Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
42

Adil Kərimli Mədəniyyət və İncəsənət Universitetinin kollektivi ilə görüşüb

Mədəniyyət naziri Adil Kərimli oktyabrın 25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olub, kollektivlə görüşüb.
Ali təhsil ocağı haqqında söz açan nazir universitetin zəngin ənənələrinin olduğunu, məzunlarının mədəniyyətimizin inkişafına mühüm töhfələr verdiklərini deyib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin liderliyində ölkəmizdə bütün sahələr kimi, mədəniyyətin də inkişafına xüsusi diqqət yetirilir. Müvafiq sahə üzrə pedaqoji kollektivin əməyi qiymətləndirilir, müxtəlif təltif və mükafatlara layiq görülürlər.
Bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən kadr hazırlığına böyük əhəmiyyət verilir və bu sahədə Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq mövcuddur. Çünki mədəniyyət sahəsində keyfiyyətin yüksəldilməsi bilavasitə kadr hazırlığı ilə bağlıdır. Bu istiqamətdə inkişafa nail olmaq üçün gənclərin maraqları, seçdikləri ixtisaslar haqqında fikirlərinin nədən ibarət olduğunu öyrənmək vacibdir. Çağımızda sürətli innovativ yeniliklərə şahid olsaq da, süni intellekt inkişaf etsə də, mədəniyyət sahəsi sırf insan amilinə, istedadlı, bacarıqlı və ixtisaslı kadrlara bağlıdır.
Diqqətə çatdırılıb ki, Mədəniyyət Nazirliyi mədəniyyət və yaradıcı sənayelər (MYS) üzrə kadr potensialının inkişaf etdirilməsini prioritet hesab edir. Bu məqsədlə elan olunan təqaüd proqramı çərçivəsində ilk olaraq 20 tələbənin xaricdə bakalavriat və magistratura səviyyələrində təhsilinə dəstək veriləcək.
Kino sahəsinin inkişafından da danışan nazir ötən il Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) ilə birgə dövlət sifarişi və dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin keçirildiyini deyib. Söyləyib ki, bu müsabiqə vasitəsilə artıq 40-dan çox film istehsalata buraxılıb. Nazirlik tərəfindən tələbə filmlərinin istehsalına da dəstək göstəriləcək.
ADMİU-nun rektoru Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova kollektivlə görüşdüyü üçün nazirə təşəkkürünü bildirib.
Rektor kadr hazırlığının çox vacib məsələ olduğunu söyləyib, təhsil ocağı ilə ARKA arasında əməkdaşlıqla bağlı müqavilənin imzalandığını deyib. Vurğulanıb ki, bu müqavilə nəticəsində 12 film layihəsi üzrə işlərə başlanılıb. Həmin layihələrdən 6-sı ekranlaşdırılıb, qalan 6 layihə isə çəkiliş prosesindədir. Altı layihədən biri olan – ADMİU-nun tələbəsi Kamal Müşfiq İbadovun “Motivator” filmi Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin təşkilatçılığı ilə Moskvada keçirilən “Yüksəliş” beynəlxalq tələbə film festivalında “Ən yaxşı sənədli film rejissoru” nominasiyasında mükafata layiq görülüb. Həmçinin ADMİU festivalda fəal iştirakına görə diplomla təltif edilib.
Sonra nazir təhsil ocağının professor-müəllim və tələbə heyətinin dərslik və dərs vəsaitlərinin nəşri, Mədəniyyət Nazirliyi tərəfindən aktyorlara təyinatın verilməsi, gənclərin kino sahəsinə marağının artırılması, ADMİU tələbələrinin teatrlara ödənişsiz girişi, magistratura səviyyəsində təhsil, təhsil menecerləri, təhsil sahəsində yeni ixtisaslar və s. mövzularda təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.
Pedaqoji heyətin dərslik və dərs vəsaitlərinin nəşri ilə bağlı məsələ barədə danışan nazir bildirib ki, Mədəniyyət Nazirliyi tərəfindən hər il ölkəmizin nəşriyyatlarından kitabların satın alınması həyata keçirilir. Ötən ildən nəşriyyatlardan daha çox elmi və elmi-kütləvi kitablar alınır və respublikamızın kitabxanalarına paylanılır.
Mədəniyyət Nazirliyi tərəfindən aktyorlara təyinatın verilməsi təklifinə münasibət bildirən nazir hər il ADMİU-nun Teatr sənəti fakültəsindən 60-a yaxın tələbənin məzun olduğunu deyib: "Həmin məzunların müvafiq teatrlarda yerləşdirilməsinə çalışmalıyıq. Bu prosesdə özəl teatrların da təşviq edilməsi vacibdir".
Gənclərin kino sahəsinə marağının artırılması ilə bağlı danışan Adil Kərimli bildirib ki, ölkəmizdə kino istehsalının genişləndirilməsi istiqamətində addımlar atılır, tələbə filmlərinə də dəstək verilir.
Görüş zamanı səsləndirilən təkliflərdən biri də ADMİU tələbələrinin teatrlara ödənişsiz girişi işi ilə bağlı olub. Nazir qeyd edib ki, bu istiqamətdə müəyyən işlər görülür.
“TələbəPlus” layihəsi çərçivəsində Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, teatr, muzey və qoruqlarda tələbələr üçün xüsusi endirimlərin tətbiq olunması gözlənilir.
Magistratura pilləsi və yeni ixtisaslarla əlaqədar söz açan nazir son illərdə ölkəmizdə təhsilin normativ hüquqi bazasının təkmilləşdirildiyini, maddi-texniki təminatın yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlərin görüldüyünü söyləyib.
Nazir görüşün sonunda kollektivə uğurlar arzulayıb.

