Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3524

Ölkəmizdə ilk dəfə Mədəni İrs Forumu keçirilir

Dekabrın 18-də “Gülüstan” Sarayında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Mədəni irs forumu işə başlayıb. 
Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən və dekabrın 20-dək davam edəcək forum ölkəmizdə ilk dəfə keçirilir. 
Forum iştirakçıları Fəxri xiyabanda mədəniyyətimizin böyük himayədarı olmuş Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər, məzarın önünə gül dəstələri düzüblər, Ulu öndərin xatirəsi ehtiramla yad edilib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib.
Tədbirdə rəsmilər, millət vəkilləri, elm və mədəniyyət xadimləri, mədəni irs üzrə mütəxəssislər iştirak edirlər.
İştirakçılar əvvəlcə sarayın foyesində milli tətbiqi-dekorativ sənət nümunələri – misgərlik, xalçaçılıq, kəlağayı sənəti, təkəlduz örnəklərindən ibarət sərgi ilə tanış olublar. 
Forumun açılışında çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, hər bir xalqı dünyada tanıdan ən önəmli xüsusiyyət onun mədəniyyətidir. Mədəni dəyərlərimiz tarixin müxtəlif mərhələlərində nə qədər çətinliklərlə üzləşsə də, xalq kimi varlığımızı qoruyub saxlayan 
bizim ənənələrimiz, tariximiz, ədəbiyyatımız, ana dilimiz və mədəniyyətimiz olub.
Qeyd edilib ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fonunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən mədəni irsimizin qorunması, bərpası və təbliği diqqət mərkəzində saxlanılır. Xüsusilə Heydər Əliyev Fondu tərəfindən bu sahədə böyük işlər görülür, müxtəlif layihələr həyata keçirilir.      
İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun irs nümunələri haqqında söz açan nazir müavini burada 705 tarix və mədəniyyət abidəsinin dövlət qeydiyyatına alındığını diqqətə çatdırıb: “Aparılan təhlillər nəticəsində müəyyən olunub ki, həmin ərazilərdə çoxsaylı dövlət qeydiyyatına alınmayan tarixi, arxeoloji və memarlıq əhəmiyyətli daşınmaz mədəni irs obyektləri də mövcuddur. İşğal dövründə onlar ermənilər tərəfindən məqsədli şəkildə dağılmaya, vandalizmə məruz qalıb, 47 abidə yer üzündən silinib. 2020-2022-ci illərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidməti tərəfindən 433 tarix-mədəniyyət abidəsinə baxış keçirilib, eləcə də həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 182 obyektin – yeni aşkar olunmuş abidənin monitorinqi aparılıb”. 
Mədəni irsimizin beynəlxalq aləmdə təbliği barədə danışan Səadət Yusifova deyib ki, ölkəmizdə 26 tarix-mədəniyyət qoruğu fəaliyyət göstərir. Onlardan 4-ü UNESCO-nun Dünya İrs Siyahısında yer alıb. Azərbaycanın 23 qeyri-maddi mədəni irs elementi UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bildirilib ki, hazırda ölkəmizdə dövlət mühafizəsinə götürülmüş 6308 abidə mövcuddur. Onlardan 1400-dən çox tarixi-mədəni əhəmiyyətli obyekt yeni aşkar edilmiş abidə qismində qeydə alınıb: “Son 3 il ərzində ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycanın gələcəkdə qarşılaşacağı təhdidlər sırasında mədəni irs də var. Ona görə də bu istiqamətdə görüləcək işlərə daha həssas, sistemli və kompleks yanaşılmalı, kadr hazırlığına xüsusi diqqət yetirilməli, elmi araşdırmaların sayı və keyfiyyəti artırılmalıdır. Bu baxımdan, iki gün ərzində forum gedişində mədəni irsin qorunması ilə bağlı müzakirələrə çıxarılacaq məsələlər və təkliflər diqqətə alınacaq və 2040-cı ilə hədəflənmiş yeni Mədəniyyət Konsepsiyasında öz əksini tapacaq”.
Səadət Yusifova çıxışının sonunda forumun işinə uğurlar arzulayıb.
Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin sədri Elbay Qasımzadə forumun əhəmiyyətini yüksək qiymətləndirib. Deyib ki, zəngin mədəni irsimiz dünya xalqları sırasında özünəməxsusluğumuzun göstəricisidir.
Qeyd edilib ki, mədəni irsimizin tədqiqi və dünya miqyasında təbliği ölkəmizə rəhbərliyinin hər iki dövründə Ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olub. Ulu öndərin ideyalarının davamçısı Prezident İlham Əliyev rəhbərliyi altında bu istiqamətdə davamlı iş aparılır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun dəstəyi ilə genişmiqyaslı layihələr reallaşdırılıb. 
Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov da forumun əhəmiyyətini qeyd edib, aparılacaq müzakirələrdə uğurlar arzulayıb. 
Çıxışlardan sonra forum işini panel müzakirələrlə davam etdirib.

XƏBƏRLƏR

26.07.2024 15:32
Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb
24.07.2024 16:55
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin birgə məlumatı
24.07.2024 15:04
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı həyata keçiriləcək
24.07.2024 11:03
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi davam edir
22.07.2024 18:00
Mədəniyyət Nazirliyi Nyu Dehlidə keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 46 sessiyasında təmsil olunur
22.07.2024 10:48
Vaqif Poeziya Günlərinin geniş icmalı
22.07.2024 10:09
Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
19.07.2024 17:34
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başa çatıb
19.07.2024 12:06
Şuşada "Məhəmməd Füzuli. Zamanın fövqündə" mövzusunda konfrans keçirilib
18.07.2024 19:44
Vaqif Poeziya Günləri çərçivəsində Şuşada ilk dəfə etno-caz konserti
18.07.2024 16:26
Şuşada poeziya bayramında "Füzuli hücrələri"
18.07.2024 15:19
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başlayıb
12.07.2024 18:07
Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un 31 yaşı tamam olur
12.07.2024 15:22
Nazir Adil Kərimli ŞƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin görüşündə iştirak edib
11.07.2024 14:52
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi post-prodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsinin nəticələrini açıqladı
11.07.2024 12:37
Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub
10.07.2024 18:35
Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” adlı əsərinin musiqisinin qanunsuz mənimsənilməsi və müəlliflik hüququnun digər şəkildə pozulması ilə bağlı BİRGƏ BƏYANATI
05.07.2024 09:18
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi
04.07.2024 17:49
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
03.07.2024 10:01
“Kür – çaylar anası” sənədli filminin çəkilişləri davam edir
02.07.2024 09:52
Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici seminar keçirilib
28.06.2024 15:35
Azərbaycanın mədəniyyət naziri Özbəkistanda Beynəlxalq Maqom Sənəti Forumunda iştirak edib
27.06.2024 15:44
Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir
25.06.2024 17:11
Akademik Rus Dram Teatrında aktyor sənəti və vokal üzrə ustad dərsləri
25.06.2024 10:57
 Bakıda Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub  
25.06.2024 09:54
Mədəniyyətimiz radiodalğalarında – yeni layihələr
24.06.2024 14:57
Media nümayəndələri musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbul imtahanını izləyiblər