Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
836

Forum öz işini “Mədəniyyət və yaradıcı sənayelər ekosisteminin inkişafı: beynəlxalq perspektiv” adlı panel sessiya ilə davam etdirdi

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 28-də Heydər Əliyev Mərkəzində keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumu açılış mərasimindən sonra işini “Mədəniyyət və yaradıcı sənayelər ekosisteminin inkişafı: beynəlxalq perspektiv” adlı panel sessiya ilə davam etdirdi.

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanovun moderatorluğu ilə gerçəkləşən paneldə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni prezidenti Aktotu Raimkulova quruma rəhbər təyin edilməsini fəaliyyətinə göstərilən yüksək diqqət kimi dəyərləndirdi və Azərbaycan dövlətinə minnətdarlığını bildirdi. Fondun fəaliyyəti barədə danışan A.Raimkulova Türk dünyasının maddi-mənəvi irsinin və tarixinin qorunması istiqamətində mühüm işlərin görüldüyünü bildirdi.

Fondun prezidenti müvafiq sahədə fikir və ideya mübadiləsi aparılmasında, həmçinin gənc istedadların üzə çıxması baxımından forumu yüksək qiymətləndirdi.

“British Council” təşkilatının yerli ofisinin direktoru Nərgiz Hacıyeva qurumun “Creative Spark: ali təhsil müəssisəsi proqramı” adlı layihəsinin uğurla həyata keçirildiyini vurğulayıb. Bildirib ki, “Creative Spark” Birləşmiş Krallığın dəstəyi ilə ümumilikdə yeddi ölkədə biznes bacarıqlarını və yaradıcı iqtisadiyyatı inkişaf etdirmək məqsədilə universitetlərarası və institusional əməkdaşlığı beynəlxalq səviyyədə dəstəkləmək üçün nəzərdə tutulan beşillik təşəbbüsdür.

Art market üzrə litvalı mütəxəssis, “artXchange Global”ın icraçı direktoru Ornela Ramasauskaite yaradıcı və mədəni sənayenin yalnız gözəllik deyil, həmçinin iqtisadiyyat olduğunu deyib. O, Azərbaycanı Qafqazın mədəniyyət paytaxtı kimi təqdim etmənin yolları, cəmiyyətin kreativ sənayeyə baxışını dəyişmək və investisiya cəlb etməklə bağlı düşüncələrini bölüşdü. Dedi ki, Azərbaycanda yaradıcı sənayenin çoxsahəli fəaliyyət istiqamətləri var və bu sahənin inkişafı üçün ilk növbədə prioritetlər müəyyənləşdirilməlidir: mədəniyyət sahəsinin idarə edilməsi, mədəni marketinq təhsili, maarifləndirmə işinin gücləndirilməsi, eləcə də bu sahədə təhsilə dövlət dəstəyi.

Qırğızıstan Yaradıcı Sənayelər Assosiasiyasının sədri Daniar Amanaliyev ölkəsində fəaliyyət göstərən Yaradıcı sənaye parkı haqqında məlumat verdi. Bildirdi ki, kreativ iqtisadiyyat son illərdə dünya iqtisadiyyatının ən dinamik inkişaf edən sektorlarından biridir. D.Amanaliyev dedi ki, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın yaradıcı sənaye üzrə şəbəkəsi yaradılıb. Artıq şəbəkəyə üç mindən çox şirkət qoşulub. Qarşılıqlı təcrübə mübadiləsi öz müsbət nəticəsini verib, bu sahədə müvafiq yol xəritəsi də hazırlanıb. Qırğızıstanda ən sürətli klasterin İT sektoru olduğunu bildirən mütəxəssis bu sahədə gəlirlərin hə il təxminən iki dəfə artdığını diqqətə çatdırdı.

Beynəlxalq biznes və texnologiyalar üzrə israilli ekspert Tal Catran yaradıcı sənayenin inkişafı üçün maliyyə və bu sahədə bacarıqlı mütəxəssislərin vacib amil olduğunu dedi.

Panelin sonunda yaradıcı sənayenin inkişaf etdirilməsi, bu sahədə biznesin dəstəklənməsi, yaradıcı şəxslərin və biznes subyektlərinin təşkilatlanması barədə fikir mübadiləsi aparıldı.

XƏBƏRLƏR

30.08.2024 11:39
Azərbaycanın “Simurq” muğam ansamblı Özbəkistanda XIII “Şərq təranələri” festivalının Qran-pri mükafatını qazanıb
29.08.2024 16:37
Mədəniyyət Nazirliyi Moskva Kino Həftəsində təmsil olunub
29.08.2024 14:50
Mədəniyyət naziri Astara rayonunda vətəndaşları qəbul edib
28.08.2024 17:54
“Min bir gecə” baleti Pekində sənətsevərlərin qəlbini fəth edib
28.08.2024 09:21
Laçın Şəhəri Günü təntənəli şəkildə qeyd olundu
27.08.2024 11:36
Laçın Şəhəri Günü qala konsert və atəşfəşanlıqla başa çatıb
26.08.2024 17:27
Laçında bayram şöləni davam edir
26.08.2024 16:32
Laçın Şəhəri Gününün təntənəli açılış mərasimi olub
23.08.2024 17:51
Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri elan olunub
23.08.2024 09:35
Daşkənddə Azərbaycan və Özbəkistan sənətçilərinə fəxri adlar təqdim olunub
22.08.2024 09:05
Türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması müzakirə olunub
20.08.2024 18:14
Maestro Niyazi musiqi mədəniyyətimizə ləyaqətlə xidmət edib
20.08.2024 14:23
Fəxri xiyabanda maestro Niyazinin xatirəsi yad olunub
19.08.2024 12:14
“Füzulidə yay məktəbi” layihəsi rəngarəng və maraqlı tədbirlərlə yadda qaldı
16.08.2024 14:40
Musiqi, incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu ilə bağlı apelyasiya müraciətlərinə baxılıb
15.08.2024 16:54
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramına sənəd qəbulu elan edilir
15.08.2024 15:54
“Füzulidə yay məktəbi” layihəsinin açılış mərasimi olub
14.08.2024 17:04
Füzuli şəhərində yay məktəbi təşkil olunacaq
03.08.2024 14:19
Azərbaycan Kinosu Günü təntənəli şəkildə qeyd olunub
02.08.2024 13:11
Monteneqroda “Azərbaycan xalçası: təbiətlə dialoq” adlı sərgi açılıb
31.07.2024 13:22
“Min bir gecə” baleti yeni quruluşda Pekində ilk dəfə təqdim olunacaq
30.07.2024 14:04
Azərbaycan-Çin mədəni əməkdaşlığının geniş perspektivləri müzakirə olunub
30.07.2024 10:18
Mədəniyyət naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyib
26.07.2024 15:32
Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb
24.07.2024 16:55
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin birgə məlumatı
24.07.2024 15:04
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı həyata keçiriləcək
24.07.2024 11:03
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi davam edir