XƏBƏRLƏR

28.10.2024 10:26
Mədəniyyət naziri Akademik Opera və Balet Teatrının kollektivi ilə görüşüb
25.10.2024 17:05
Bakı Dövlət Universiteti ilə Milli Kitabxana arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
25.10.2024 15:37
"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı" ilkin mərhələdə 20 nəfəri əhatə edəcək
23.10.2024 09:31
Ölkəmizdə ilk dəfə mədəniyyət müəssisəsinə “beynəlxalq” statusu verilib
18.10.2024 17:11
Milli Konservatoriyada musiqi təhsili ilə bağlı müzakirə aparılıb
18.10.2024 09:02
Füzulidə geniş konsert proqramı təqdim olunub
17.10.2024 17:25
Musiqi, incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavinlərinin işə qəbulu qaydalarında dəyişiklik edilib
17.10.2024 17:02
Füzulidə növbəti “Şəhər günü” keçirilir
16.10.2024 16:16
Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
16.10.2024 11:31
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
15.10.2024 17:32
Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
15.10.2024 10:00
Mədəniyyət Nazirliyində xarici sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib
11.10.2024 16:11
ICESCO nümayəndə heyəti Ağdam şəhərinə səfər edib
11.10.2024 12:54
Adil Kərimli “Yuğ” teatrının kollektivi ilə görüşüb
11.10.2024 12:38
Mədəniyyət naziri Azərbaycan Dövlət Kukla Teatrında olub
09.10.2024 18:17
Şuşa və Ağdam abidələri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib
09.10.2024 09:17
Şuşada İslam Dünyası İrs Komitəsinin 12-ci iclası öz işinə başlayıb
08.10.2024 16:59
UNESCO Baş Qərargahında Azərbaycanın COP29-da baş tutacaq mədəniyyət məzmunlu tədbirlərinə dair təqdimat keçirilmişdir
07.10.2024 22:31
“Baku Cinema Breeze” çərçivəsində 8-ci DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalı keçirildi
07.10.2024 17:27
Türk Dünyasının Beynəlxalq Animasiya Festivalı keçirilib
07.10.2024 17:18
7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirildi
07.10.2024 14:37
XV Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi baş tutub
04.10.2024 17:15
Cəbrayılda ilk "Şəhər günü" keçirilib
04.10.2024 15:17
“Baku Cinema Breeze” festivalı çərçivəsində “Omarket”in platformasının açılışı olub
03.10.2024 17:26
Bakıda tarixi İpək Yoluna həsr olunmuş UNESCO konfransı keçirilir
03.10.2024 12:34
Görkəmli qazax yazıçısı Kemel Tokayevin dilimizə tərcümə edilmiş "Xüsusi tapşırıq" kitabının təqdimatı keçirilib
03.10.2024 12:14
“Baku Cinema Breeze” Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib
02.10.2024 17:29
Paytaxtımızda X Beynəlxalq Kitab Sərgisi başlandı
01.10.2024 14:35
Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi işğaldan azad edilən ərazilərdə incəsənət təhsili üzrə ilk tədris ocağıdır
01.10.2024 12:14
Qazaxıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin geniş icmalı
01.10.2024 10:22
“Baku Cinema Breeze” beynəlxalq film festivalının açılışına sayılı günlər qaldı
30.09.2024 17:47
X Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib
30.09.2024 17:40
İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024 17:20
Monteneqroda Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının növbəti Assambleyası təşkil olundu
27.09.2024 16:55
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini yad edib