Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2549

Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb

Azərbaycan Milli Xalça Muzeyində Əməkdar rəssam, qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” adlı fərdi sərgisinin açılışı keçirilib. Sənətkarın yaradıcılığının 50 illiyi münasibətilə keçirilən sərgidə 30-a qədər qobelen təqdim edilir. Burada Adil Şıxəliyevin keçmişdə və müasir dövrdə ölkəmizin həyatında baş vermiş mühüm tarixi hadisələrə həsr olunan “Qarabağdan məktub”, “Zəfər yolu”, “Şuşa” (triptix), “Vətənim mənim”, “Şuşada toy” əsərləri, Azərbaycanın Ümummilli Liderinə ithaf edilən “Heydər Əliyev” portreti, milli ornamentlərlə zənginləşdirilmiş “Köç” qobeleni sərgilənir. Tamaşaçılar rəssamın yaradıcılığının mühüm hissəsini təşkil edən Abşeron motivli “Nar bağı”, “Mamırlı daşlar”, “Abşeron”, “Qızıl balıq” kimi əsərlərlə, həmçinin  real və mifik heyvanların, gül və ağac təsvirlərinin əks etdirildiyi müxtəlif mövzulu qobelenlərlə tanış olurlar.

Ziyarətçilər bir çox yerli və xarici sərgilərin iştirakçısı olan, qobelen texnikasının imkanlarından maksimum yararlanaraq “Odlar yurdu” və “Payız çiçəkləri” kimi əsərlər ərsəyə gətirən rəssamın ecazkar yaradıcı dünyasını kəşf edirlər.

Sərgidə Adil Şıxəliyevin qobelenləri ilə yanaşı, özünün təbii boyaqlarla rənglədiyi, onun ideyalarına həyat verən iplər və onların rənglənməsində istifadə edilən bitkilər də təqdim olunur.

Sərgi martın 6-dək davam edəcək.

XƏBƏRLƏR

16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb