Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
793

Forumun növbəti paneli “Mədəniyyət və yaradıcı sənayelər: ixrac potensialı, beynəlxalq əməkdaşlıq” mövzusuna həsr olundu

Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun növbəti paneli “Mədəniyyət və yaradıcı sənayelər: ixrac potensialı, beynəlxalq əməkdaşlıq” mövzusuna həsr olundu.

Mədəniyyət Nazirliyi Beynəlxalq təşkilatlarla iş sektorunun müdiri Araz Bağırlının moderatorluğu ilə reallaşan paneldə çıxış edən Türkiyə Yaradıcı Sənayelər Şurasının rəhbəri Sertaç Eray Ersay yaradıcılıq sahəsinin iqtisadiyyata təsiri və bu sahəyə verilə biləcək töhfələrlə bağlı fikirlərini bölüşdü. O, bu sahənin inkişafının insan şüuru ilə bilavasitə bağlı olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, yaradıcı məhsul insan faktoruna əsaslanır. İnsanın bacarığını iqtisadi potensiala çevirərək ondan istifadə etmək hazırda ən vacib məsələlərdən biridir.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) icraçı direktorunun müşaviri Tural Hacılı dedi ki, yaradıcı sənayelərin ixracı məsələsində AZPROMO olaraq hazırda xalçaların təşviqi istiqamətində layihə üzərində çalışılır: “Ən vacib məqamlardan biri ixracın təşkili sahəsində maarifləndirmədir. Biz bununla əlaqədar maarifləndirmə proqramları yaratmalıyıq. Çünki yaradıcı insanlara bu istiqamətdə kömək eedilməlidir”.

Rəqəmsal transformasiya üzrə ekspert Fəxri Eminov Azərbaycanda yaradıcı sənayenin 2010-cu ildən bəri inkişaf etdiyini söylədi. O, normativ-hüquqi bazanın olması halında innovativ biznes modelinin yaranmasının təbii bir prosesə çevrildiyini diqqətə çatdırdı. Bildirdi ki, hüquqi baza, maliyyə və innovativ klasterlərin formalaşması əsas məsələdir. Müvafiq istiqamətlərdə treninqlərin keçirilməsi, investorların axtarışı bu işdə kömək ola bilər.

Qırğızıstanın “Prima” ictimai fondunun təsisçisi və rəhbəri Viktoriya Yurtayeva yaradıcısı olduğu klassik musiqi festivalı – “TENGRİ Music fest” haqqında danışdı, layihənin ölkənin kreativ sənayesinə təsirindən söz açdı. O, yaradıcılıq sənayesinin inkişafı üçün festivalların, forumların, sərgilərin, yarmarkaların və digər tədbirlərin əhəmiyyətini vurğuladı.

Panelin sonunda yaradıcı sənayenin müasir biznes çağırışları, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı bilik və bacarıqlarının artırılması, sektorun problemləri və inkişafı kimi məsələlər müzakirə edildi, təkliflər səsləndirildi, suallar cavablandırıldı.

XƏBƏRLƏR

30.08.2024 11:39
Azərbaycanın “Simurq” muğam ansamblı Özbəkistanda XIII “Şərq təranələri” festivalının Qran-pri mükafatını qazanıb
29.08.2024 16:37
Mədəniyyət Nazirliyi Moskva Kino Həftəsində təmsil olunub
29.08.2024 14:50
Mədəniyyət naziri Astara rayonunda vətəndaşları qəbul edib
28.08.2024 17:54
“Min bir gecə” baleti Pekində sənətsevərlərin qəlbini fəth edib
28.08.2024 09:21
Laçın Şəhəri Günü təntənəli şəkildə qeyd olundu
27.08.2024 11:36
Laçın Şəhəri Günü qala konsert və atəşfəşanlıqla başa çatıb
26.08.2024 17:27
Laçında bayram şöləni davam edir
26.08.2024 16:32
Laçın Şəhəri Gününün təntənəli açılış mərasimi olub
23.08.2024 17:51
Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri elan olunub
23.08.2024 09:35
Daşkənddə Azərbaycan və Özbəkistan sənətçilərinə fəxri adlar təqdim olunub
22.08.2024 09:05
Türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması müzakirə olunub
20.08.2024 18:14
Maestro Niyazi musiqi mədəniyyətimizə ləyaqətlə xidmət edib
20.08.2024 14:23
Fəxri xiyabanda maestro Niyazinin xatirəsi yad olunub
19.08.2024 12:14
“Füzulidə yay məktəbi” layihəsi rəngarəng və maraqlı tədbirlərlə yadda qaldı
16.08.2024 14:40
Musiqi, incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu ilə bağlı apelyasiya müraciətlərinə baxılıb
15.08.2024 16:54
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramına sənəd qəbulu elan edilir
15.08.2024 15:54
“Füzulidə yay məktəbi” layihəsinin açılış mərasimi olub
14.08.2024 17:04
Füzuli şəhərində yay məktəbi təşkil olunacaq
03.08.2024 14:19
Azərbaycan Kinosu Günü təntənəli şəkildə qeyd olunub
02.08.2024 13:11
Monteneqroda “Azərbaycan xalçası: təbiətlə dialoq” adlı sərgi açılıb
31.07.2024 13:22
“Min bir gecə” baleti yeni quruluşda Pekində ilk dəfə təqdim olunacaq
30.07.2024 14:04
Azərbaycan-Çin mədəni əməkdaşlığının geniş perspektivləri müzakirə olunub
30.07.2024 10:18
Mədəniyyət naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyib
26.07.2024 15:32
Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb
24.07.2024 16:55
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin birgə məlumatı
24.07.2024 15:04
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı həyata keçiriləcək
24.07.2024 11:03
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi davam edir