında Azərbaycanın COP29-da baş tutacaq mədəniyyət məzmunlu tədbirlərinə dair təqdimat keçirilib. Bu tədbir C4C-nin qlobal miqyasda iqlim-pozitiv mədəni fəaliyyətləri təşviq etmək üçün necə mərkəz nöqtəsi kimi xidmət edəcəyini nümayiş etdirdi. 
Fərid Cəfərov çıxışında gəncləri iqlim təşəbbüslərində fəal rol almağa dəvət edib: "Sizin ideyalarınız, yaradıcılığınız və həvəsiniz çox önəmlidir. İncəsənət, elm və ya icma layihələri çərçivəsində ekoloji həllər axtarmağınızdan asılı olmayaraq, davamlı gələcəyə doğru bu səyahətdə səsiniz böyük əhəmiyyət kəsb edir. COP29 ərzində Azərbaycanın mədəniyyət müəssisələri, o cümlədən muzeylər, teatrlar və s. iqlimə əsaslanan gündəliyi birləşdirəcək. Biz birlikdə bütün mədəni mənzərəmizin daha yaşıl gələcəyə olan bağlılığımızı əks etdirməsini təmin edirik. İqlim böhranı qarşısında planetimizi qoruyan yeni dəyərləri ilhamlandırmaq üçün mədəniyyətin gücündən istifadə etmək imkanımız. Bu həm də bir məsuliyyətdir. Gəlin, mədəniyyətin müsbət iqlim gündəmini ruhlandırmaqda yol göstərdiyi bir gələcəyi qurmağa davam edək və hər birimiz bu transformativ səyahətin bir hissəsi olaq".
Daha sonra mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev söyləyib ki, son illər iqlim dəyişmələrinin təsiri il bağlı planetimizdə təbii fəlakətlərin sayı xeyli artıb. Bu da insan sağlamlığı, ətraf canlı aləm, kənd təsərrüfatı, sənaye və digər sahələrlə yanaşı, mədəni və təbii irsə də öz mənfi təsirini göstərir: “Beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi ölkəmiz iqlim dəyişmələri ilə bağlı qlobal məsələlərin həllinə böyük önəm verir və bu istiqamətdə əməli işlər görür. Azərbaycan iqlim dəyişikliyinin təsirini yumşaltmaq üçün bərpa olunan enerji mənbələrindən istifadənin artırılması, daha səmərəli yaşıl texnologiyalarının inkişafı kimi bir sıra tədbirlər həyata keçirib.
Təkcə 2023-cü il ərzində ölkə ərazisində 4 milyona yaxın ağac əkilib, cari ildə 5 milyon ağacın əkilməsi hədəflənib”.
Bildirilib ki, "Azərbaycan – 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədinə əsasən, hazırda işğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun bərpası və smart (ağıllı) infrastrukturun formalaşdırılması istiqamətində mühüm işlər həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması, "ağıllı şəhər və ağıllı kənd" layihələri hazırlanaraq icra olunur. 
Rauf Hacıyev vurğulayıb ki, bu il beynəlxalq ictimaiyyətin diqqəti həm də ölkəmizə, xüsusilə də ətraf mühitin qorunması və iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində fəaliyyətlərə yönəlib. Qlobal iqlim dəyişikliyi ilə bağlı müzakirələrin ən yüksək platforması olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinin ölkəmizə həvalə edilməsi yüksək etimadın və inamın növbəti göstəricisi, beynəlxalq təşkilatlarla formalaşdırılmış uğurlu əməkdaşlığın nəticəsidir.
Diqqətə çatdırılıb ki, iqlim maliyyəsi COP29-un əsas mövzusudur. COP29 çərçivəsində qlobal iqlim gündəliyində olan iqlim maliyyəsi üzrə razılığa gəlinməsi, iqlim dəyişikliyi mövzusunda qlobal həmrəyliyin gücləndirilməsi barədə müxtəlif ölkələr, təşkilatlar, akademik dairələr, qeyri-hökumət təşkilatları ilə intensiv danışıqlar aparılır. COP29-un uğurlu nəticələnməsi istiqamətində mümkün həll yolları üzərində fəaliyyət həyata keçirilir.
Digər çıxış edənlər mədəni perspektivlərin iqlim fəaliyyətinə inteqrasiya edilməsi ilə bağlı strategiyalar haqqında öz fikirlərini bildiriblər.
Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.

XƏBƏRLƏR

20.11.2024 10:57
COP29 çərçivəsində keçirilmiş Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşünün kommunikesi qəbul olunub
20.11.2024 10:43
“İqlim üçün mədəniyyət: gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi" mövzusunda panel sessiyası keçirilib
19.11.2024 12:16
Mədəniyyət Nazirliyində Tiktok platformasının nümayəndə heyəti ilə görüş olub
18.11.2024 11:14
Azərbaycanın irəli sürdüyü “İqlim üçün mədəniyyət” təşəbbüsünün təqdimatı keçirilib
18.11.2024 10:46
Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” beynəlxalq sərgisi açılıb
18.11.2024 10:31
Mədəniyyət naziri Adil Kərimli ICCROM-un baş direktoru ilə görüşüb
18.11.2024 10:27
"İqlim üçün mədəniyyət” adlı panel sessiya keçirilib
18.11.2024 09:43
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçirilib
18.11.2024 09:38
Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
14.11.2024 11:14
COP29-un qonaqlarına “Oyanış" adlı konsert-tamaşa təqdim edilib
12.11.2024 12:12
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb
12.11.2024 12:07
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək
09.11.2024 12:01
Filarmoniyada Zəfər Gününə hər olunan konsert keçirilib
09.11.2024 11:53
Azad torpaqlarda bayram konsertləri təşkil olunub
07.11.2024 17:19
Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılıb
07.11.2024 09:51
Mədəniyyət naziri film layihələri müsabiqəsinin qalibləri ilə görüşüb
06.11.2024 17:32
Azərbaycanın təbii və mədəni irsi
06.11.2024 17:00
Mədəniyyət naziri Akademik Musiqili Teatrda olub
06.11.2024 09:15
AZƏRBAYCANDA İLK DƏFƏ "NƏSİMİ" OPERASI TƏQDİM OLUNACAQ
05.11.2024 15:53
COP29 çərçivəsində keçirilməsi nəzərdə tutulan mədəniyyət məzmunlu tədbirlər barədə Braziliyada təqdimat həyata keçirilmişdir
05.11.2024 09:26
Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş olub
04.11.2024 12:06
İstanbul sərgisində ölkəmizlə bağlı yeni tədbir və təqdimatlar davam edir
04.11.2024 11:25
İstanbulda Frankfurt Beynəlxalq Kitab Sərgisinin regional koordinatoru ilə görüş olub
04.11.2024 11:21
İstanbulda “Səninləyik, Türkiyə” kitabı, "Heca" dərgisinin poeziyamızla bağlı xüsusi buraxılışının təqdimatı və konsert keçirilib
04.11.2024 11:05
İstanbul sərgisində Azərbaycan yazarlarının iştirakı ilə ədəbi müzakirələr və imza mərasimi keçirilib
04.11.2024 10:48
Azərbaycanın ilk dəfə "fəxri qonaq ölkə" olduğu 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib
04.11.2024 10:35
Mədəniyyət naziri Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi ilə görüşüb
01.11.2024 15:59
UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə dair dəyirmi masa keçirilib
01.11.2024 12:43
Kubada Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
31.10.2024 15:57
“e-Culture” rəqəmsal idarəetmə modeli çərçivəsində görülmüş işlərlə bağlı təqdimat keçirilib
30.10.2024 15:27
Mədəniyyət naziri Ağcabədidə vətəndaşları qəbul edib
28.10.2024 17:46
“İkinci planetin qırmızı rəngi” filmi beynəlxalq festivallarda uğur qazanıb
28.10.2024 15:55
“Bölgə teatrlarının Bakı premyeraları” – Lənkəran teatrı iki tamaşa ilə paytaxtımıza qastrola gəlir
28.10.2024 14:37
Azərbaycan hindistanlı rejissor və prodüserlər üçün "İlin çəkiliş məkanı" seçilib