Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
872

Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub

28 iyun – 28 iyul tarixlərində İtaliyanın Genuya şəhərində növbəti “Nervi Rozza Music Ballet Festival” keçiriləcək. 1955-ci ildə əsası qoyulan festival dünya balet sənəti ilə bağlı mötəbər incəsənət layihələrindən hesab olunur.

Aprelin 17-də Genuya şəhərində beynəlxalq festivala həsr olunmuş mətbuat konfransı keçirilib.

Genuya Opera Teatrının baş direktoru Kladuio Orazi, bədii rəhbəri Pierancelo Konte, şəhərin meri Karlo Bucci, regionun mədəniyyət kuratoru Cesika Nikkolini, “Ariosi Management” agentliyinin direktoru Alesandro Ariosi və başqa şəxslərin qatıldığı mətbuat konfransında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, dünya şöhrətli opera ifaçısı, Xalq artisti Yusif Eyvazov da iştirak edib.

Tədbirdə festival haqqında media nümayəndələrinə ətraflı məlumat verilib.

İtaliyanın “Carlo Felice” Teatrının rəhbərliyi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrını bu mötəbər festivalda iştiraka dəvət edib.

Xalq artisti Yusif Eyvazov çıxış edərək festivala dəvətə görə təşkilatçılara təşəkkürünü bildirib. Ölkəmizdə incəsənət sahəsinə göstərilən dövlət qayğısından danışan Y.Eyvazov deyib ki, məhz bu dəstək sayəsində dünyanın bir çox məşhur teatrları tərəfindən səhnəyə qoyulan Azərbaycanın görkəmli bəstəkarı Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti bu dəfə Nervi festivalında nümayiş olunacaq. Tamaşada Dövlət Akademik Opera və Balet Teatrının balet artistləri ilə yanaşı, Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri də çıxış edəcəklər.

Y.Eyvazov həmçinin diqqətə çatdırıb ki, rəhbərlik etdiyi teatrın kollektivi 115-ci mövsümündə xarici qastrol səfərlərinə Rusiyanın Çelyabinsk şəhərində keçiriləcək Yekaterina Maksimova adına Beynəlxalq Balet Festivalında Fikrət Əmirovun dünyaşöhrətli “Min bir gecə” baleti ilə başlayacaq. Yaradıcı heyət daha sonra İtalyanın Genuya və Verona (“Arena de Verona” səhnəsi) şəhərlərində milli balet nümunələri ilə yanaşı, dünya klassik baletinin incilərindən sayılan P.İ.Çaykovskinin “Qu gölü” əsərini təqdim edəcək.

XƏBƏRLƏR

30.08.2024 11:39
Azərbaycanın “Simurq” muğam ansamblı Özbəkistanda XIII “Şərq təranələri” festivalının Qran-pri mükafatını qazanıb
29.08.2024 16:37
Mədəniyyət Nazirliyi Moskva Kino Həftəsində təmsil olunub
29.08.2024 14:50
Mədəniyyət naziri Astara rayonunda vətəndaşları qəbul edib
28.08.2024 17:54
“Min bir gecə” baleti Pekində sənətsevərlərin qəlbini fəth edib
28.08.2024 09:21
Laçın Şəhəri Günü təntənəli şəkildə qeyd olundu
27.08.2024 11:36
Laçın Şəhəri Günü qala konsert və atəşfəşanlıqla başa çatıb
26.08.2024 17:27
Laçında bayram şöləni davam edir
26.08.2024 16:32
Laçın Şəhəri Gününün təntənəli açılış mərasimi olub
23.08.2024 17:51
Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri elan olunub
23.08.2024 09:35
Daşkənddə Azərbaycan və Özbəkistan sənətçilərinə fəxri adlar təqdim olunub
22.08.2024 09:05
Türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması müzakirə olunub
20.08.2024 18:14
Maestro Niyazi musiqi mədəniyyətimizə ləyaqətlə xidmət edib
20.08.2024 14:23
Fəxri xiyabanda maestro Niyazinin xatirəsi yad olunub
19.08.2024 12:14
“Füzulidə yay məktəbi” layihəsi rəngarəng və maraqlı tədbirlərlə yadda qaldı
16.08.2024 14:40
Musiqi, incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu ilə bağlı apelyasiya müraciətlərinə baxılıb
15.08.2024 16:54
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramına sənəd qəbulu elan edilir
15.08.2024 15:54
“Füzulidə yay məktəbi” layihəsinin açılış mərasimi olub
14.08.2024 17:04
Füzuli şəhərində yay məktəbi təşkil olunacaq
03.08.2024 14:19
Azərbaycan Kinosu Günü təntənəli şəkildə qeyd olunub
02.08.2024 13:11
Monteneqroda “Azərbaycan xalçası: təbiətlə dialoq” adlı sərgi açılıb
31.07.2024 13:22
“Min bir gecə” baleti yeni quruluşda Pekində ilk dəfə təqdim olunacaq
30.07.2024 14:04
Azərbaycan-Çin mədəni əməkdaşlığının geniş perspektivləri müzakirə olunub
30.07.2024 10:18
Mədəniyyət naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyib
26.07.2024 15:32
Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb
24.07.2024 16:55
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin birgə məlumatı
24.07.2024 15:04
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı həyata keçiriləcək
24.07.2024 11:03
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi davam edir