Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1030

Mədəniyyət naziri Akademik Opera və Balet Teatrının kollektivi ilə görüşüb

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin ölkəmizin aparıcı teatrlarının kollektivləri ilə görüşləri davam edir.
Görüşlərdə mədəniyyət ocaqlarının cari fəaliyyəti, qarşıya qoyulan yaradıcı vəzifələr müzakirə olunur.
Oktyabrın 26-da mədəniyyət naziri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında olub, kollektivlə görüşüb.
Görüşdə teatrın direktoru, Xalq artisti Yusif Eyvazov, baş rejissor Əməkdar incəsənət xadimi Hafiz Quliyev, baş dirijor Əməkdar artist Əyyub Quliyev, aparıcı səhnə ustaları - Xalq artisti Gülağası Mirzəyev, Əməkdar artist Afaq Abbasova, Əməkdar artist Tural Ağasıyev, Əməkdar artist Cahangir Qurbanov, solistlər - Mahir Tağızadə, Taleh Yahyayev, Atəş Qarayev, Mütəllim Dəmirov və başqaları çıxış edərək teatrın yaradıcı fəaliyyətinin mövcud vəziyyətindən söz açıblar.
Kollektivin üzvləri incəsənət xadimlərinin maddi rifahının yaxşılaşdırılması, onların güzəştli şərtlərlə mənzillərə sahib olması, eləcə də istismar müddəti bitmiş musiqi alətlərinin yeniləri ilə əvəz olunması, balet artistlərinin təqaüdə çıxması və hərbi xidmətə çağırılması problemləri, musiqiçilərin dövlət tədbirlərində çıxışları üçün qonorarların ödənilməsi, fəxri adların verilməsi, yeni əsərlərin tamaşaya qoyulması kimi məsələlər diqqətə çatdırılıb.
Söhbət zamanı həmçinin ötən əsrdə Azərbaycan bəstəkarlarının yazdığı əsərlərin yenidən redaktəsi və klavirlərin çap olunması, yaradıcı şəxslərin xarici ölkələrdə keçirilən müsabiqə, festival və seminarlarda iştirakı üçün şəraitin yaradılması və s. mövzular da müzakirə olunub.
Nazir qaldırılan məsələlərlə bağlı fikirlərini bölüşüb.
Qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən mədəniyyətin müxtəlif istiqamətləri kimi teatr sahəsinin də inkişafına qayğı göstərilir.
Teatrların maddi-texniki bazası möhkəmləndirilir. İncəsənət ustaları mütəmadi fəxri adlara, mükafatlara layiq görülürlər.
Akademik Opera və Balet Teatrı binasının əsaslı təmiri də bu diqqətin təzahürüdür.
Nazir qeyd edib ki, hazırda mədəniyyət sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi əlaqədar addımlar atılır. Bu proses başa çatdıqdan sonra bir sıra məsələlər həllini tapmış olacaq.
Görüşün sonunda Adil Kərimli səsləndirilən müraciətlərin diqqətdə saxlanılacağını deyib, kollektivə yaradıcılıq uğurları arzulayıb.

XƏBƏRLƏR

20.11.2024 10:57
COP29 çərçivəsində keçirilmiş Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşünün kommunikesi qəbul olunub
20.11.2024 10:43
“İqlim üçün mədəniyyət: gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi" mövzusunda panel sessiyası keçirilib
19.11.2024 12:16
Mədəniyyət Nazirliyində Tiktok platformasının nümayəndə heyəti ilə görüş olub
18.11.2024 11:14
Azərbaycanın irəli sürdüyü “İqlim üçün mədəniyyət” təşəbbüsünün təqdimatı keçirilib
18.11.2024 10:46
Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” beynəlxalq sərgisi açılıb
18.11.2024 10:31
Mədəniyyət naziri Adil Kərimli ICCROM-un baş direktoru ilə görüşüb
18.11.2024 10:27
"İqlim üçün mədəniyyət” adlı panel sessiya keçirilib
18.11.2024 09:43
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçirilib
18.11.2024 09:38
Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
14.11.2024 11:14
COP29-un qonaqlarına “Oyanış" adlı konsert-tamaşa təqdim edilib
12.11.2024 12:12
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb
12.11.2024 12:07
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək
09.11.2024 12:01
Filarmoniyada Zəfər Gününə hər olunan konsert keçirilib
09.11.2024 11:53
Azad torpaqlarda bayram konsertləri təşkil olunub
07.11.2024 17:19
Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılıb
07.11.2024 09:51
Mədəniyyət naziri film layihələri müsabiqəsinin qalibləri ilə görüşüb
06.11.2024 17:32
Azərbaycanın təbii və mədəni irsi
06.11.2024 17:00
Mədəniyyət naziri Akademik Musiqili Teatrda olub
06.11.2024 09:15
AZƏRBAYCANDA İLK DƏFƏ "NƏSİMİ" OPERASI TƏQDİM OLUNACAQ
05.11.2024 15:53
COP29 çərçivəsində keçirilməsi nəzərdə tutulan mədəniyyət məzmunlu tədbirlər barədə Braziliyada təqdimat həyata keçirilmişdir
05.11.2024 09:26
Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş olub
04.11.2024 12:06
İstanbul sərgisində ölkəmizlə bağlı yeni tədbir və təqdimatlar davam edir
04.11.2024 11:25
İstanbulda Frankfurt Beynəlxalq Kitab Sərgisinin regional koordinatoru ilə görüş olub
04.11.2024 11:21
İstanbulda “Səninləyik, Türkiyə” kitabı, "Heca" dərgisinin poeziyamızla bağlı xüsusi buraxılışının təqdimatı və konsert keçirilib
04.11.2024 11:05
İstanbul sərgisində Azərbaycan yazarlarının iştirakı ilə ədəbi müzakirələr və imza mərasimi keçirilib
04.11.2024 10:48
Azərbaycanın ilk dəfə "fəxri qonaq ölkə" olduğu 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib
04.11.2024 10:35
Mədəniyyət naziri Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi ilə görüşüb
01.11.2024 15:59
UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə dair dəyirmi masa keçirilib
01.11.2024 12:43
Kubada Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
31.10.2024 17:31
“COP29 və mədəniyyət: iqlim dəyişikliyinin mədəni ölçüləri” mövzusunda konfrans keçirilib
31.10.2024 15:57
“e-Culture” rəqəmsal idarəetmə modeli çərçivəsində görülmüş işlərlə bağlı təqdimat keçirilib
30.10.2024 15:27
Mədəniyyət naziri Ağcabədidə vətəndaşları qəbul edib
28.10.2024 17:46
“İkinci planetin qırmızı rəngi” filmi beynəlxalq festivallarda uğur qazanıb
28.10.2024 15:55
“Bölgə teatrlarının Bakı premyeraları” – Lənkəran teatrı iki tamaşa ilə paytaxtımıza qastrola gəlir