Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1099

Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” adlı əsərinin musiqisinin qanunsuz mənimsənilməsi və müəlliflik hüququnun digər şəkildə pozulması ilə bağlı BİRGƏ BƏYANATI

Azərbaycana məxsus müəllif əsərlərinin və folklorun ermənilər tərəfindən oğurlanaraq mənimsənilməsi halları davam etməkdədir. Növbəti belə hal sözləri və musiqisi tanınmış Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan "Qarabağ"  (“Anadır arzulara hər zaman Qarabağ”) adlı əsərin Gor Yepremyan tərəfindən sözləri dəyişdirilməklə ifa edilərək “Sirun jan” adı altında, videonun təsvirində “Armenian Folk”, yəni “erməni xalq mahnısı” qeydi ilə “Youtube” platformasında yerləşdirilməsidir. Üzeyir Hacıbəyovun əsərlərinin ermənilər tərəfindən mənimsənilməsi ilə əlaqədar olduğu kimi, bu plagiat da haqlı olaraq Azərbaycan cəmiyyətində geniş rezonans doğurmuşdur və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi 9 iyul 2024-cü il tarixində buna dair geniş şərh vermişdir.

Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi aşağıdakıları bəyan edir:

  1. Sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” əsəri (“Əsər”) 20-ci əsrdə yaradılmış və ilk dəfə Azərbaycanın xalq artisti Arif Babayev tərəfindən 1972-ci ildə ifa edilmişdir.
  2. Əsər 2 iyun 1972-ci il tarixində SSRİ qanunvericiliyinə uyğun olaraq Əqli Mülkiyyət Agentliyinin hüquqi sələfi olan Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Şöbəsində qeydə alınmışdır. 1998-ci ildə dünyasını dəyişmiş Bəhram Nəsibovun vərəsələri onun mahnı janrında yazılmış bir çox əsərlərini, o cümlədən Əsəri 14 iyul 2004-cü il tarixində Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyində (Əqli Mülkiyyət Agentliyinin hüquqi sələfi) dövlət qeydiyyatından keçirmiş, onlara Agentlik tərəfindən Əsərin qeydiyyatı haqqında 662 nömrəli şəhadətnamə verilmişdir.
  3. Əsər Bəhram Nəsibovun ən məşhur mahnılarından biridir, dəfələrlə Azərbaycan, Türkiyə, Özbəkistan və digər ölkələrdə kütləvi ifa edilmiş, həmin kütləvi ifaların çoxlu sayda video və audio yazıları mövcuddur.
  4. Əsərin Azərbaycanda dövlət qeydiyyatı sənədləri, müxtəlif daşıyıcılarda olan nüsxələri və kütləvi ifaları zamanı Bəhram Nəsibovun müəllifliyinə aid əsər kimi tanınması Bəhram Nəsibovun Əsərin yeganə müəllifi olmasının sübutudur.
  5. Əsərdən istifadə Bəhram Nəsibovun vərəsələrinin razılığı ilə və həmin razılıqda qeyd edilən həcmdə, onun müəllifliyi qeyd edilməklə mümkündür. “Sirun jan” adlı “Youtube” videosunun təsviri hissəsindən və məzmunundan göründüyü kimi, Bəhram Nəsibov müəllif kimi qeyd edilməyib, əksinə, qanunsuz ifa edilmiş Əsər “erməni xalq mahnısı” olaraq “Youtube” platformasına yerləşdirilmişdir.
  6. Əsərin qeydiyyat sənədlərindən və kütləvi ifa tarixçəsindən çıxış edərək, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi bu halı birmənalı olaraq Əsərin tərkib hissəsi olan musiqinin plagiatı kimi qiymətləndirir. 
  7. Plagiatın əlavə sübutu olaraq həm Əsər (bir neçə fərqli ifada), həm “Sirun jan” videosu oxşarlığın müəyyən edilməsi məqsədilə Əqli Mülkiyyət Agentliyinin ekspertlərinə təqdim edilmişdir. Ekspert qismində Azərbaycan Respublikasının xalq artistləri, bəstəkarlar Faiq Sücəddinov və Eldar Mansurov çıxış etmiş və apardıqları araşdırmanın nəticəsi olaraq müəyyən etmişlər ki, erməni ifaçının səsləndirdiyi “Sirun jan” adlı mahnının musiqisi Bəhram Nəsibovun muğamın çahargah ladında yazdığı “Qarabağ” əsərinin musiqisi ilə tam üst-üstə düşür, eynidir. Bundan əlavə, əsərin orijinal “Qarabağ” adı “Sirun jan” adına, “Anadır arzulara hər zaman Qarabağ” cümlələri də daxil olan Azərbaycan dilindəki mətni isə erməni dilində yeni mətnə dəyişdirilərək, Əsər təhrif edilmişdir.
  8. Beləliklə, Əsər təhrif edilməyə məruz qalmış, Əsərin tərkib hissəsi olan musiqi barəsində plagiatçılıq törədilmişdir. Bununla da, ifaçı Gor Yepremyan və Əsərin qanunsuz ifasında, həmin ifanın lentə alınıb İnternetdə yerləşdiirlməsində iştirak etmiş şəxslər Bəhram Nəsibovun şəxsi müəlliflik hüquqlarını və onun varislərinin əmlak hüquqlarını pozmuşdur. Müəlliflik hüququnun qeyd edilən pozulması halı ilk növbədə pozuntunu törətmiş Gor Yepremyanın və digər şəxslərin hüquqi məsuliyyətini yaratmışdır.
  9. Qeyd edilən pozuntu faktını araşdırmadıqda və aradan qaldırmadıqda, Ermənistan Respublikasının üzvü olduğu “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern konvensiyasının 5-ci maddəsində təsbit edilmiş təməl prinsiplərindən biri olan “milli rejim” prinsipini və tərəf olduğu digər beynəlxalq müqavilələrin, o cümlədən Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜƏMT) təsis edən Konvensiyanın, ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin və İfalar və Fonoqramlara dair Müqaviləsinin müddəalarını pozmuş olacağını bildiririk.

