Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
847

ICESCO nümayəndə heyəti Ağdam şəhərinə səfər edib

2024-cü il, oktyabrın 8-10-da ICESCO-nun İslam Dünyası İrs Komitəsinin Şuşada keçirilən 12-ci iclası çərçivəsində iştirakçılar Ağdama səfər edib. Ağdamda İmarət Kompleksi və Cümə Məscidini ziyarət edən İSESKO-nun Mədəniyyət və Kommunikasiya sektorunun rəhbəri, Tunisin keçmiş mədəniyyət naziri (2016-2020) Dr. Məhəmməd Zeynalabdin, İSESKO-nun İslam Dünyası İrsi Mərkəzinin rəhbəri Dr.Vebber Ndoro, İslam Dünyası İrs Komitəsinin sədri Məhəmməd Əl-Aydarus, Özbəkistanın Mədəniyyət Araşdırmaları və Qeyri-maddi Mədəni İrs üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru İroda Dadaşconova və digər rəsmilər, Komitəyə üzv ölkələrin təmsilçiləri əvvəlcə bərpa olunan İmarət Kompleksi ilə tanış olublar.

Qonaqlara İmarət Kompleksində yerləşən Qarabağ xanları Pənahəli xanın və İbrahimxəlil xanın, Qarabağın sonuncu hakimi Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı, şair, rəssam Xurşidbanu Natəvanın, Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslərin məzarları haqda ətraflı məlumat verilib. İşğal dövründə erməni vandalizminin qurbanı olan qəbiristanlıq, İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın dağıdılmış qəbirüstü abidələri göstərilib və İtalyan mütəxəsisslər ilə birgə aparılmış bərpa prosesi haqda danışılıb. İnteraktiv muzey kompleksində müxtəlif zamanlarda Cavanşirlər sülaləsinə həsr olunmuş məlumatlar, Qarabağ xanlığı haqqında tarixi faktlar, Xurşidbanu Natəvanın əl işlərinə və poemalarına həsr olunmuş audiovizual təqdimat, İmarət Kompleksinin işğal dövründə və işğaldan azad olunduqdan sonrakı vəziyyətini əks etdirən fotomateriallar maraqla qarşılanıb.

Daha sonra qonaqlar bərpa edilmiş Ağdam Cümə Məscidində olublar. Məscidin işğal dövründə vəziyyətini əks etdirən fotoşəkillərlə tanış olub, bərpa prosesi haqda məlumatlandırılıblar. Rəsmilər toplantıya ev sahibliyi etdiyinə görə Azərbaycan Respublikasına minnətdarlığını bildirib və törədilmiş vandlizmi pisləyiblər.

İslam dünyası irsinin bərpasında və qorunub saxlanmasında Kompleksdə həyata keçirilmiş bərpanın, eləcə də ümumilikdə Azərbaycan dövləti tərəfindən Qarabağda aparılan bərpa-quruculuq işlərinin nümunəvi və valehedici olduğunu vurğuladılar.

XƏBƏRLƏR

07.11.2024 17:19
Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılıb
07.11.2024 09:51
Mədəniyyət naziri film layihələri müsabiqəsinin qalibləri ilə görüşüb
06.11.2024 17:32
Azərbaycanın təbii və mədəni irsi
06.11.2024 17:00
Mədəniyyət naziri Akademik Musiqili Teatrda olub
06.11.2024 09:15
AZƏRBAYCANDA İLK DƏFƏ "NƏSİMİ" OPERASI TƏQDİM OLUNACAQ
05.11.2024 15:53
COP29 çərçivəsində keçirilməsi nəzərdə tutulan mədəniyyət məzmunlu tədbirlər barədə Braziliyada təqdimat həyata keçirilmişdir
05.11.2024 09:26
Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş olub
04.11.2024 12:06
İstanbul sərgisində ölkəmizlə bağlı yeni tədbir və təqdimatlar davam edir
04.11.2024 11:25
İstanbulda Frankfurt Beynəlxalq Kitab Sərgisinin regional koordinatoru ilə görüş olub
04.11.2024 11:21
İstanbulda “Səninləyik, Türkiyə” kitabı, "Heca" dərgisinin poeziyamızla bağlı xüsusi buraxılışının təqdimatı və konsert keçirilib
04.11.2024 11:05
İstanbul sərgisində Azərbaycan yazarlarının iştirakı ilə ədəbi müzakirələr və imza mərasimi keçirilib
04.11.2024 10:48
Azərbaycanın ilk dəfə "fəxri qonaq ölkə" olduğu 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib
04.11.2024 10:35
Mədəniyyət naziri Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi ilə görüşüb
01.11.2024 15:59
UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə dair dəyirmi masa keçirilib
01.11.2024 12:43
Kubada Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
31.10.2024 17:31
“COP29 və mədəniyyət: iqlim dəyişikliyinin mədəni ölçüləri” mövzusunda konfrans keçirilib
31.10.2024 15:57
“e-Culture” rəqəmsal idarəetmə modeli çərçivəsində görülmüş işlərlə bağlı təqdimat keçirilib
30.10.2024 15:27
Mədəniyyət naziri Ağcabədidə vətəndaşları qəbul edib
28.10.2024 17:46
“İkinci planetin qırmızı rəngi” filmi beynəlxalq festivallarda uğur qazanıb
28.10.2024 15:55
“Bölgə teatrlarının Bakı premyeraları” – Lənkəran teatrı iki tamaşa ilə paytaxtımıza qastrola gəlir
28.10.2024 14:37
Azərbaycan hindistanlı rejissor və prodüserlər üçün "İlin çəkiliş məkanı" seçilib
28.10.2024 10:26
Mədəniyyət naziri Akademik Opera və Balet Teatrının kollektivi ilə görüşüb
28.10.2024 09:53
Adil Kərimli Mədəniyyət və İncəsənət Universitetinin kollektivi ilə görüşüb
25.10.2024 17:05
Bakı Dövlət Universiteti ilə Milli Kitabxana arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
25.10.2024 15:37
"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı" ilkin mərhələdə 20 nəfəri əhatə edəcək
23.10.2024 09:31
Ölkəmizdə ilk dəfə mədəniyyət müəssisəsinə “beynəlxalq” statusu verilib
18.10.2024 17:11
Milli Konservatoriyada musiqi təhsili ilə bağlı müzakirə aparılıb
18.10.2024 09:02
Füzulidə geniş konsert proqramı təqdim olunub
17.10.2024 17:25
Musiqi, incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavinlərinin işə qəbulu qaydalarında dəyişiklik edilib
17.10.2024 17:02
Füzulidə növbəti “Şəhər günü” keçirilir
16.10.2024 16:16
Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
16.10.2024 11:31
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
15.10.2024 17:32
Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
15.10.2024 10:00
Mədəniyyət Nazirliyində xarici sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib