Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
834

Şuşa və Ağdam abidələri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib

Xəbər verdiyimiz kimi, 8-9 oktyabr tarixlərində 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” missiyasını daşıyan Şuşa şəhərində ICESCO-nun İslam Dünyası İrs Komitəsinin 12-ci sessiyası keçirilir. Oktyabrın 9-da sessiya işini davam etdirib. Üçüncü iclasda İslam Dünyasının İrs Siyahısına təqdim edilmiş müxtəlif nominasiyalar nəzərdən keçirilib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilmiş "Şuşa Tarix-Memarlıq Qoruğu" və "Ağdam İmarət Kompleksi və Cümə məscidi" adlı iki nominasiyanın ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilməsi barədə təklif müzakirə olunub. Əvvəlcə ICESCO-nun İslam Dünyası İrs Komitəsində ölkəmizi təmsil edən ekspert Rizvan Bayramovun çıxışı dinlənilib.

Daha sonra Mədəniyyət Nazirliyi Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlı “Ağdamın inciləri” adlı təqdimatla çıxış edib. Təqdimatda Ağdamın mədəni irsi ilə bağlı 4 dörd dövr – yaradılış (Qarabağ xanlığı dövrü və XIX əsr), mədəniyyət institutlarının inkişafı (1993-cü ilə qədər), işğal və kultursid (1993–2020-ci illər) və mədəniyyətin canlandırılması (2020-dən sonra) diqqətə çatdırılıb. İştirakçılar “İmarət” Kompleksi, Cümə məscidi, Ağdam Dövlət Dram Teatrı, Çörək Muzeyi, Çay evi kimi simvolik abidələrin müxtəlif dövrlərdə olan vəziyyətini əks etdirən fotomateriallarla tanış olublar.

İclasda mədəni irsin bərpa edilməsində Azərbaycan təcrübəsinin bütün dünyada postmünaqişə zonalarında mədəni irsin canlandırılması üçün unikal model olduğu vurğulanıb. Komitənin Şuşada gerçəkləşən 12-ci sessiyası ölkəmiz üçün xüsusilə əlamətdar olub. Müzakirələrdən sonra komitə üzvləri tərəfindən Azərbaycanın “Şuşa Tarix-Memarlıq Qoruğu" və "Ağdam İmarət Kompleksi və Cümə məscidi" adlı iki nominasiyanın İslam Dünyası İrsinin İlkin Siyahısına salınması barədə qərar qəbul edilib.

Bununla da adıçəkilən nominasiyaların növbəti illərdə İslam Dünyasının İrs Siyahısına daxil edilməsi üçün zəmin yaranıb. Qeyd edək ki, Mərakeş Krallığının paytaxtı Rabatda keçirilmiş İslam Dünyası İrs Komitəsinin növbədənkənar iclasında (2019) ölkəmizdən İçərişəhər (Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə), Şəkinin tarixi mərkəzi (Xan sarayı ilə birlikdə) və Qobustan qayaüstü rəsmləri ICESCO-nun İslam Dünyasının İrs Siyahısına salınıb.

XƏBƏRLƏR

16.10.2024 16:16
Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
16.10.2024 11:31
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
15.10.2024 17:32
Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
15.10.2024 10:00
Mədəniyyət Nazirliyində xarici sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib
11.10.2024 16:11
ICESCO nümayəndə heyəti Ağdam şəhərinə səfər edib
11.10.2024 12:54
Adil Kərimli “Yuğ” teatrının kollektivi ilə görüşüb
11.10.2024 12:38
Mədəniyyət naziri Azərbaycan Dövlət Kukla Teatrında olub
09.10.2024 09:17
Şuşada İslam Dünyası İrs Komitəsinin 12-ci iclası öz işinə başlayıb
07.10.2024 22:31
“Baku Cinema Breeze” çərçivəsində 8-ci DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalı keçirildi
07.10.2024 17:27
Türk Dünyasının Beynəlxalq Animasiya Festivalı keçirilib
07.10.2024 17:18
7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirildi
07.10.2024 14:37
XV Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi baş tutub
04.10.2024 17:15
Cəbrayılda ilk "Şəhər günü" keçirilib
04.10.2024 15:17
“Baku Cinema Breeze” festivalı çərçivəsində “Omarket”in platformasının açılışı olub
03.10.2024 17:26
Bakıda tarixi İpək Yoluna həsr olunmuş UNESCO konfransı keçirilir
03.10.2024 12:34
Görkəmli qazax yazıçısı Kemel Tokayevin dilimizə tərcümə edilmiş "Xüsusi tapşırıq" kitabının təqdimatı keçirilib
03.10.2024 12:14
“Baku Cinema Breeze” Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib
02.10.2024 17:29
Paytaxtımızda X Beynəlxalq Kitab Sərgisi başlandı
01.10.2024 14:35
Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi işğaldan azad edilən ərazilərdə incəsənət təhsili üzrə ilk tədris ocağıdır
01.10.2024 12:14
Qazaxıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin geniş icmalı
01.10.2024 10:22
“Baku Cinema Breeze” beynəlxalq film festivalının açılışına sayılı günlər qaldı
30.09.2024 17:47
X Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib
30.09.2024 17:40
İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024 17:20
Monteneqroda Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının növbəti Assambleyası təşkil olundu
27.09.2024 16:55
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini yad edib
27.09.2024 15:44
Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər
26.09.2024 14:32
Qazaxıstan Milli Muzeyində müxtəlif mövzularda mühazirələr təşkil olunub
26.09.2024 09:50
Qazaxıstanda Azərbaycan Dövlət Rəqs Ansamblının möhtəşəm konserti olub
25.09.2024 15:55
Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunub
25.09.2024 15:04
Qazaxıstan Milli Akademik Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılışı olub
25.09.2024 11:29
Salam Sarvan və Rövşən Abdullaoğlu 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları seçilib
25.09.2024 10:30
Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin ilk konserti keçirilib
24.09.2024 16:51
Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib
23.09.2024 17:53
Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir