Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1703

Füzulidə növbəti “Şəhər günü” keçirilir

Doğma yurda qayıtmış Füzuli sakinləri bu gün böyük sevinc içindədirlər. Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də təntənəli şəkildə növbəti Füzuli Şəhəri Günü keçirilir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə imzaladığı sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib.

17 oktyabr Füzuli Şəhəri Günü kimi təqvimimizə daxil olub. Füzuli şəhərinin 1-ci yaşayış məhəlləsində yerləşən parkda Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən “Ümummilli lider Heydər Əliyev və Füzuli”, Mədəniyyət Nazirliyi tərəfindən "Zamanın Qanadlarında: Füzuli" adlı fotosərgilər təşkil olunub. Prezident İlham Əliyevin Füzuli rayonuna səfərlərini əks etdirən və “Füzuli: işğaldan öncə”, “Füzuli: işğal zamanı”, “Füzuli: işğaldan sonra” adlı, həmçinin Füzuli şəhəri ilə qardaşlaşmış Türkiyənin Çorum və Özbəkistanın Gülüstan şəhərlərinə dair stendlər quraşdırılıb. Burada həmçinin Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuş "Mənim Füzulim" adlı rəsm sərgisi də təqdim edilib.

Sərgi məkanında qurulmuş daha bir stenddə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu tərəfindən Füzuli rayonunun tarix və mədəniyyət abidələri haqqında məlumatlar və rayonda aparılan arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş maddi mədəniyyət nümunələri nümayiş etdirilib. "ABAD" üçün ayrılmış xüsusi çadırda isə bir sıra dekorativ-tətbiqi sənət növləri üzrə ustad dərsləri təşkil olunub.

Park ərazisində uşaqlar əyləncəsi üçün də şərait yaradılıb. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, mədəniyyət nazirinin müavini Murad Hüseynov, şəhər sakinləri, ictimaiyyət nümayəndələri sərgi ilə tanış olublar. Daha sonra park ərazisində qurulmuş səhnədə Azərbaycan Yazıçılar Birliyi Xəzər bölməsinin sədri, şair Arif Buzovnalının aparıcılığı ilə “Füzuli - 530” adlı musiqili-ədəbi kompozisiya nümayiş etdirilib. Arif Buzovnalı dahi şair və mütəfəkkir Məhəmməd Füzulinin yaracılığından söz açıb, onu Azərbaycan, fars və ərəb dillərində divan bağlayan nadir söz ustadların biri kimi səciyələndirib.

Xanəndələr Orxan Hüseynli və Könül Məmmədli Məhəmməd Füzulinin qəzəlləri üstündə müxtəlif muğam parçaları ifa ediblər. Bədii qiraətçilər Əzizəxanım Kazımova və Ağaəli Kərimli şairin bir neçə qəzəlini səsləndirib. Gənc şairlər Kamal Hüseynzadə və Elsər Qədri isə Füzulinin qəzəllərinə yazdıqları nəzirələri oxuyublar.

Sonda M.Füzulinin “Leyli və Məcnun” poeması əsasında xoreoqrafik kompozisiya nümayiş olunub. Böyük maraqla qarşılanan “Füzuli - 530” musiqili-ədəbi kompozisiyasının ssenari müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi şair- dramaturq İlqar Fəhmi, rejissoru Əməkdar artist Loğman Kərimovdur.

XƏBƏRLƏR

03.12.2024 15:48
Şəkidə IV Beynəlxalq Teatr Festivalı keçirilir
03.12.2024 10:09
İslam ökələrinin gəncləri arasında “Şuşa Yaradıcılıq Marafonu” keçirilir
02.12.2024 10:19
CulTech İnkubasiya proqramına qəbul davam edir!
29.11.2024 17:51
Mədəniyyət naziri Adil Kərimli Xırdalan şəhərində vətəndaşları qəbul edib
29.11.2024 12:04
Xalq rəssamı Rafiq Nəsirov vəfat edib
25.11.2024 17:34
Azərbaycanlı gənclər “I TÜRKSOY Türk Dünyası Gənclik Görüşü”ndə iştirak ediblər
23.11.2024 17:38
Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb
21.11.2024 11:39
Azərbaycanda ilk dəfə Beynəlxalq Qeyri-Maddi Mədəni İrs Günü qeyd edilib
20.11.2024 16:54
Heydər Əliyev Sarayında “Nəsimi” operasının premyerası keçirilib
20.11.2024 10:57
COP29 çərçivəsində keçirilmiş Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşünün kommunikesi qəbul olunub
20.11.2024 10:43
“İqlim üçün mədəniyyət: gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi" mövzusunda panel sessiyası keçirilib
19.11.2024 12:16
Mədəniyyət Nazirliyində Tiktok platformasının nümayəndə heyəti ilə görüş olub
18.11.2024 11:14
Azərbaycanın irəli sürdüyü “İqlim üçün mədəniyyət” təşəbbüsünün təqdimatı keçirilib
18.11.2024 10:46
Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” beynəlxalq sərgisi açılıb
18.11.2024 10:31
Mədəniyyət naziri Adil Kərimli ICCROM-un baş direktoru ilə görüşüb
18.11.2024 10:27
"İqlim üçün mədəniyyət” adlı panel sessiya keçirilib
18.11.2024 09:43
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçirilib
18.11.2024 09:38
Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
14.11.2024 11:14
COP29-un qonaqlarına “Oyanış" adlı konsert-tamaşa təqdim edilib
12.11.2024 12:12
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb
12.11.2024 12:07
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək
09.11.2024 12:01
Filarmoniyada Zəfər Gününə hər olunan konsert keçirilib
09.11.2024 11:53
Azad torpaqlarda bayram konsertləri təşkil olunub
07.11.2024 17:19
Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılıb
07.11.2024 09:51
Mədəniyyət naziri film layihələri müsabiqəsinin qalibləri ilə görüşüb
06.11.2024 17:32
Azərbaycanın təbii və mədəni irsi
06.11.2024 17:00
Mədəniyyət naziri Akademik Musiqili Teatrda olub
06.11.2024 09:15
AZƏRBAYCANDA İLK DƏFƏ "NƏSİMİ" OPERASI TƏQDİM OLUNACAQ
05.11.2024 15:53
COP29 çərçivəsində keçirilməsi nəzərdə tutulan mədəniyyət məzmunlu tədbirlər barədə Braziliyada təqdimat həyata keçirilmişdir
05.11.2024 09:26
Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş olub