Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
13.09.2023 15:46
Özbəkistanda “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşaya həsr olunan poçt markası buraxılıbTÜRKSOY tərəfindən 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilən Azərbaycanın qədim söz-sənət beşiyi Şuşa şəhərinə həsr olunmuş xatirə poçt markası buraxılıb. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında hazırlanan marka Özbəkistan Mərkəzi Poçtu tərəfindən çap olunub. Poçt markasının üzərində Şuşa qalası, Azərbaycan bayrağının təsviri, Qarabağın, Şuşanın füsunkar təbiəti, başını duman almış əzəmətli dağları, bölgəyə, şəhərə dağlar qədər vüqar və şöhrət gətirən dünya şöhrətli şuşalı mütəfəkkirlər, şairlər yer alıb. Markada həmçinin milli musiqi alətlərimiz (qaval, tar, kamança) kimi mədəniyyətimizi əks etdirən ştrixlər, habelə Qarabağın, Şuşanın və tarixi Qələbəmizin simvolu olan xarıbülbül çiçəyinin rəsmi öz əksini tapıb. Qeyd edək ki, layihəyə Özbəkistanın müvafiq dövlət qurumları dəstək göstərib, həmçinin markanın Özbəkistan Mərkəzi Poçtu tərəfindən daxili və beynəlxalq dövriyyəyə buraxılması nəzərdə tutulur.  “Azərbaycanın qədim Şuşa şəhəri – Türk dünyasının mədəniyyət paytaxtı” adlı  poçt markasının xatirə üçün Özbəkistan və Azərbaycan muzeylərinə, hər iki ölkənin dövlət və hökumət nümayəndələrinə göndərilməsi, Daşkənddə və Bakıda təqdimat mərasimlərinin keçirilməsi planlaşdırılır. ..