Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1590

Azərbaycanın mədəniyyət naziri Özbəkistanda Beynəlxalq Maqom Sənəti Forumunda iştirak edib

27-30 iyun tarixlərində Özbəkistanın Cizzax vilayətinin Zamin rayonunda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir. İyunun 27-də forumun təntənəli açılış mərasimi olub.

Mərasimdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, UNESCO-nun 42-ci sessiyasının sədri Simona Mirela Mikulesku, ICESCO-nun baş direktoru Salim əl-Malik, TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotu Raimkulova, TürkPA-nın sədri Mehmet Sürəyya Ər, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev, Tacikistan Prezidentinin köməkçisi Abdullo Rahmonzoda, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov, MDB baş katibinin müavini Nurlan Seytimov, Asiya Regionu üzrə Beynəlxalq Folklor Təşkilatının baş katibi Mun Hön Suk və digər rəsmilər, Özbəkistanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən Özbəkistan Prezidenti Şövkat Mirziyoyev maqom sənətinin tarixi və əhəmiyyəti haqqında danışıb. Mərasimdə daha sonra UNESCO Baş Konfransının 42-ci Sessiyasının prezidenti Simone Mikulesku və ICESCO-nun baş direktoru Salim Məhəmməd əl-Malikin də çıxışları dinlənilib. Çıxışlardan sonra geniş konsert proqramı təqdim olunub. Konsertdə ayrı-ayrı kollektivlər bir-birindən maraqlı musiqi və rəqs nömrələri ifa edib, kompozisiyalar nümayiş etdiriblər. Bütün ifalar alqışlarla qarşılanıb. Bildirək ki, 80-dən çox ölkədən 400-ə yaxın qonağın iştirakı ilə gerçəkləşən forumun keçirildiyi “Zaminsay” kompleksi bayramsayağı bəzədilib. Burada geniş ərazidə Özbəkistan xalqının zəngin mədəniyyətini, möhtəşəm tətbiqi sənətini nümayiş etdirən sərgilər təşkil olunub.

Forum çərçivəsində iyunun 28–29-da “Maqom sənətinin inkişaf perspektivləri: nəzəri və praktiki əsaslar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir. 28-29 iyun tarixlərində həmçinin forum çərçivəsində maqom ifaçılığı müsabiqəsi təşkil olunacaq. Müsabiqədə ölkəmizi gənc xanəndələr Nisbət Sədrayeva və Səfalı Mirzəliyev təmsil edir. Onları Ruslan Zərbəliyev (tar), Pərviz Fərhadov (kamança) və Siyavuş Fərhadov (nağara) müşayiət edəcək. Müsabiqə iştirakçılarını Azərbaycan, ABŞ, Misir, Türkiyə, Özbəkistan və Hindistandan musiqi xadimlərinin yer aldığı münsiflər heyəti qiymətləndirəcək. “Ən yaxşı maqom ansamblı”, “Ən yaxşı instrumental solo”, “Ən yaxşı vokal solo” nominasiyalarının qalibləri forumun Təşkilat komitəsi tərəfindən pul mükafatı, diplom və heykəlciklərlə təltif olunacaqlar.

İyunun 30-da forumun bağlanışı və müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olacaq.

Xatırladaq ki, I Beynəlxalq Maqom Sənəti Forumu 2018-ci ilin 6-10 sentyabr tarixlərində Özbəkistanın Şəhrisəbz şəhərində təşkil olunmuş və ölkəmizi təmsil edən “Muğam” instrumental qrupu birinci yeri qazanmışdı.

XƏBƏRLƏR

04.10.2024 17:15
Cəbrayılda ilk "Şəhər günü" keçirilib
04.10.2024 15:17
“Baku Cinema Breeze” festivalı çərçivəsində “Omarket”in platformasının açılışı olub
03.10.2024 17:26
Bakıda tarixi İpək Yoluna həsr olunmuş UNESCO konfransı keçirilir
03.10.2024 12:34
Görkəmli qazax yazıçısı Kemel Tokayevin dilimizə tərcümə edilmiş "Xüsusi tapşırıq" kitabının təqdimatı keçirilib
03.10.2024 12:14
“Baku Cinema Breeze” Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib
02.10.2024 17:29
Paytaxtımızda X Beynəlxalq Kitab Sərgisi başlandı
01.10.2024 14:35
Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi işğaldan azad edilən ərazilərdə incəsənət təhsili üzrə ilk tədris ocağıdır
01.10.2024 12:14
Qazaxıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin geniş icmalı
01.10.2024 10:22
“Baku Cinema Breeze” beynəlxalq film festivalının açılışına sayılı günlər qaldı
30.09.2024 17:47
X Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib
30.09.2024 17:40
İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024 17:20
Monteneqroda Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının növbəti Assambleyası təşkil olundu
27.09.2024 16:55
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini yad edib
27.09.2024 15:44
Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər
26.09.2024 14:32
Qazaxıstan Milli Muzeyində müxtəlif mövzularda mühazirələr təşkil olunub
26.09.2024 09:50
Qazaxıstanda Azərbaycan Dövlət Rəqs Ansamblının möhtəşəm konserti olub
25.09.2024 15:55
Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunub
25.09.2024 15:04
Qazaxıstan Milli Akademik Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılışı olub
25.09.2024 11:29
Salam Sarvan və Rövşən Abdullaoğlu 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları seçilib
25.09.2024 10:30
Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin ilk konserti keçirilib
24.09.2024 16:51
Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib
23.09.2024 17:53
Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir
23.09.2024 16:52
Regionun ən böyük beynəlxalq kitab sərgisinə sayılı günlər qaldı
23.09.2024 10:22
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Təcrübə Proqramı elan edir!
20.09.2024 17:44
Azərbaycan 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin “fəxri qonaq ölkə”si olacaq
19.09.2024 17:51
Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyi münasibətilə “Qəlbimdəki şair” (Der poet in mir) adlı tədbir təşkil edib
19.09.2024 09:31
Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
18.09.2024 15:46
Doğum günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
10.09.2024 10:07
Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
06.09.2024 17:23
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
05.09.2024 10:54
Dövlət Xidməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Anlaşma Memorandumu imzalanıb
05.09.2024 09:44
Bəstəkarlarımızın yeni əsərləri musiqi və incəsənət məktəblərinin tədris proqramına daxil ediləcək
04.09.2024 14:31
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdəki Xudavəng monastır kompleksində olublar