Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1253

Füzulidə geniş konsert proqramı təqdim olunub

Füzuli Şəhəri Günündə əslən Füzuli rayonundan olan müğənni və ifaçıların iştirakı ilə geniş konsert proqramı təqdim olunub. Əvvəlcə səhnəyə çıxan Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib.

O, Füzuli Şəhəri Gününün tarixi haqqında məlumat verib. Deyib ki, azad Füzulidə artıq ikinci dəfədir "Şəhər günü" qeyd olunur: "Bu xoş günləri bizə canı-qanı bahasına yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Düz dörd il bundan əvvəl Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz böyük qəhrəmanlıq göstərərək Füzulini işğaldan azad etdi. Bir zaman abad, gözəl şəhər olan Füzulidən əsər-əlamət qalmamışdı". Qeyd olunub ki, Prezident İlham Əliyev bilavasitə diqqəti ilə dövlət tərəfindən digər azad olunmuş yaşayış məntəqələri kimi, Füzuli şəhərində də genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. E.Hüseynov çıxışının sonunda tədbirin yüksək səviyyədə təşkilinə görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bilidirib.

Qeyd edib ki, nazirlik tərəfindən işğaldan azad edilmiş ərazilərdə rəngarəng mədəni-kütləvi tədbirlər təşkil olunur. Sonra söz musiqiçilərə verilib. Konsertdə müğənnilər - Zamiq Hüseynov, Eldəniz Məmmədov, Elnur Məmmədli, Könül Məmmədli, Zemfira İbrahimova, Orxan Hüseynli, instrumental ifaçılar - kamançaçı Pərviz Fərhadov, tarzən Ədalət Behbudov, gitaraçı Rəhman Məmmədli, pianoçu Tural Məmmədlinin ifasında xalq və bəstəkar mahnıları səsləndirilib.

Konsert proqramı alqışlarla qarşılanıb. Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də keçirilən növbəti Füzuli Şəhəri Günü axşam saatlarında möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Rəngarəng sərgilər, tamaşa və kompozisiyalar, konsertlər doğma yurda qayıdışın sevincini yaşayan Füzuli sakinlərinin yaddaşında silinməz izlər qoyub.

XƏBƏRLƏR

20.11.2024 10:57
COP29 çərçivəsində keçirilmiş Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşünün kommunikesi qəbul olunub
20.11.2024 10:43
“İqlim üçün mədəniyyət: gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi" mövzusunda panel sessiyası keçirilib
19.11.2024 12:16
Mədəniyyət Nazirliyində Tiktok platformasının nümayəndə heyəti ilə görüş olub
18.11.2024 11:14
Azərbaycanın irəli sürdüyü “İqlim üçün mədəniyyət” təşəbbüsünün təqdimatı keçirilib
18.11.2024 10:46
Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” beynəlxalq sərgisi açılıb
18.11.2024 10:31
Mədəniyyət naziri Adil Kərimli ICCROM-un baş direktoru ilə görüşüb
18.11.2024 10:27
"İqlim üçün mədəniyyət” adlı panel sessiya keçirilib
18.11.2024 09:43
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçirilib
18.11.2024 09:38
Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
14.11.2024 11:14
COP29-un qonaqlarına “Oyanış" adlı konsert-tamaşa təqdim edilib
12.11.2024 12:12
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb
12.11.2024 12:07
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək
09.11.2024 12:01
Filarmoniyada Zəfər Gününə hər olunan konsert keçirilib
09.11.2024 11:53
Azad torpaqlarda bayram konsertləri təşkil olunub
07.11.2024 17:19
Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılıb
07.11.2024 09:51
Mədəniyyət naziri film layihələri müsabiqəsinin qalibləri ilə görüşüb
06.11.2024 17:32
Azərbaycanın təbii və mədəni irsi
06.11.2024 17:00
Mədəniyyət naziri Akademik Musiqili Teatrda olub
06.11.2024 09:15
AZƏRBAYCANDA İLK DƏFƏ "NƏSİMİ" OPERASI TƏQDİM OLUNACAQ
05.11.2024 15:53
COP29 çərçivəsində keçirilməsi nəzərdə tutulan mədəniyyət məzmunlu tədbirlər barədə Braziliyada təqdimat həyata keçirilmişdir
05.11.2024 09:26
Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş olub
04.11.2024 12:06
İstanbul sərgisində ölkəmizlə bağlı yeni tədbir və təqdimatlar davam edir
04.11.2024 11:25
İstanbulda Frankfurt Beynəlxalq Kitab Sərgisinin regional koordinatoru ilə görüş olub
04.11.2024 11:21
İstanbulda “Səninləyik, Türkiyə” kitabı, "Heca" dərgisinin poeziyamızla bağlı xüsusi buraxılışının təqdimatı və konsert keçirilib
04.11.2024 11:05
İstanbul sərgisində Azərbaycan yazarlarının iştirakı ilə ədəbi müzakirələr və imza mərasimi keçirilib
04.11.2024 10:48
Azərbaycanın ilk dəfə "fəxri qonaq ölkə" olduğu 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib
04.11.2024 10:35
Mədəniyyət naziri Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi ilə görüşüb
01.11.2024 15:59
UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə dair dəyirmi masa keçirilib
01.11.2024 12:43
Kubada Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
31.10.2024 17:31
“COP29 və mədəniyyət: iqlim dəyişikliyinin mədəni ölçüləri” mövzusunda konfrans keçirilib
31.10.2024 15:57
“e-Culture” rəqəmsal idarəetmə modeli çərçivəsində görülmüş işlərlə bağlı təqdimat keçirilib
30.10.2024 15:27
Mədəniyyət naziri Ağcabədidə vətəndaşları qəbul edib
28.10.2024 17:46
“İkinci planetin qırmızı rəngi” filmi beynəlxalq festivallarda uğur qazanıb
28.10.2024 15:55
“Bölgə teatrlarının Bakı premyeraları” – Lənkəran teatrı iki tamaşa ilə paytaxtımıza qastrola gəlir