Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1381

Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub

Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə – UNESCO-nun mənzil-qərargahında qurumun rəhbər vəzifəli şəxsləri ilə görüşlər keçirib

Martın 21-də UNESCO Baş Konfransın prezidenti xanım Simona Mikulesku və İcraiyyə Şurasının sədri xanım Vera Lakulye ilə keçirilən görüşlərdə Azərbaycanın ümumbəşəri mədəni irsin qorunması üzrə milli, regional və beynəlxalq səviyyədə fəaliyyəti barədə müzakirələr aparılıb. Bu xüsusda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə xalqımızın zəngin maddi və qeyri-maddi mədəni irsinin qorunması və təbliği sahəsində əldə olunan nailiyyətlərdən bəhs edilib. Həmçinin, dövlət başçısının təşəbbüsü ilə 2008-ci ildən etibarən başladılan Bakı Prosesi qlobal platformasının mədəniyyətlərarası dialoqun təşviqi vasitəsilə beynəlxalq səviyyədə sülh və təhlükəsizliyə xüsusi töhfəsi qeyd edilib. Bu çərçivədə ölkəmizin beş dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna (ÜMDF) ev sahibliyi etməsi qarşı tərəfdən yüksək qiymətləndirilib və bu ilin 1-3 may tarixlərində keçirilməsi nəzərdə tutulan VI Foruma dəstək ifadə edilib.

Martın 22-də UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Qabriela Ramos və Baş direktorunun Prioritet Afrika və xarici əlaqələr üzrə müavini Entoni Ohemeng-Boama ilə görüşlərdə UNESCO Azərbaycan əməkdaşlığı məsələləri müzakirə edilib. Bu çərçivədə, ölkəmizin UNESCO-nun iri miqyaslı tədbirləri və layihələrinin, o cümlədən Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının (2013), Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının (2019), MİNEPS - İdman Nazirlərinin VII Görüşünün (2023) və Mədəniyyətlərarası Dialoq Forumlarının (2011-2019) təşkilatçısı və təşəbbüskarı qismində fəaliyyəti xüsusi təqdir edilmişdir. Azərbaycanın Afrika ölkələrinə və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə verdiyi dəstəyin böyük əhəmiyyət daşıdığı vurğulandı. Görüşlərdə həmçinin İpək Yolları Proqramı, elmi araşdırmalar və nəşrlər üzrə əməkdaşlıq və s. istiqamətlərdə müzakirələr aparılıb.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tarix-mədəniyyət abidələrinin bərpa edilməsi istiqamətində fəaliyyət, eyni zamanda, işğal dövründə dağıdılmış və talan edilmiş mədəni irsimizlə bağlı UNESCO mexanizmləri çərçivəsində fəaliyyətlər qeyd edilmişdir.

Baş tutan görüşlərdə Bakıda keçilirilməsi nəzərdə tutulan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ətrafında müzakirələr aparılıb.

XƏBƏRLƏR

30.08.2024 11:39
Azərbaycanın “Simurq” muğam ansamblı Özbəkistanda XIII “Şərq təranələri” festivalının Qran-pri mükafatını qazanıb
29.08.2024 16:37
Mədəniyyət Nazirliyi Moskva Kino Həftəsində təmsil olunub
29.08.2024 14:50
Mədəniyyət naziri Astara rayonunda vətəndaşları qəbul edib
28.08.2024 17:54
“Min bir gecə” baleti Pekində sənətsevərlərin qəlbini fəth edib
28.08.2024 09:21
Laçın Şəhəri Günü təntənəli şəkildə qeyd olundu
27.08.2024 11:36
Laçın Şəhəri Günü qala konsert və atəşfəşanlıqla başa çatıb
26.08.2024 17:27
Laçında bayram şöləni davam edir
26.08.2024 16:32
Laçın Şəhəri Gününün təntənəli açılış mərasimi olub
23.08.2024 17:51
Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri elan olunub
23.08.2024 09:35
Daşkənddə Azərbaycan və Özbəkistan sənətçilərinə fəxri adlar təqdim olunub
22.08.2024 09:05
Türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması müzakirə olunub
20.08.2024 18:14
Maestro Niyazi musiqi mədəniyyətimizə ləyaqətlə xidmət edib
20.08.2024 14:23
Fəxri xiyabanda maestro Niyazinin xatirəsi yad olunub
19.08.2024 12:14
“Füzulidə yay məktəbi” layihəsi rəngarəng və maraqlı tədbirlərlə yadda qaldı
16.08.2024 14:40
Musiqi, incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu ilə bağlı apelyasiya müraciətlərinə baxılıb
15.08.2024 16:54
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramına sənəd qəbulu elan edilir
15.08.2024 15:54
“Füzulidə yay məktəbi” layihəsinin açılış mərasimi olub
14.08.2024 17:04
Füzuli şəhərində yay məktəbi təşkil olunacaq
03.08.2024 14:19
Azərbaycan Kinosu Günü təntənəli şəkildə qeyd olunub
02.08.2024 13:11
Monteneqroda “Azərbaycan xalçası: təbiətlə dialoq” adlı sərgi açılıb
31.07.2024 13:22
“Min bir gecə” baleti yeni quruluşda Pekində ilk dəfə təqdim olunacaq
30.07.2024 14:04
Azərbaycan-Çin mədəni əməkdaşlığının geniş perspektivləri müzakirə olunub
30.07.2024 10:18
Mədəniyyət naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyib
26.07.2024 15:32
Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb
24.07.2024 16:55
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin birgə məlumatı
24.07.2024 15:04
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı həyata keçiriləcək
24.07.2024 11:03
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi davam edir