Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
744

7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirildi

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin təşkilatçılığı ilə reallaşan “Baku Cinema Breeze” (BCB) Festivalı çərçivəsində oktyabrın 2-dən 6-dək Bakıda 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirilib. Əsas mövzusu “SEVGİ” olan beynəlxalq festivalda 1000-dən çox tamaşaçı 26 ölkədən 100-dən çox filmi izləyib.

Azərbaycan Animasiya Assosiasiyası və “PERİ FİLM” MMC-nin təşkilatçılığı ilə baş tutan festival 3 əsas proqramdan – müsabiqə, müsabiqədənkənar və peşəkarlar üçün proqramlardan ibarət olub. Seçim komissiyasının qərarı ilə müsabiqə proqramına 18 ölkədən 48 film seçilib. Onlardan 12 film yerli, 36 film isə beynəlxalq kateqoriyalarda yarışıb. Filmlər həm beynəlxalq münsiflər heyəti, həm də tamaşaçılar tərəfindən qiymətləndirilib və qaliblər 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təntənəli bağlanış mərasimində zərifliyi ilə seçilən “SEVGİ” mükafatı ilə təltif olunublar. Bağlanış mərasimi zamanı həmçinin 7-ci ANİMAFİLM Festivalının, “Narqız” animasiya filminin treylerləri, Ayan Novruz və Dante Rustav tərəfindən keçirilən animasiya vörkşopları nəticəsində çəkilmiş iki tələbə animasiya filmi nümayiş olunub.

Festivalın qalibləri:

• “Ən yaxşı qısametrajlı animasiya filmi - GRAND PRIX” nominasiyasında: “Pear Garden” (Armud bağı) filmi. Rejissoru Shadab Shayegan. Almaniya

• “Ən yaxşı qısametrajlı animasiya filmi - GRAND PRIX” nominasiyasında Xüsusi mükafat: “The Family Portrait” (Ailə portreti) filmi. Rejissor Lea Vidakovic. Xorvatiya

• “Ən yaxşı qısametrajlı uşaq animasiya filmi - GRAND PRIX” nominasiyasında: “The Night Tunnel” (Gecə tuneli). Rejissor Annechien Strouven. Belçika

• “Ən yaxşı qısametrajlı uşaq animasiya filmi - GRAND PRIX” nominasiyasında Xüsusi mükafat: “Baking With Boris” (Boris ilə çörək bişirmək) filmi. Rejissor Maša Avramović. Fransa

• “Tamaşaçı rəğbəti” mükafatı: “İnanna”. Rejissor Rüstəm Bəşirov. Azərbaycan

• “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi (Annecy-yə səyahət Mükafatı)” nominasiyası üzrə: “Çox düşünərkən”. Rejissor Zəhraxanım Quluzadə. Azərbaycan

• “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” nominasiyasında xüsusi mükafat: “Zamanın arxasınca”. Rejissorlar Ayla Qasımova, Si Yi Lee. Azərbaycan, ABŞ

• Azərbaycan Animasiya Assosiasiyasının Xüsusi mükafatı: (“Ən yaxşı qısametrajlı animasiya filmi”): “Wild Animal” (Vəhşi heyvan). Rejissor Tianyun Lyu. Çin

• Azərbaycan Animasiya Assosiasiyasının Xüsusi mükafatı: (“Ən yaxşı qısametrajlı uşaq animasiya filmi”): “Puddle” (Gölməçə). Rejissorlar Maria-May Backhaus Brown, Mads Theodor Bonde. Danimarka.

Müsabiqədənkənar proqramda tamaşaçılar “Dünya ölkələrindən sevgilərlə” proqramı çərçivəsində Çexiya, Portuqaliya, Yunanıstan, Gürcüstan kimi ölkələrin animasiya əsərlərini, həmçinin Türk Animasiya Assosiasiyası (ATA) ilə əməkdaşlıq çərçivəsində təqdim olunmuş “ATA: Türk dünyasından seçilmiş animasiya filmləri” kolleksiyasını izləyiblər.

Tamaşaçılara Azərbaycanda ilk dəfə məşhur Avropa müəlliflərinin əsərləri əsasında çəkilmiş animasiya qorxu antologiyası silsiləsindən olan “Qırmızı dəmir yolu” serialı təqdim olunub.

Proqram çərçivəsində tamaşaçılara yerli animasiya film layihələri təqdim olunub, beynəlxalq münsiflər heyəti, eləcə də xüsusi qonaqlarla görüşlər, vörkşoplar təşkil edilib.

XƏBƏRLƏR

16.10.2024 16:16
Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
16.10.2024 11:31
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
15.10.2024 17:32
Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
15.10.2024 10:00
Mədəniyyət Nazirliyində xarici sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib
11.10.2024 16:11
ICESCO nümayəndə heyəti Ağdam şəhərinə səfər edib
11.10.2024 12:54
Adil Kərimli “Yuğ” teatrının kollektivi ilə görüşüb
11.10.2024 12:38
Mədəniyyət naziri Azərbaycan Dövlət Kukla Teatrında olub
09.10.2024 18:17
Şuşa və Ağdam abidələri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib
09.10.2024 09:17
Şuşada İslam Dünyası İrs Komitəsinin 12-ci iclası öz işinə başlayıb
07.10.2024 22:31
“Baku Cinema Breeze” çərçivəsində 8-ci DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalı keçirildi
07.10.2024 17:27
Türk Dünyasının Beynəlxalq Animasiya Festivalı keçirilib
07.10.2024 14:37
XV Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi baş tutub
04.10.2024 17:15
Cəbrayılda ilk "Şəhər günü" keçirilib
04.10.2024 15:17
“Baku Cinema Breeze” festivalı çərçivəsində “Omarket”in platformasının açılışı olub
03.10.2024 17:26
Bakıda tarixi İpək Yoluna həsr olunmuş UNESCO konfransı keçirilir
03.10.2024 12:34
Görkəmli qazax yazıçısı Kemel Tokayevin dilimizə tərcümə edilmiş "Xüsusi tapşırıq" kitabının təqdimatı keçirilib
03.10.2024 12:14
“Baku Cinema Breeze” Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib
02.10.2024 17:29
Paytaxtımızda X Beynəlxalq Kitab Sərgisi başlandı
01.10.2024 14:35
Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi işğaldan azad edilən ərazilərdə incəsənət təhsili üzrə ilk tədris ocağıdır
01.10.2024 12:14
Qazaxıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin geniş icmalı
01.10.2024 10:22
“Baku Cinema Breeze” beynəlxalq film festivalının açılışına sayılı günlər qaldı
30.09.2024 17:47
X Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib
30.09.2024 17:40
İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024 17:20
Monteneqroda Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının növbəti Assambleyası təşkil olundu
27.09.2024 16:55
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini yad edib
27.09.2024 15:44
Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər
26.09.2024 14:32
Qazaxıstan Milli Muzeyində müxtəlif mövzularda mühazirələr təşkil olunub
26.09.2024 09:50
Qazaxıstanda Azərbaycan Dövlət Rəqs Ansamblının möhtəşəm konserti olub
25.09.2024 15:55
Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunub
25.09.2024 15:04
Qazaxıstan Milli Akademik Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılışı olub
25.09.2024 11:29
Salam Sarvan və Rövşən Abdullaoğlu 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları seçilib
25.09.2024 10:30
Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin ilk konserti keçirilib
24.09.2024 16:51
Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib
23.09.2024 17:53
Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir