Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
772

Qazaxıstan Milli Muzeyində müxtəlif mövzularda mühazirələr təşkil olunub

 Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri davam edir. Sentyabrın 26-da Qazaxıstan Respublikasının Milli Muzeyində Qazaxıstan Milli İncəsənət Universitetinin tələbələri üçün mühazirələr təşkil olunub.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Şirin Məlikovanın “1920–1980-ci illərdə Azərbaycanda rəngkarlıq və qrafika”, Azərbaycan Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimovanın “Təbriz miniatür məktəbi” və Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Əminə Məlikovanın “Azərbaycan Milli Xalça Muzeyi. Müasir məkanda qədim incəsənət" mövzularında çıxış ediblər.

Şirin Məlikova məruzəsində Azərbaycanda realist rəssamlıq məktəbinin təşəkkülündən bəhs edib, onun inkişaf trayektoriyasını müəyyən edən məşhur rəssamların əsərləri əsasında XX əsrin rəngkarlıq, qrafika üslubunu və istiqamətlərini nəzərdən keçirib. Məruzədə sovet bədii reallığının əsas istiqaməti ilə paralel işləyən görkəmli nonkonformist rəssamların yaradıcılığına da toxunub. Sevil Kərimova "Təbriz miniatür məktəbi" adlı məruzəsində qeyd edib ki, Azərbaycan miniatür sənəti uzun bir inkişaf yolu keçib. Onun ilk nümunələri XIII əsrdə yaradılıb: "Birinci Təbriz məktəbinin rəssamları uyğur-çin və ərəb-Mesopotamiya ənənələrini uğurla sintez edərək diqqətəlayiq nümunələr yaradıblar. Təbriz miniatürü Səfəvilər dövründə, Sultan Məhəmmədin başçılıq etdiyi dəbdəbəli kitabxananın burada fəaliyyət göstərdiyi zaman öz zirvəsinə çatıb. Öz üslubunun formalaşması kontekstində Təbriz məktəbi Osmanlı, Hindistan, İran və digər Şərq miniatür məktəblərinə güclü təsir göstərib. Müasir Azərbaycan incəsənətində Təbriz miniatürü ikonik ilham mənbələrindən biridir".

Əminə Məlikova məruzəsində söyləyib ki, xalqımızın dünyagörüşünü, milli xüsusiyyətlərini və estetik zövqünü əks etdirən xalça sənəti Azərbaycan mədəniyyətinin inkişaf tarixində xüsusi yer tutur. 2010-cu ildə Azərbaycan xalça sənəti UNESCO-nun “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı”na daxil edilib. 1967-ci ildə yaradılmış Azərbaycan Milli Xalça Muzeyi dünyada bu profilli ilk muzey idi. 2014-cü ildən muzey onun üçün xüsusi olaraq tikilmiş yeni müasir binada fəaliyyət göstərir. Bu unikal memarlıq layihəsinin müəllifi avstriyalı memar Frans Yanzdır. Muzeyin fondlarına 10 mindən çox eksponat daxildir. Bu gün muzeydə milli xalçaçılığın bütün sahələrini təmsil edən Azərbaycan xalçalarının ən dolğun kolleksiyası var.

Muzey ölkədə ən çox ziyarət edilən muzeylər sırasındadır. Sağlamlıq imkanları məhdud ziyarətçilərin də muzeydə təşkil edilən sərgilərlə tanış olması üçün hər cür şərait yaradılıb. Bildirilib ki, muzey eksponatları saxlamaqla yanaşı, unudulmuş toxuculuq texnikalarını da yaşadır.

Uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi üçün burada Uşaq muzeyi şöbəsi fəaliyyət göstərir ki, burada xalçaçılıq üzrə ustad dərsləri keçirilir. Muzey bir çox xarici muzeylərlə səmərəli əməkdaşlıq edir.

