Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
280

“Müasir inkişaf meyillərinin təmin edilməsində və iqtisadi şaxələndirmədə mədəni və yaradıcı sənayelərin əhəmiyyəti” mövzusunda panel sessiya keçirilib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Müasir inkişaf meyillərinin təmin edilməsində və iqtisadi şaxələndirmədə mədəni və yaradıcı sənayelərin əhəmiyyəti” mövzusunda panel sessiya keçirilib.

“ArtXchange Global”ın icraçı direktoru Ornela Ramasauskaitenin moderatorluğu ilə keçirilən sessiyada ABŞ-ın “Stirling Fondu”nun prezidenti və İdarə Heyətinin sədri Maylz Hansen çıxış edərək bildirib ki, dünyada millətçilik və qəbiləçiliyin olması münaqişələrin yaranmasına səbəb olan ən təhlükəli səbəblərdəndir. Onun sözlərinə görə, fəaliyyətlərini bu cür ideyalar üzərində quran qruplar və təşkilatlar bəşəriyyəti qütblərə bölür. Bu tendensiya tək Asiyada, şərqdə deyil, özünü ABŞ və Avropada da göstərir.

“Bu gün Azərbaycanda təşkil olunan Mədəniyyətlərarası Dialoq Forumu fərqli mədəniyyətlər və dinlərin birgə müzakirələr aparmasına şərait yaradır. Bu cür tədbirlər dünya mədəniyyətlərini bir araya gətirir”, - deyə M.Hansen bildirib.

Daha sonra “British Council”ın ölkə üzrə direktoru Nərgiz Hacıyeva məruzəçi kimi çıxış edərək təmsil olunduğu qurumun ölkəmizdə həyata keçirdiyi layihələrlə bağlı danışıb. O əlavə edib ki, “British Councıl” Azərbaycan Mədəniyyət Nazirliyi ilə birlikdə mühüm layihələr hazırlayıb. Bu layihələr nəticəsində Azərbaycan mədəniyyəti Birləşmiş Krallıqda və dünyada tanıdılıb.

“Bu il keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanın reallaşdırdığı ekoloji və sosial layihələri dünyaya təqdim etməklə yanaşı, gənclərin geniş təcrübə qazanmasına da səbəb olacaq”, - dəyə N.Hacıyeva vurğulayıb.

“Alove Animasiya” studiyasının həmtəsisçisi və “Plastilin-media”nın həmtəsisçisi və rəhbəri Oktay Yusibov isə qeyd edib ki, Azərbaycan animasiya yaradıcılığını inkişaf etdirib qonşu və digər ölkələrdə nümayiş etdirməsi müsbət nəticələrə yol aça bilər. Onun sözlərinə görə, bunun sayəsində uşaqlar müxtəlif xalqların və ölkələrin mədəniyyətini tanıyacaqlar.

Rəqəmsal mediada baş məsləhətçi Nina Lariçeva ilk olaraq ölkəmizlə bağlı təəssüratlarını bildirib. O, Bakıya ilk dəfə gəldiyini deyərək Zaha Hadidin inşa etdiyi Heydər Əliyev Mərkəzinin incəsənət əsəri, Bakının dünyanın gözəl şəhərlərindən biri olduğunu əlavə edib. N.Lariçeva qeyd edib ki, bu gün dünyanın animasiya və film sənayesində ABŞ məhsulları çoxluq təşkil edib. Qlobal bazara digər mədəniyyətlərə aid yaradıcılıq məhsullarının da olması lazımdır.

Daha sonra UNESCO-nun Banqladeşdəki daimi nümayəndəsi səfir Xondkar Muhammad Talha, “Bazelevs” film şirkətinin baş prodüseri Lalə Rüstəmova, Daxili Məlumat Yayıcıların Sosial təsir şöbəsinin tərəfdaş və rəhbəri Martina Nadal və Türkiyə Yaradıcı Sənayelər Şurasının Prezidenti WDO-nun (Dünya Dizayn Təşkilatı) Avropa üzrə regional müşaviri Sərtac Əray Ərsayın məruzələrlə çıxış ediblər.

XƏBƏRLƏR

12.06.2024 11:23
Daşkənddə Azərbaycan incəsənətinin növbəti təntənəsi
12.06.2024 09:40
Azərbaycan və Özbəkistanın mədəniyyət nazirləri Daşkənddə görüşüb 
12.06.2024 09:33
Özbəkistan Milli Kitabxanasında Azərbaycan guşəsinin açılışı olub
11.06.2024 15:30
Özbəkistan Yazıçılar İttifaqında "Məhəmməd Füzuli və Əlişir Nəvai: ortaq ədəbi-mənəvi dəyərlərimiz" adlı konfrans keçirilib
10.06.2024 17:07
Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri başlanır
08.06.2024 09:43
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin birgə bəyanatı
07.06.2024 15:41
VI Dialoq Forumunun yekun bəyannaməsi BMT Baş Assambleyası 78-ci sessiyasının sənədi kimi dərc olunub
07.06.2024 13:10
Mədəniyyət naziri İmişli rayonunda vətəndaşların müraciətlərini dinləyib
06.06.2024 19:02
“1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” adlı yeni ekspozisiyanın açılış mərasimi keçirilib
04.06.2024 09:01
“A-Hub Akselerasiya Proqramı”nın qalibləri Şuşada mükafatlandırılıb
03.06.2024 18:28
Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsinin açılış mərasimi keçirilib
03.06.2024 17:57
Şuşada keçirilən Beynəlxalq Sahibkarlar Forumu maraqlı mövzulara həsr olunan panel sessiyalarla davam edir
03.06.2024 16:17
Şuşada Beynəlxalq Sahibkarlar Forumu keçirilir
03.06.2024 12:21
Görkəmli baletmeyster Maqsud Məmmədov 95 illiyi münasibətilə evində ziyarət olunub
02.06.2024 21:24
"A-Hub Akselerasiya Proqramı”nın dünya finalı keçirilib
01.06.2024 20:28
Bakıda və Şuşada “Rəqəmsal Yaradıcı Həftəsonu” (Digital Creative Weekend) layihəsi həyata keçirilir
30.05.2024 15:37
Rəqəmsal yaradıcı həftəsonu elan olunur
28.05.2024 19:01
“Təbəssüm üçün musiqi” adlı silsilə tədbirlər həyata keçirilir
24.05.2024 10:01
Ölkəmizdə keçirilən Tacikistan Mədəniyyəti Günləri başa çatıb
23.05.2024 08:21
Türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib
21.05.2024 18:20
Mədəniyyət naziri tacikistanlı həmkarı ilə görüşüb
21.05.2024 14:57
Bakıda Tacikistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub
17.05.2024 18:26
Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib
17.05.2024 18:23
Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb
16.05.2024 17:55
III Regional Xor Müsabiqəsinin Qala konserti keçirilib
16.05.2024 15:57
Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub
13.05.2024 17:41
Mədəniyyət naziri maldivli həmkarı ilə görüşüb
13.05.2024 10:29
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblər