Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1386

“1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” adlı yeni ekspozisiyanın açılış mərasimi keçirilib

Azərbaycan Milli İncəsənət Muzeyində “1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” adlı yeni ekspozisiyanın açılış mərasimi keçirilib. Sərginin açılışında Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikası Milli Məclisinin üzvləri, xarici ölkələrin ölkəmizdəki səfirləri, tanınmış ictimai və mədəniyyət xadimləri iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov və Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova təqdim olunan ekspozisiyada 1920-1980-ci illərdə Azərbaycan rəngkarlığı və qrafika sənətlərinin keçdiyi inkişaf yolunun burada əsərləri sərgilənən görkəmli sənətkarların özünəməxsus yaradıcılıq dünyası vasitəsilə dolğun şəkildə işıqlandırıldığını söylədilər. Daha sonra tədbir iştirakçıları ekspozisiya ilə yaxından tanış olublar.

Qeyd edək ki, ekspozisiyada ümumilikdə 157 ədəd rəngkarlıq, qrafika, heykəltəraşlıq və keramika nümunələri təqdim edilir. 1920-1940-cı illər rəssamlıq nəslinin görkəmli nümayəndələri Salam Salamzadə, Rüstəm Mustafayev, Ələkbər Rzaquliyev, Əli Rasim Muxtarov, Reyhan Topçubaşova, Qəzənfər Xalıqov, Sadıq Şərifzadə, Davud Kazımov kimi rəssamların yaradıcılığı rəngkarlıq ekspozisiyasının ilk zalında nümayiş etdirilir. Daha sonrakı mərhələlər isə mövzu və üslub müxtəlifliyi ilə seçilən ayrı-ayrı tanınmış Azərbaycan rəssamlarının – Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Xalidə Səfərova, Kamil Xanlarov, Toğrul Nərimanbəyov, Nadir Əbdürrəhmanov, Böyükağa Mirzəzadə, Tahir Salahovun yaradıcılığı ilə təmsil olunur. Burada, həmçinin ekspozisiya mövzuları ilə səsləşən, müəllifləri görkəmli heykəltəraşlar Mirəli Mirqasımov, Ömər Eldarov, Həyat Abdullayeva, Elmira Hüseynova, Xanlar Əhmədov olan əsərlər yer alır.

1920-1980-ci illər Azərbaycan qrafikası ekspozisiyasını isə milli qrafika sənətinin formalaşmasına böyük töhfələr vermiş Bəhruz Kəngərli, Əzim Əzimzadə, Ələkbər Rzaquliyev, Elmira Şahtaxtinskaya, Mikayıl Abdullayev, Sənan Qurbanov kimi özünəməxsus dəst-xəttə malik rəssamların müxtəlif janr və texnikalarda yaratdıqları silsilə əsərlər təşkil edir. Maraqlı məqamlardan biri ekspozisiyada Azərbaycan dəzgah boyakarlığının banisi Bəhruz Kəngərlinin rəsm albomunun və yaratdığı natürmort əsərində əksini tapmış mürəkkəbqabının ilk dəfə nümayiş olunmasıdır. Ekspozisiyada XX əsrin müxtəlif onilliklərində ərsəyə gəlmiş, qrafik əsərlərlə həmahənglik yaradan, Yelena Orbeliani, Zivər Məmmədova, Həyat Abdullayeva, Rasim Xələfov, Telman Zeynalov, Oqtay Şıxəliyev, Liya Ağamalova, Həsənağa Ələsgərov, Saleh Məmmədov kimi tanınmış müəlliflər tərəfindən işlənilmiş keramik fiqurlar və dekorativ boşqablar da sərgilənir.

Ekspozisiya interaktiv xarakter daşıyır. Hər bir zalda tamaşaçılar QR kod vasitəsilə  aid olduqları yaş qrupunu qeyd edib bəyəndikləri əsərə səs verə bilərlər.

XƏBƏRLƏR

22.07.2024 18:00
Mədəniyyət Nazirliyi Nyu Dehlidə keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 46 sessiyasında təmsil olunur
22.07.2024 10:48
Vaqif Poeziya Günlərinin geniş icmalı
22.07.2024 10:09
Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
19.07.2024 17:34
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başa çatıb
19.07.2024 12:06
Şuşada "Məhəmməd Füzuli. Zamanın fövqündə" mövzusunda konfrans keçirilib
18.07.2024 19:44
Vaqif Poeziya Günləri çərçivəsində Şuşada ilk dəfə etno-caz konserti
18.07.2024 16:26
Şuşada poeziya bayramında "Füzuli hücrələri"
18.07.2024 15:19
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başlayıb
12.07.2024 18:07
Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un 31 yaşı tamam olur
12.07.2024 15:22
Nazir Adil Kərimli ŞƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin görüşündə iştirak edib
11.07.2024 14:52
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi post-prodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsinin nəticələrini açıqladı
11.07.2024 12:37
Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub
10.07.2024 18:35
Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” adlı əsərinin musiqisinin qanunsuz mənimsənilməsi və müəlliflik hüququnun digər şəkildə pozulması ilə bağlı BİRGƏ BƏYANATI
05.07.2024 09:18
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi
04.07.2024 17:49
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
03.07.2024 10:01
“Kür – çaylar anası” sənədli filminin çəkilişləri davam edir
02.07.2024 09:52
Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici seminar keçirilib
28.06.2024 15:35
Azərbaycanın mədəniyyət naziri Özbəkistanda Beynəlxalq Maqom Sənəti Forumunda iştirak edib
27.06.2024 15:44
Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir
25.06.2024 17:11
Akademik Rus Dram Teatrında aktyor sənəti və vokal üzrə ustad dərsləri
25.06.2024 10:57
 Bakıda Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub  
25.06.2024 09:54
Mədəniyyətimiz radiodalğalarında – yeni layihələr
24.06.2024 14:57
Media nümayəndələri musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbul imtahanını izləyiblər
24.06.2024 12:25
Azərbaycan və Çin klassik əsərlərinin tərcüməsi və nəşri ilə bağlı görüş keçirilib
24.06.2024 12:19
İyunun 20-də Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın 100 illik yubileyinə həsr olunmuş “Vəcihə Səmədova 100: sənətkar ömrünün səhifələri” adlı sərgi açılıb
21.06.2024 10:00
Beynəlxalq Animasiya Filmləri Festivalında Azərbaycan stendlə təmsil olunub
20.06.2024 09:24
Azərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində ilk dəfə milli stendlə təmsil olunur