XƏBƏRLƏR

07.11.2024 17:19
Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılıb
07.11.2024 09:51
Mədəniyyət naziri film layihələri müsabiqəsinin qalibləri ilə görüşüb
06.11.2024 17:32
Azərbaycanın təbii və mədəni irsi
06.11.2024 17:00
Mədəniyyət naziri Akademik Musiqili Teatrda olub
06.11.2024 09:15
AZƏRBAYCANDA İLK DƏFƏ "NƏSİMİ" OPERASI TƏQDİM OLUNACAQ
05.11.2024 15:53
COP29 çərçivəsində keçirilməsi nəzərdə tutulan mədəniyyət məzmunlu tədbirlər barədə Braziliyada təqdimat həyata keçirilmişdir
05.11.2024 09:26
Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş olub
04.11.2024 12:06
İstanbul sərgisində ölkəmizlə bağlı yeni tədbir və təqdimatlar davam edir
04.11.2024 11:25
İstanbulda Frankfurt Beynəlxalq Kitab Sərgisinin regional koordinatoru ilə görüş olub
04.11.2024 11:21
İstanbulda “Səninləyik, Türkiyə” kitabı, "Heca" dərgisinin poeziyamızla bağlı xüsusi buraxılışının təqdimatı və konsert keçirilib
04.11.2024 11:05
İstanbul sərgisində Azərbaycan yazarlarının iştirakı ilə ədəbi müzakirələr və imza mərasimi keçirilib
04.11.2024 10:48
Azərbaycanın ilk dəfə "fəxri qonaq ölkə" olduğu 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib
04.11.2024 10:35
Mədəniyyət naziri Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi ilə görüşüb
01.11.2024 15:59
UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə dair dəyirmi masa keçirilib
01.11.2024 12:43
Kubada Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
31.10.2024 17:31
“COP29 və mədəniyyət: iqlim dəyişikliyinin mədəni ölçüləri” mövzusunda konfrans keçirilib
31.10.2024 15:57
“e-Culture” rəqəmsal idarəetmə modeli çərçivəsində görülmüş işlərlə bağlı təqdimat keçirilib
30.10.2024 15:27
Mədəniyyət naziri Ağcabədidə vətəndaşları qəbul edib
28.10.2024 17:46
“İkinci planetin qırmızı rəngi” filmi beynəlxalq festivallarda uğur qazanıb
28.10.2024 15:55
“Bölgə teatrlarının Bakı premyeraları” – Lənkəran teatrı iki tamaşa ilə paytaxtımıza qastrola gəlir
28.10.2024 14:37
Azərbaycan hindistanlı rejissor və prodüserlər üçün "İlin çəkiliş məkanı" seçilib
28.10.2024 10:26
Mədəniyyət naziri Akademik Opera və Balet Teatrının kollektivi ilə görüşüb
28.10.2024 09:53
Adil Kərimli Mədəniyyət və İncəsənət Universitetinin kollektivi ilə görüşüb
25.10.2024 17:05
Bakı Dövlət Universiteti ilə Milli Kitabxana arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
25.10.2024 15:37
"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı" ilkin mərhələdə 20 nəfəri əhatə edəcək
23.10.2024 09:31
Ölkəmizdə ilk dəfə mədəniyyət müəssisəsinə “beynəlxalq” statusu verilib
18.10.2024 17:11
Milli Konservatoriyada musiqi təhsili ilə bağlı müzakirə aparılıb
18.10.2024 09:02
Füzulidə geniş konsert proqramı təqdim olunub
17.10.2024 17:25
Musiqi, incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavinlərinin işə qəbulu qaydalarında dəyişiklik edilib
17.10.2024 17:02
Füzulidə növbəti “Şəhər günü” keçirilir
16.10.2024 16:16
Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
16.10.2024 11:31
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
15.10.2024 17:32
Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
15.10.2024 10:00
Mədəniyyət Nazirliyində xarici sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib