31 may 2023-cü il tarixində nazir müavini Səadət Yusifovanın sədrliyi ilə
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilmişdir. İclasda Apellyasiya Şurasının üzvləri - İnsan kapitalının idarə edilməsi şöbəsinin müdiri Şahin Həsənov, Hüquq şöbəsinin müdiri Gülər Mikayılova, Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdiri Vüqar Məmmədov, Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, Daxili nəzarət və audit şöbəsinin müdiri Cavid Əliyev, Sənədlərlə və vətəndaşlarla iş şöbəsinin müdiri Elçin Nəcəfov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətininin rəis müavini Ağacavid Ramazanov iştirak etmişdir.İclasda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində vakant olan dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı Dövlət İmtahan Mərkəzinin 13 yanvar 2023-cü il tarixində elan etdiyi müsabiqə üzrə keçirilmiş müsahibələrin nəticələrinə yenidən baxılması ilə bağlı 14 nəfər namizədin apellyasiya şikayətlərinə baxılmışdır. 14 nəfər namizəddən 3 nəfəri Şuranın iclasında iştirak etməmiş, 3 nəfərin müsahibə nəticəsi dəyişdirilərək vəzifəyə uyğun hesab edilmiş, 8 nəfərin müsahibə nəticəsi isə qüvvədə saxlanılmışdır.
İclas zamanı namizədlərin müsahibə ilə bağlı fikirləri dinlənilmiş, Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilmiş müsahibələrin videoçəkilişinə və sənədlərinə əsasən Şura üzvlərinin hazırladığı rəyləri müzakirə olunmuşdur. Səxavət Ağayev, Babək Cəfərov və Nisə İmanova Şuranın iclasında iştirak etmədiyindən onlarla keçirilmiş müsahibənin nəticəsinə dair rəylər Şura üzvləri tərəfindən onların iştirakı olmadan müzakirə olunmuşdur. Sonda Apellyasiya Şurasının üzvlərinin səsverməsinə əsasən iclasda baxılan məsələlərə dair Qərarlar qəbul edilmişdir.
Nizami Muradov, Aydan Süleymanlı, Elşən Xəlilov, Ələfsər Ələfsərli, Leyla Məmmədova, İbrahim Heydərov, Alpay Şərifli, Nadir Həsənov, Səxavət Ağayev, Babək Cəfərov və Nisə İmanovanın şikayətləri ilə əlaqədar Apellyasiya Şurasında qəbul edilən Qərarlara əsasən həmin namizədlərlə əvvəl keçirilmiş müsahibələrin nəticəsinə dair müsahibə komissiyasının qərarları tam obyektiv və əsaslı hesab edilərək dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
Aişə Əliyeva, Çimnaz Həsrətova və Zəhra Kazımovanın şikayətləri ilə əlaqədar Apellyasiya Şurasında qəbul edilən Qərarlara əsasən həmin namizədlərlə əvvəl keçirilmiş müsahibələrin nəticəsi dəyişdirilərək iddia etdikləri vəzifəyə uyğun hesab edilmişdir.