Bununla əlaqədar, Ermənistan Respublikasının müvafiq strukturlarından Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” əsərinin Gor Yepremyan tərəfindən sözləri dəyişdirilməklə “Sirun jan” adı altında erməni xalq mahnısı kimi kütləvi ifa və təqdim edilməsi və plagiatçılıq hallarının aradan qaldırılmasını, Bəhram Nəsibovun müəlliflik hüquqlarının bərpa edilməsini, beynəlxalq hüquqa və milli qanunvericiliyinə uyğun olaraq pozuntunu törətmiş şəxsləri məsuliyyətə cəlb etməyi və görülmüş tədbirlər barədə məlumat verməyi tələb edirik.

 

XƏBƏRLƏR

26.07.2024 15:32
Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb
24.07.2024 16:55
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin birgə məlumatı
24.07.2024 15:04
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı həyata keçiriləcək
24.07.2024 11:03
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi davam edir
22.07.2024 18:00
Mədəniyyət Nazirliyi Nyu Dehlidə keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 46 sessiyasında təmsil olunur
22.07.2024 10:48
Vaqif Poeziya Günlərinin geniş icmalı
22.07.2024 10:09
Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
19.07.2024 17:34
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başa çatıb
19.07.2024 12:06
Şuşada "Məhəmməd Füzuli. Zamanın fövqündə" mövzusunda konfrans keçirilib
18.07.2024 19:44
Vaqif Poeziya Günləri çərçivəsində Şuşada ilk dəfə etno-caz konserti
18.07.2024 16:26
Şuşada poeziya bayramında "Füzuli hücrələri"
18.07.2024 15:19
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başlayıb
12.07.2024 18:07
Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un 31 yaşı tamam olur
12.07.2024 15:22
Nazir Adil Kərimli ŞƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin görüşündə iştirak edib
11.07.2024 14:52
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi post-prodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsinin nəticələrini açıqladı
11.07.2024 12:37
Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub
05.07.2024 09:18
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi
04.07.2024 17:49
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
03.07.2024 10:01
“Kür – çaylar anası” sənədli filminin çəkilişləri davam edir
02.07.2024 09:52
Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici seminar keçirilib
28.06.2024 15:35
Azərbaycanın mədəniyyət naziri Özbəkistanda Beynəlxalq Maqom Sənəti Forumunda iştirak edib
27.06.2024 15:44
Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir
25.06.2024 17:11
Akademik Rus Dram Teatrında aktyor sənəti və vokal üzrə ustad dərsləri
25.06.2024 10:57
 Bakıda Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub  
25.06.2024 09:54
Mədəniyyətimiz radiodalğalarında – yeni layihələr
24.06.2024 14:57
Media nümayəndələri musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbul imtahanını izləyiblər
24.06.2024 12:25
Azərbaycan və Çin klassik əsərlərinin tərcüməsi və nəşri ilə bağlı görüş keçirilib