Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1017

Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi TÜRKSOY-da qeyd edilib

22 dekabr tarixində Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi TÜRKSOY-un İqamətgahında qeyd edilib.

TÜRKSOY-un sərgi zalında Milli Kitabxananın nəşrlərindən ibarət  kitab sərgisinin açılışı baş tutub.

TÜRKSOY-un baş katibi Sultan Rayev çıxışında Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyinin Ankarada qeyd olunmasını çox yüksək qiymətləndirib. O, illərdir ki, Milli Kitabxana ilə bərabər çox böyük işlərə imza atıldığını qeyd edib. Natiq Azərbaycan Milli Kitabxanasının yüksək səviyyədə inkişaf tarixi keçdiyini, türk dünyasının ən mühüm tədbirlərindən birində iştirak etdiyini bildirib. Sultan Rayev çıxışının sonunda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Azərbaycan Milli Kitabxanasına təşəkkürünü bildirib.

Milli Kitabxananın direktoru Kərim Tahirov qeyd edib ki, çox gözəl təsadüfdür ki, Heydər Əliyevin 100 illiyi və Türkiyə Cümhuriyyətinin 100 illiyi  eyni zamana təsadüf edir. O, həmçinin,  30 il ərzində TÜRKSOY-un Türk dünyasının mədəniyyətinin inkişafında çox böyük işlər gördüyünü və gələcəkdə də birgə layihələrə imza atılacağını söyləyib.

Tədbirdə iştirak edən Bişkek Şəhər Kitabxanasının direktoru Gülsayra Candıbayeva Azərbaycan Milli Kitabxanasını 100 illik yubiley münasibətilə təbrik edib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyini bir daha təbrik edib və TÜRKSOY-un əvəzsiz dostluğunu  qeyd edib. O, Azərbaycan Milli Kitabxanasını görkəmli şəxsiyyətləri yetişdirən müqəddəs bir  elm ocağı olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Ankaradakı səfirliyinin mətbuat katibi Aygün Qocayeva, şair və yazıçı Yasəmən Meydan çıxışlarında Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyində iştirak etməyin çox qürurverici hiss olduğu söyləyib, Azərbaycan Milli Kitabxanasının çox önəmli bilik mərkəzlərindən olduğunu vurğulayıb

Sonda TÜRKSOY-un baş katibi Sultan Rayev tərəfindən Kərim Tahirov və Milli Kitabxananın kollektivinə təşəkkürnamə verilib.

XƏBƏRLƏR

16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı